Sən hey məni süzdün,
birgə, əl-ələ getdiyimiz
bir yol boyunca…
Görmədin!
Sənə zilənmişdi
mənim cüt gözüm,
susamış bir yolçu kimi doyunca…
Biz üz-üzə baxdıq,
gözlərimizdə min cür hissə daldıq,
Amma, heyif!
Nə özümüzü,
Nə də könlümüzü
o gözlərdə görmədik!
Biz bir-birimizi kəşf edəmmədik!
Elə ona görə də,
yollarımız ayrıldı.
Amma, nədənsə, yolu bir başladıq…
Advertisements
ela, serbest yazilmiw werdir…..
uwaq arzusutek temiz gozlerine baxdim,
onalrin derinliyinde men ozumu tapdim.. ( HOST) 🙂
cox sag ol. amma hər dəfə acığa hostdan nümunə gətirmək lazım deyil. onlara qarşı heç də nifrətim-filan yoxdur. sadəcə, onlara aid heç nə istəmirəm şərhlərdə. olar?