Əsas səhifə » Ordan-burdan » Məzələnmənin ardı

Məzələnmənin ardı

Yeni blok İrəvanı titrətdi

Mənbənin məlumatına görə, Obama və Medvedyev də özlərinin Azərbaycanla bağlı siyasətlərində redaktələr aparmaq qərarına gəliblər”

(xəbər əvəzi)

Yaxın günlərdə “Ümid” və Azərbaycan Demokrat partiyalarının bir araya gələrək yeni blok yaratması, ölkə ictimaiyyətində böyük rezonans doğurdu. Daha bir möhtəşəm nüfuza və liderə sahib Aydınlar Partiyasının da bu bloka qoşulması ilə, atıq bir çox rəqib müxalif partiyalarında ciddi narahatlıq yaranması tam mümkün hal hesab edilə bilər. Zarafat deyil, bu üçlükdə yer alan hər bir liderin özünün parlaq siyasi keçmişi, nüfuzu və demokratik hərəkata öncüllük edəcək qədər hədsiz potensialı var. Deməli, istər Azərbaycanın, istərsə də bölgənin siyasətində baş verən istənilən yenilik və dönüş, məhz bu blokun yaranmasından sonra tam gözlənilən hal sayıla bilər.

Dünən, təsadüfən, metroda, özünün hədsiz məlumatlı olduğunu iddia edən bir naməlum mənbənin blutuzla şəxsən mənə yolladığı qeyri-rəsmi məlumatlara görə, “Qarabağ” Blokunun yaranmasından sonra, artıq düşmən dövlət sayılan Ermənistan Respublikasında yüksək vəsifəli şəxslərin yuxusu ərşə çəkilib: “Hətta, Serj Sərkisyan özünün sol əlinin (deyilənə görə, Medvedyev bu əli çox sevir) ortancıl barmağını qəzəbli şəkildə dişləyib ki, bəs, nahaq yerə tələsdik Rusiya ilə hərbi paktın müddətini uzatdıq.”

Mənbənin sözlərinə görə, rəsmi İrəvan bu blokun yaranmasını Azərbaycan müxalifətinin qeyzlənməsi kimi dəyərləndirib və hətta, Kremldə də narahtlıq yaranıb ki, bu olaydan sonra, Azərbaycan siyasətində ciddi dönüş yaranacaq və adıkeçən blok Medvedyev və Sərkisyanın yaxın gələcəyə olan bütün planlarını alt-üst edəcək. “Ona görə də, rəsmi Kremldə mühüm təcrübə və bilgiyə sahib ictimai-siyasi xadimlər, politoloq və generallar fövqəladə toplantıya çağırılıb. Və onlara tapşırılıb ki, bölgə siyasətində “Qarabağ” Blokunun apara biləcəyi dəyişikliklərə qarşı ehtiyyat tədbirlər planı hazırlasınlar.”

Mənbənin blutuza sığışdırdığı digər məlumata görə isə, artqı “Ağ Ev” də də bu məsələ tam ciddiliyi ilə qarşılanıb və Amerika Birləşmiş Ştatlarının beynəlxalq təhlükəsizlik üzrə yüksək səviyyəli mütəxxəsisləri gecə yatdıqları yerdə pijamalı şəkildə Barak Obamanın qəbuluna gətirilib və şirinçaysız-filansız saatlarla müzakirə gedib ki, yeni blokun edəcəyi siyasi dəyişikliklərin ABŞ siyasətinə nə kimi xeyri və ya ziyanı dəyə bilər. Uzun sürən müzakirədən sonra, belə qərara alınıb ki, blokla münasibətləri tənzimləmək naminə, ilk jest addımları amerikanlar tərəfindən atılsın.

Mənbənin sözlərinə görə, ABŞ-ın mədəniyyət və incəsənət dairələrində bu hadisə “Ağ Ev”dən fərqli olaraq, qorxu ilə deyil, əksinə, yüksək sevinc və ümidlə qarşılanıb: “Hətta, “XXI əsr Fox” şirkəti və məşhur filmmeyker Tarantino qərara alıblar ki, Ağazadə-Cəlaloğlu-Əlibəyli üçlüyü barəsində tarixi-siyasi triller də çəksinlər. Film isə, “Üç müxalifətçi” adlanacaq. Yerli yazıçılardan heç biri bu filmə ssenari yazmağa cəsarət etməsələr də, Fransanın məşhur yazıçılarından Aleksandr Düymə Nəvə, bu işi şərəflə yerinə yetirəcəyinə söz verib.”

Mənbə tələm-tələsik və orfoqrafik səhvlərlə ötürdüyü məlumatın bir küncündə də qeyd edib ki, filmin çəkilişlərində çəkiləcək bütün xərcləri “United Colors of Benneton” şirkəti öz üzərinə götürüb. Hələ də koordinatlarını öyrənə bilmədiyim mənbə sonda onu da əlavə edir ki, bu möhtəşəm filmin çəkilişləri müddətində bütün informasiya dəstəyi “Hustler.Tv” və “RealityKings.com” saytları tərəfindən reallaşdırılacaq.

Mənbənin verdiyi məlumatları dəqiqləşdirmək naminə, Ermənistan Respublikasının Bakıdakı hər hansı bir rəsmi nümayəndəliyini tapa bilmədim. Qeyri-rəsmi nümayəndələrin isə, qəbuluna düşmək çox müşkül problemə çevrildi.  Rusiya səfirliyinə zəng edərkən  öyrəndim ki, səfriliyin bütün kollektivi, məhz “Qarabağ” Blokunun xoşuna gəlmək naminə ömürlərində ilk dfə oruc tutmuş, lakin, dünən günorta saatlarında baş verən ürəkbulanma səbəbində kütləvi surətdə xəstəxanaya yatrılmışlar. Təəssüf ki, təhlükəsizlik səbəbindən, xəstəxanın ünvanını və adını öyrənə bilmədim.

ABŞ səfirliyinə zəng etdikdə isə, tamam başqa cür ilginç bir olayla qarşılaşdım. Belə ki, adını öyrənməyə macal tapmadığım bir səfirlik əməkdaşı, “Qarabağ” Blokunun adını eşidən kimi, hövlnak dəstəyi yerinə atdı. Gün ərzində bir neçə dəfə təkrar zəngə cəhd eləsəm də, çox ehtimal ki qorxudan, telefonu qaldıracaq biri tapılmadı.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma