Əsas səhifə » Esselər(içsəslər) » Dəli üçün hər gün bayramdır!

Dəli üçün hər gün bayramdır!

Bloqçuların günüymüş bu gün! 31 avqust Beynəlxalq Bloq Günü kimi qeyd olunurmuş. Mən də bloq sahibi kimi, bu günü qeyd eləməliyəmmiş. Lap əla! Ölmürəm bayram üçün? 🙂 Bax, elə bu xəbəri eşidən kimi, qanım qaynadı (milli gennlərdəndir yəqin).

Bu arada, qeyd edim ki, mən bloqçu kimi tanımaq üçün başlamadım bloq saxlamağa. Sadəcə,  içimdən yazmaq gəlirdi və bəddi-publisistik işlərimi bir bazada toplamaq naminə, ən uyğun məsləhət bloq açmaq oldu. 1 qeydiyyat, 1 email confirmation, 1 “theme” seçmək… Vəssəlam, şüttəmam!:)

Nə isə, çox uzatmayım, dayımız İlqar Mirzənin tövsiyyəsi ilə internetdə qurdalanıb, 5 maraqlı bloq axtardım. Aralarında, tanıdıqlarım bloqlar da var ki, tez-tez ziyarət edirəm. Nə isə, mən acığa düşüb, öz qızıl yediliyimi qeyd edirəm. Mən bu yeddiliyi  dostluğa görə yox, rəngarəng və ətraflı yazılara, həm də peşəkar yanaşmaya görə seçmişəm.

1-ci yer: Dilqəm Əhmədin Eysar.Azeriblog.com ünvanı. bloqdan çox sayta bənzəyir.

2-ci yer: Nərmin Kamalın http://www.deffektiv.com bloqu. Hər gün olmasa da, tez-tez yenilənir, həm dini, həm sosial, həm də… Girib baxarsınız. Sahibəniz özü də çox gözəl və savadlı bir xanımdır. Hərçənd tanış deyilik 🙂 smayliki tərsinə qoymam gərəkirdi, amma…

3-cü yer: Mənasız Fəridənin mənalı bədii-lirik-sentimental bloqu.

http://menasiz.worpress.com.

4-cü yer: Aynur Zərrintacın bloqu. Ekskursiya üçün, o bloqa buyurun. Afrikadan isti-isti yazılar http://www.zarintac.blogspot.com ünvanında.

5-cü yer: Ayuk Utopik əlbbəttə ki… Bu xanım özü konkretliyi sevdiyinə görə, mən də qısa və konkret olaraq, sizi bloqa dəvət edirəm.

http://ayuktopik.wordpress.com

6. Ali Ganjavi (Əli Gəncəvi yəni). Maraqlı və ürəkli. İstədiyini yazır, senzura-filan da… Vecinə deyil.  http://aligenjevi.wordpress.com/

7.ci yeri kim tutsa yaxşıdır? Türkan! Əsəbləşəcək ki, niyə  məni sona saxlamısan? Amma, mən sonsuz və xoşbəxtlik rəmzini ona bağışlayıram. Onsuz da, Sosiumun müsabiqəsində 6-cı yer tutub. http://www.turkandevrijova.wordpress.com.

Dostum Şahin Musavinin yazarkesh.wordpress.com bloqunu da daxil etmək istərdim lap yuxarılara.. Amma, gərək müəllif yazıları çox olaydı. Mən bloqda buna üstünlük verirəm.

Bu bayramlıq bu qədər. Amma, bir həqiqəti qeyd edim. Ən çox öz bloquma girirəm)))

(saat 5:52 AM, mən getdim yatmağa)

Advertisements

Dəli üçün hər gün bayramdır!” üçün 11 cavab

  1. Sizin yazmaq hevesinize ve emekseverliyinize alqiw! Amma bir iradim var. Bloquma xow geldiniz!-de, sozu qulaq delir. O cumleni deyiwseniz, yaxwi olar (Umidvaram, oxucularimiz razi qalar. Ya da, Umidvaram, razi qalacaqsiniz). Bele. Ugurlar!

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma