Suallar

Rüfət Əhmədzadə - Suallar

“İnsanı yaşadar arzu” deyirlər,
Bəs, məni yaşadan nədir, görəsən?
Arzular çoxdandır ölüb gediblər,
Sabaha aparan nədir, görəsən?

Bəlkə, xatirələr güc verir mənə,
Sənli anılarmı, sənsiz anlarda?
Sadəcə, xəyalda dönüb dünənə,
Başlarmı yeni gün heç belə halda?

Əminəm, sevmirəm daha mən səni,
Sadəcə, inciklik qalıb içimdə,
Etdiyin xəyanət daş yaddaş kimi,
Əbədi abidə olub içimdə.

Bəlkə, bu isbatdır sədaqətimə,
Duyğumun gücünü göstərirəm mən?
Yazdıqca, hər şeir məhəbbətimə,
Dirildib yaşatmaq istəyirəm mən…

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma