Bir toy məclisində

Bir toy məclisində

Sən necə gözəlsən, necə özəlsən!

Bu toy məclisinin yaraşığısan!

Bütün bər-bəzəyi özün bəzərsən,

Ağ gəlinliyin parlaq işığısan!

İndi hamı istər rəqs etməyini,

Əlindən tutaraq, dövrə qurarlar.

Özünü qurban tək hiss etməyini

Önləmək üçünmü əl qaldırarlar!?

Sən çox pərişansan, nəsə bu axşam,

Gözlərin dolubdur, sevgimdənmidir?

Yoxsa, mən səni heç tanımamışam.

Qadınlar deyən tək, sevincdənmidir?

Hamı deyir gülür, mənsə bu zalda,

Allah bilir, niyə, necə dözürəm!

Sən mənə acıqla baxdın bir anda,

Sanki, aldatdığım qızı süzürəm!

Utanma, çəkinmə! Oyna, gözəlim!

Toyunda rəqs elə – Haqqın və borcun!

Mənsə bu məclisi gərək tərk edim,

Məni qovuranla qohum ovunsun!

Advertisements

Bir toy məclisində” üçün 2 cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma