İslaholunmaz qapı

Rüfət Əhmədzadə

İslaholunmaz qapı

(mənsur şeir)

Önündə pərdə yoxdur. Heç buna ehtiyac da. Burda hər şey açıq-saçıq, aşkarca göz önündə! Hər kəs hər istədiyin edir bu xarabada – heç bir kəsə bənzəməyən bir kəsin kəslərindən savayı! Havayı ötür ömür… Varsa da bir mükafat… O da bir sənsən, qapı! Tale hökmü də sənsən…Ömrümün sonunadək, daşımalı olduğum yüküm də sənsən!

Səndən başqa kimim var!? Səndən başqa nəyim var!? Məni eşidən, duyan, hiss edən qucağında… Soyuq olsan da, yenə, sığınmışam mən sənə! Kədərli anlarımda, azad xəllarımda… Səni tumarlayıram, ikiəlli sinəni oxşayıram… O paslı, soyuq, çopur sinəni sənin, qapı!

Söykənir üzüm sənə. Danışıram, pıçıldaşıram sənlə.. Şirin-şirin, ümidlə! İstərəm mənlə bahəm, sənin də qəlbin dinə… Sənsə, susursan hələ! Donuq durmusan yenə! Yoxsa, sən anlamırsan? Sənin ki, məndən qeyri, ola bilməz yoldaşın.. Qurban olum, ay qapı, at bu tərsliyin daşın!

Əsəbləşirəm yaman! Sən susduqca, mən sənə susub baxa bilmirəm… Laqeyd qala bilmirəm sənin laqeydliyinə… Mənə yox, özünə biganəliyinə! Yatırsan, batırsan bu divarlar arasında… Halbuki, azadlıq haqqın var sənin. Mənim kimi haqqın var… Yoxsa, sənin də ömürlük cəzan var – mənim kimi!?

Hayqırıram, çağırıram səni… Dur! Dur da, bir lərzə yarat, qonşu kameralarda yatanları da oyat… Doymadınmı, kürəyini oxşayan “xəbərdarlıq” dəyənəklərindən!? Bəlkə, “yetər!” deyəsən!?…

… Bir azdan, həbsxana müdiri də gələcək. Gəzəcək öz mülkünü. Yenə müştəbeh məlik… Təkəbbürlə süzəcək bir-bir məhbusları. Mənim kamerama da girəcək, yəqin. Səni açıb kobudluqla çırpacaqlar divara – sən isə, susacaqsan. Yenə də duracaqsan – dimdik, əmrə müntəzir.

Mən isə, dözməyəcəm. Susqunluqla aram yox! Bağıracam içimdən keçən azad fikrimi. Çırpacam diktatorun üzünə həqiqəti… Və döyüləcəm sənin qabağında it kimi – sən isə, susacaqsan. Seyrçi qalacaqsan. Elə, sənin önündən sürüyüb aparacaqlar “karser”ə… Bu xarabanın ağası isə, sənin düz qabağına bir lopa tüpürəcək… Və gedəcək. Bu “mükafat” olar itaətinə…

… Sən mənim sevgilimmisən, dostummusan, yoxsa ki… Xalqım, millətimmisən!? Axı, niyə belə əzizsən mənə!? Sən nə qədər lal-seyrçi qalsan da, mən sənin eşqinlə yaşaram yenə! Axı, sevirəm səni… Axı, bu xarabada, tək həmdəmimsən mənim… Necə bağlandım sənə… Necə yaxınam sənə… Elə indi, yenidən söykəyərək üzümü, tumarlaram sinəni…

…Taleyimsən sən mənim! Məhəbbətimsən mənim! Əlbəttə ki! Tanrı mənim alnıma, səndən yaxşı cəza yaza bilməzdi.

Eh! Sevimli qapım… Səndən o tərəflərdə nə sevgilər var imiş!

Advertisements

İslaholunmaz qapı” üçün bir cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma