Əsas səhifə » Esselər(içsəslər) » “Ümid” ləqəbli donuz

“Ümid” ləqəbli donuz

Və ya

Təəssüf dolu təşəkkür yağışı

Türk torpağı olan Qubadlının (Türklüyü həqarət bilənlərin qohum-əqrabası tərəfindən) işğalından düz 17 il keçir. Və düz 17 ildir ki, vədlər verilir. Növbənöv, sortbasort! Hər vəd özündə bir ümid daşıyır, hər ümid bir beşillik işə yarayır… Və beləcə Qarabağsız, hüquqsuz, soisal problemlərlə dolu, amma, körpülü-saraylı bir “17 illik tarix” formalaşır. Burnuna gələn əsgərlik qoxusundan bir neçə il də olsa, uzaq qalmaq üçün arzular-xəyallar quran bir igidin ömrü.

Təəssüfmü edək? Yox, yox… Əksinə, nümunəvi müsəmanlar kimi, əllərimizi göyə qaldırıb təşəkkür yağdıraq – aşağıdan yuxarı! Şükr edək ki, ölkədə sabitlikdir. Şükr edək ki, istənilən saatda küçəyə çıxa bilirsən. Sənə dəyib dolaşan da olmaz, əgər özünü nümunəvi vətəndaş kimi apara bilirsənsə….

… Hərdən, ölkə ictimaiyyətində məşhur olan, yağmasa da guruldaya bilən bəzi ictimai-siyasəi xadimlərlə həmsöhbətlik şərəfi də düşür mənə. Real və ya virtual fərqi yoxdur, əsas odur ki, ordan burdan danışıb fikir mübadiləsi apara bilirik. Sonda, sphbəti fırladıb, ümumi və şablon (insan hüquqları, sosial problemlər, korrupsiya, demokratiya) mövzularda alovlu (konkretlikdən uzaq) fikirlər yağdıran bu dahilərə məhbusda olan jrunalist və bloqqerlərlə bağlı suallar da verirəm. Və konkret adlar çəkməklə, konkret cavablar gözləyirəm.

Çox maraqlıddır ki, vaxtilə bu mövzularda daha cəsarətli danışa bilən həmsöhbətlərim, indi, sadəcə belə bir cavabla kifayətlənirlər: “Allah qapılarını açıq eləsin!” Vəssəlam! Başqa heç nə! Dəhşətdir bu, absurddur bu!

Sanki, həbsdə olan yazarları problemlərdən, haqsızlıqdan yazmağa Allah məcbur eləmişdi. Sanki, onları Allah atmışdı içəriyə… İndi isə, səsimzii içimizə atıb gözləyirik ki, Allahın rəhmi gələcək, üzümüzə gələn hansısa bayramda onlara amnistiya bəxş edəcək. Xüsusən də, Ramazan bayramında! Yenə, Gül Bayramı olsaydı… Ona da ki, hələ çox var.

Əsl müsəlmanlar bizdəymiş demə. Səbr edən, şükr edən, hər şeyin səbəbini Allaha bağlayıb hər şeyi də ondan gözləyən… Və ən nəhayət ümidlərlə yaşayan! Axı, ən son ölən ümidlərdir! Müsəlman isə ümidlərlə yaşayır.  Hər gün, hər səhər, hər gecə, hər saniyə!

Müsəlmanın müraciət edəcəyi ən son şeylər isə, əsasən bunlardır: Rüşvət, haram pul, sələm, fühuş, spirtli içki və bir də, donuz əti.

Amma, nədənsə, bizim müsəlmanların həyatında, cəmiyyətində mühüm yeri elə sadaladıqlarım tutur. Xüsusən də, qeyd edim ki, bu yaxınlarda hansısa saytın hansısa hesabatında rast gəlmişdim ki, ən çox istehlak edilən məhsullardan kolbasa öncül yerlərdə durur. Yəqin, ona görə ki, kolbasa sexlərinin çoxunu hacılar idarə edir.

Hətta, (restoranlara gedir çoxu) donuz ətindən kolbasa buraxan ayrıca sexləri də var bu hacların. Amma, istənilən halda, istənilən kolbasanın əmələ gəlməsi üçün, donuz piyi qatılır. Və donuz ətini dana ətindən yaxşı ayıra bidliyimə görə də deyə bilərəm ki, şəxsən, mən hələ tamam halal kolbasaya rast gəlmədim bu ölkədə.  “Halal” ət də ona deyirlər ki, hamısı surəsi-duası ilə, üzü qibləyə tutulub kəsilir. Və kəsən adam da dəstəmazlı və qüsllü olur. Buna necə əmin ola bilərik?

Bax, bütün bunlardan sonra, belə çıxır ki, bu xalqa ən yaxın heyvan…. Nə isə!Yenə görüşmək ümidi və bol-bol təşəkkürlə yazımı bitirirəm. Təəsüfləndinizsə,  yazılarımı daha oxumaycağınız üçün də, təşəkkürümü əskik etmirəm. Bir az səbrli olun, hər şey yaxşı olacaq!

P.S: Yazını bitirəndən sonra, maraqlı bir əhvalat düşdü yadıma. Bilmədim hara yazım… Oxuyun: Deməli, keçən il olardı, Masazır məscidinə gedərkən ordakı dindar cavanların mübahisəsinə şahid oldum. Mübahisə ona görə gedirdi ki, axund (adını çəkməyəcəm, özünüz araşdırın) gənclərlə birlikdə çimərlikdə olarkən, qarşılarılndan keçən iki bikinili gözəl xanımı görüb və özünü saxlaya bilmədən belə deyib: “Ay nə siğəyə girərəm bunlarla!”

Bu cavanlar isə, ayırd etmək istəyirdilər ki, axund əxlaqlı sötbət edib yoxsa yox? Sonda, Lənkərani, Sistani və Xomeneyinin risalələrini incələyib belə qərara gəldilər ki, hacının zərrə qədər pis niyyəti olmayıb. O, sadəcə, şəriətə uyğun şəkildə, öz siğə arzusunu dilə gətirib. Bu qədər!

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma