İçimdəki bir üsyan

Bezmişəm şəhidləri ağlamaqdan,
Qaziləri alqışlamaq istərəm!
Təngə gəldim “Qarabağ” deyə-deyə,
Qara bəxtə qara bənd bağlamaqdan…
Mən başlamaq istərəm,
Bir qudsal savaşımı!


Qarabağın qap-qara torpağında,
Ağ çadırda meyxoşlamaq istərəm!
Mən öz seyrangahımda rahat gəzib-dolaşmaq,
Öz yaylağımda yaylamaq,
Öz qışlağımda qışlamaq istərəm!

Yoruldum hərflər hərifləməkdən,
Soyumu tərifləməkdən də bezdim!
Boyumu göstərməyin zamanıdır,
Qafiyə rədifləməkdən də bezdim!

İçimdəki üsyan məni didib-parçalamaqda,
Haçağacan hey deyəcəm, “şah olmuşam o çağda”?
Dağda ulayan bozqurdun soyu dərədə qalmış,
Biz bu dərədən çıxarıq, dağ aşarıq nə vaxta!?

Yetməzmi səbr etməyimiz,
Haqqmı oldu dərdimiz!?
Bəlkə, bir güc sınayalım,
Hanı “hücum!” əmrimiz!?

Qalx ayağa, ey Türk oğlu!
Dalğalandır budunu!
Görsün göz götürməyənin,
əsl Milli Ordunu!

Tut, dart mənim yaxamdan da,
Özünlə çək irəli!
Şeir desəm, ağzımı yum,
Hətta, qır qələmimi!

Qılınc oynadammıramsa,
Bir işə yaramıramsa,
Məni də qır, göm dibə!
Daha bir qorxaq şüarçı
Çevrilməsin ədibə!..

..Və bir arzum da var mənim,
Kaş ki, bu çin olaydı
– İndən belə, Türk qızları
Ancaq əsgər doğaydı!

Advertisements

İçimdəki bir üsyan” üçün 3 cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma