“İran”ın şərəfinə şənbə xütbəsi

(subyektiv məzələnmə)

Əlindəki Qurandan da həya etmirsən, alçaq!

Nə deməkdir, “şəriətdə Türkçə olunur yasaq”?

Ya mən şəriət bilmirəm, ya dinimiz ayrıdır!?

De görüm, “farsi İslam” Allahın qərarıdır!?

Gəlsəniz, məzələnməyə lap “sıfır”dan başlayaq. Əgər oxucum fikir verdisə, Mən “İran” yazmışam başlıqda – “dırnaq” işarəsi ilə. Çünki, belə bir ölkə-yurd yoxdur! O ki qaldı dövlətə… Geydirmədir! Elə, “Artsax” kimi!

Tarixdən tam olmasa da, heç olmasa bir azca dürüst məlumatı və ən əsası, vicdanı olan şəxslər etiraf edər ki, 1925-ci ilə kimi, heç bir dövlət sənədində “İran” ifadəsi işlənməmişdi – fars şovinistlərinin “kitabül-müqəddəsi” olan “Şahnamə”dən savayı! O da rəsmi sənəd deyildi. Deməli, “İran” adlanan məmləkət də yox idi. Şah İsmayıl Səfəvi rəsmi məktublarında özünü belə təqdim edirdi : “Azərbaycan, Fars, Kirman, Şiraz, Xorasan…” – Amma, “İran” kəlməsi bir dəfə də yazılmamışdı.

Bu nə deməkdir? Bu o deməkdir ki, ta Əhəmənilər dövründən Qacar sülaləsinin süqutunadək, indi “İran” adlanan ərazidə, yalnız və  yalnız, hakim sülalənin adı ilə rəsmiləşən dövlət var idi. Məsələn, “Xanədani- Səfəviyyə” və ya “Mülkül-Qacar”. Tövbə-əttövbə, bu firdovsisevərlərin işlətdiyi “İran-miran” yox idi. Ola da bilməzdi axı! Çünki, bu ad tarixi-coğrafi ad yox, bədii addır- Əbülqasim Firdovsinin təxəyyülünün məhsulu!

“İran İslam Respublikası” – burda da, “dırnaq” işlətməliyəm. Çünki, “İran” kəlməsinin geydirmə olduğu kimi, dövlət quruluşu da geydirmədir. Elə, “müctəhidi-mürdəşir”ləri belə! İslam adından danışan islamsızlar! Dini-imanı siyasətləşdirənlər! Türk millətinin bir nömrəli düşmənləri! Başqa dövlətləri əxlaqsızlıqda ittiham edən, amma, özü “siğə” fühuşunda boğulan XƏSTƏXANA! Təəssüflər olsun ki, ordan bura xeyli virus gəlir. Elə, ona görə də, həm də Azərbaycanın bu gününə aid olan məqamlara toxunacam.

Bizim yazıq dindarlarımızın da beynini yeməyi bacarıblar. Bizim binəvalar anlamırlar ki, islamı yaşamaq üçün, “İran” molllalarına beyət etmək lazım deyil – heç bizimkilərə də! “Keqebeşnik” mollaların şərrindən tək Allaha pənaha aparmaq gərək! İmanlı olmaq – dinçi yox! Axı, heç bir Quran ayəsində, “dinə gəlin” çağırışı yoxdur! Allah qatında İman var! İman isə, vətənini, millətini sevməyənlərdən uzaqdır.

Allah-təala deyir: “Biz sizləri məsləhət bilərək, qövmlərə ayırdıq”. Deməli, “millət” anlayışı danılmaz, təbii və ilahi səbəblərdən doğan kəlimədir. Millətsevərliyi boğmaq isə, Allaha qarşı getməkdir.

Lakin, bu gün, aylıq maaşını ETTEALAT və Sepahdan alan mürdəşiryumuşlar cəmiyyətimizdə milli şüuru öldürmək, vətənpərvərlik hisslərini yox etmək naminə çalışırlar. Mən, millətimin mənəvi-maddi rifahını yüksəltmək üçün, dövlətçilik dəyərlərini möhkəmlətmək və gəlişdirməyi tələb edərkən, bu zatıqırıqlar ölkəmizi “Şimali İran”a çevirməyə çalışarlar. Elə, vəhhabilər, nurçular və sələfiləri də bu kateqoriyaya daixl edirəm. Bu dini cərəyanların təbliğatına nəzarət və rəhbərlik edənlərin çoxu etnik separatçı ruhlu “zorro”lardır.

Təsadüfi deyil ki, “Talış-Muğan Respulikası” geydirməsinin fəal “lider”ləri bu gün “hüseyniyyə”lər işlədirlər və etnik söhbətləri “bir kənara qoyub”, İslamçılıq “təbliğ” edirlər. Əslində, yenə həmin təxribat mahiyyətidir ki, qalıb. Təəssüf ki, öz təxribatlarında böyük uğur qazanırlar. Allah qorusun! Elə, fəal  sələfi-vəhhabi “əxi”lərinin bir çoxu köhnə “sadval”çılar və onların yetirmələridir. Hal-hazırda, Şəhidlər Xiyabanındakı məsciddə toplantılar keçirən nurçuların “başbilən”ləri  Türkiyədəki kürdçü-nurçu məmur və iş adamlarından dəstək alanlardır.

O ki qaldı, “İran” adlanan geydirmə məhsulun gələcəyinə, bu artıq analitik mövzudur. Oxucunu çox yormamaq üçün, bu mövzunu saxladım yaxınsayaq gələcəyə. İnşallah, sağlıq olsun, yenə məzələnərik!

P.S.: Biz müsəlman ölkələrini Avropa dövlətlərindən fərqləndirən odur ki, oralarda dini amillər və maraqlar siyasəti  yönləndirə bilir, biz tərəflərdə isə, siyasi və individual mənfəət maraqları dindən istifadə edir.

Advertisements

“İran”ın şərəfinə şənbə xütbəsi” üçün 12 cavab

  1. Mən bir şeyi bildirmək istəyirəm: İran universitetlərində təhsil alıb gələnlərin əleyhinəyəm. Elm öyrənib gələnləri savadlı saymaq olar, amma gələndən sonra hərəsinin bir məzhəbə doğru apardığı təbliğat, cəmiyyətin insanlarını bəyənməmək, dindən dəm vurub dinsiz yaşamaq – insanda niftər yaradır bu cür insanlara qarşı. Yazının davamı gəlsin

  2. P.S.: Biz müsəlman ölkələrini Avropa dövlətlərindən fərqləndirın odur ki, oralarda dini amillər və maraqlar siyasəti yönləndirə bilir, biz tərəflərdə isə, siyasi və individual mənfəət maraqları dindən istifadə edir.
    SERHE EHTIYAC YOXDUR…
    BUGUN DIN PERDESI ALTINDA COX ISLER GORULUR CEMIYYETIMIZDE…

  3. Sizin savadınıza heyran oldum. Bütün dünya İranın 5000 illik dövlət quruluşunun olduğunu etiraf edir. İndi hansısa savadlı oğlan bunun əksini söyləyirsə, gərək bu qədər dünya tarixçilərini zibil yeşiyinə ataq.
    O ki İran məsələsinə qaldı, onlar İranı yaratdılar, sizsə xəyalınızdakı Turanı nə vaxt yaradacaqsız?

  4. Diqqət yetirin EY MÜSƏLMANLAR! Yazının adı ŞƏNBƏ xütbəsidir. Hamı bilir ki CÜMƏ müsəlmanlarda müqəddəsdi, xütbə də bu gündə deyilir. Bəs ŞƏNBƏ kimlərdə müqəddəsdir? Əlbəttə ki YAHUDİLƏRdə. Əslində blog sahibi İslamdan dən vursa da, yəhudilər kimi zərbə vurur. Bir sözlə Obama “müsəlmanı”dı

    • Ha-ha-ha! Şənbə günündə yazdığım “İran”ın şərəfinə şənbə xütbəsi-nə şərh yazan məni sionizmdə ittiham edir!)) Sən demə, mən yəhudiyyəmmiş və İslama zərbə vurmaq istəyirəmmiş)) Şənbə günü isə (əslində bazar günü), yəhudilərdə müqəddəs imiş, ondan tapdı)))

      • siz dinbazların xasiyyətidir. biri eybinizi deyəndə mason-siyonist adı verib hücum çəkrisiniz. əslində, sən irana görə yox, o separatçılara görə belə əlqatmısan özünə. mən də müsəlmanam və didnar aiələdən çıxmışam. irqçi də deyiləm. ama mənə öz Vətənim hər irandan-mirandan əzizdir. “Əran” qədim türk sözüdür və pəhləvan-döyüşçü tayfalardan götürülüb. tityllaşdırılıb. amma 1925-ə kimi rəsmi dövlət adı olmayıb.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma