Əsas səhifə » Poeziya » Dövlət sirri

Dövlət sirri

Bu sirrli həyatda,
Bu sirrli dünyada,
Sirrlərlə dolu bir baş daşıyıram.
Hərdən düşünürəm
– Mənə yaşamaqçun lazım deyil baş,
Başı daşımaq üçün yaşayıram.
Elə, ona görə,
yəqin, qorxuram…
Başımda olanı qorumaq üçün,
ağzımdan ikiəlli, bərk tuturam.
Axı, hifz etməliyəm mən bu başı,
Başağrıdan deyil,
başkəsənlərdən…
Və bir də, düşünürəm,
Hərdən-birdən
– başımda sirrdən çox zibil var, deyəsən!
Amma, heç fərqi yox,
dözməliyəm mən!
Üfunətinə də, ağrısına da…
Baş yerdən yığmışam bu zibilləri,
nə olsun, həsrətəm qayğısına da…
…Zibil aşıb-daşan başım, çox yaşa!
Sən nəsib olmazsan hər vətəndaşa!

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma