Bəlkə də…

Səni qınamıram, günah görmürəm,

Özünə yaxşılıq düşünmüsən sən!

Bəlkə də, sevgimdən döndüyün bir dəm,

Daha layiqlisin kəşf etmisən sən!

Ya da ki, bilmədən bir pislik etdim,

Qisas almaq üçün getdin, bəlkə də.

Bilsəydin, sevdirər sevilməməyim,

Belə acılar verməzdin, bəlkə də!

Bəlkə də. oxuyub şeirlərimi,

Mənə aciz kimi baxırsan indi,

Kaş ki, bir biləydin, sən bulaq kimi,

Sevən ürəklərə axırsan indi.

Sən şeirlərimdə, yazılarımda,

Hər məna gətirən ilhamımdasan.

Amma, nə edim ki, hər yazdığımda,

Məni sevənlərin qınağındasan.

Lakin, özüm sənə saxlamıram kin,

Olacaq bu imiş, şükür taleyə!

Bəlkə də, Tanrıdan sən bir borc idin,

Elə tənhalıqda sevilim deyə!

Advertisements

Bəlkə də…” üçün bir cavab

  1. Sən şeirlərimdə, yazılarımda,
    Hər məna gətirən ilhamımdasan.
    Amma, nə edim ki, hər yazdığımda,
    Məni sevənlərin qınağındasan.
    bezen yazilarima menasizliq veren ilhamimin movzusunda cox yazi yazib, oxucularimi bezdirmekden qorxuram. amma ne bilim.. heyatdirda, sevincli gununden yazirsansa, bele gununden de yazacaqsan deye duwunurem..
    olacaq bu imiw, wukur taleye! 🙂

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma