Əsas səhifə » Poeziya » Kazanovasayağı

Kazanovasayağı

Darıxma!
Sağlıq olsun,
yaxınlarda sevindirəcəm səni.
Az əvvəl,
sırtıqlığa salıb da qopardığım
telefon nömrənə zəng edəcəyəm.
Qoy, hələ bir az keçsin,
indi gəzdiyim marağın itirsin…

…Bəlkə, bəxtin gətirsə,
başqa qız nömrələrinin içindən,
ilk sənin nömrəni görüb yığacam.
Həvəslə və çoxdankı tanış kimi,
şit zarafatlarla “hücum” edəcəm.
Sən utanacaqsan…
Amma, xoşlanacaqsan mənim arsızlığımdan.
Əminəm, adım kimi!
Bütün utancaqlığını aradan götürəcəm..
Və növbəti gün görüşə çağırıb,
alovlu etiraflarla əridəcəyəm səni!

Eh! Darıxma, qızcığaz!
Sən nə bilirsən hələ,
sevgi nədir!?
Öyrədəcəm sənə əsl sevgini,
xoş duyğuyla sevindirəcəm səni!
Amma, fərqlənməz sənin bu sevincin
– evdəki sıxıntıdan çayxanaya üz tutan kişilərin
işsizlik fikrini,
borcların möhlətini
bir anlıq unutduran
nərdtaxta uğurundan!

Mən sənə öz bildiyim,
Hiss etdiyim hər şeyi öyrədəcəm.
Elə, ona görə də,
gözləmədiyin bir dəm,
qəfildən tərk edəcəm!

Advertisements

Kazanovasayağı” üçün 4 cavab

  1. doğrusunu desəm, yazı tərziniz çox xoşuma gəldi. tipik Azərbaycanlı oğlanları tərif etmisiniz məhz bu yazıda. Qoyun başqa yazılarınızı da oxuyum şərhimi mütləq bildirəcəm.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma