Əsas səhifə » Poeziya » Əlişirlə söhbət

Əlişirlə söhbət

Əlişir Əhəd

Əlişirlə söhbət

Əlişir!
Deyirlər, həyat qısadır.
Burdan göz açırsan,
Ordan yumursan.
Elə, ona görə,
gərək, fürsəti
fövtə verməyərək, kefin dadasan!

Bir də,
Deyirlər ki, o tapmacadır.
Yox, tapmacalar dolu boxçadır!
Min illər düşünüb sirrin dahilər,
Düyünlərə verib ömrün dahilər,
Aça biliblərmi,
birin dahilər?

Sonra, deyirlər ki, həyat oyundur.
Gərək, arada-bir, kart da sıxasan.
Yox, əgər, sən düzgün oynayırsansa,
Yarımçıq “pas” atıb,
“fıs”a çıxasan…

…Əlişir!
Həyatdan nə desələr də,
Yenə də,
Başqa cür gəlir o mənə!
İstər, qısa yaşa,
İstərsə, uzun…
Gərək, qazanasan hər gündə sənə!

O kəslər qazanar əbədiyyəti,
Bu günü dünənin dərdiylə deyil,
Sabahın fəxrinə ümidlə yaşar.
Dostların, ailənin bir sevincinə,
Min kədər dağını dözümlə aşar.

O kəs ki, dünəni unutmaq üçün,
Mənəvi yükünü azaltmaq üçün,
Bu günün içkiylə keçirər veyil,
Səhəri başında ağrıyla açar!
Görəsən, keyf ilə sərf olan ömrə,
Hansı dil ürəkdən xoş kəlmə qoşar?

Nə qədər tapmaca olsa da həyat,
Onu yozmaq deyil,
Yazmaq gərəkir.
Axı, biz yazarıq,
Qələmimizdən,
Gör, neçə həyatın gerçəyi keçir!
Biz elə yazmağa davam edəlim,
Oxuyan düşünsün öz həyatını!
Bilirsən:
Yazar kef dadıyla deyil,
Çəkdiyi acıyla yazır adını!

Biz kart sıxsaq belə,
sıxmasaq belə,
Yenə savaşdayıq,
Qılınc itilə!
Hər fırıldağın mütləq cəzası var…
Səmimi rəhmətlər çatır adilə!

Onsuz da, hamımız biz yaşayırıq,
Bu dünyanı elə o dünya üçün.
Ədalət savaşın udmasaq belə,
Vicdan önündə pərt olmamaq üçün…

…Əlişir!
Heç özüm inan bilmirəm,
Niyə “məruzə” oxudum sənə mən.
Sadəcə, yanımda yaxşı dost görüb,
Həyatı vəsf etmək keçdi içimdən.

Hə, bir də, yeri gəlmişkən,
Həyatda yeni bir dövrə keçirsən.
Bu gün qədəm qoyursan sən 30-a,
Artıq, ahıl bir  cavana dönürsən.

Daha, nə deyim ki…
Nə demək olar?
Hələ ayaqda mərdcə durmusansa,
Adı soyadınca qorumusansa,
Dostlara hey qürur duydurmusansa,
Səni ürəkdən təbrik etmək olar!

Advertisements

Əlişirlə söhbət” üçün 6 cavab

  1. Nə qəşşəng şeirdir. Çox bəyəndim. 31 avqustda da mənim ad günümdür. Mənə də şeir yazsan, sevinərəm. Amma orijinal olsun, heç harada səslənməyən fikirlər olsun. Tənqid olsun, amma mənə məxsus olsun! Oktyabrda Türkiyədə nəşr olunacaq kiyabıma salaram.
    Xoşuma gəlsə, sənə ADSL məndən hədiyyə. Deyəsən axı ADSL hədiyyə edən axtarırdın o gün. Ona görə, dedim. Bunu rüşvət kimi qəbul etmə, əsla. Amma istəsən, elə də qəbul edə bilərsən! 🙂

  2. indiye kimi bu sehifeye cox girmisem, amma her defe bu yazinin ustunden kecmisem.
    oxudum ve pesiman oldum oxumadigim ucun.
    Nə qədər tapmaca olsa da həyat,
    Onu yozmaq deyil,
    Yazmaq gərəkir.
    Axı, biz yazarıq,
    Qələmimizdən,
    Gör, neçə həyatın gerçəyi keçir!
    Biz elə yazmağa davam edəlim,
    Oxuyan düşünsün öz həyatını!
    Bilirsən:
    Yazar kef dadıyla deyil,
    Çəkdiyi acıyla yazır adını!
    soze ve serhe ehtiyac yoxdur…

  3. İçimdə dolaşan soruyu, sənin şeirinlə yanıtlaya bilmədim. Görünür hələ axtarmalı olacam! İndiki durumumda sənin ümid verici yazını, “Aldadıb yaşatmaq” kimi dəyərləndirirəm! Qoy aldanmağa alışanlar, ümidlə yaşasınlar!… Sən yaxşı insansan. Yaşından ağır dərdlərlə uğraşırsan… Bu durumda, ən azından bunu anlaya bildim!… Çox sağ ol, Rüfət! paylaşdığın üçün.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma