Gərək…

(melanxolik gecələrin birində)

Gərək, vicdansız olaydım,

gərək, əxlaqsız olaydım!

Tanrı səltənətində,

şeytana qul bağlanıb,

Yaradansız qalaydım.

Yalan həyat sürəydim ki, beləcə,

qəlbimi oyalamazdı yalanlar.

Gedənlər də dərd olmazdı içimdə

bir dəyər daşımadıqca qalanlar…

Yəqin, uzaq olardı işgəncə də,

Məsumların göz yaşlarıyla yuyardım kirimi.

Qəlbimdən qan axıtmazdı kimsə də,

üst-başımda olmazdı toz, ləkə də,

boyadıqca harama əllərimi…

..Və gündə olmasa da,

Heç olmasa,

həftə sonlarında,

Çiyinlərimdəki mələklərin də

başlarını deşərdi,

soyunulmağa belə,

macal vermədiyim dikdabanlar…

Mən necə insan olardım görəsən,

məni lənətlədikcə aldananlar!?

Advertisements

Gərək…” üçün bir cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma