Əsas səhifə » Esselər(içsəslər) » Manqurtlara hədiyyə

Manqurtlara hədiyyə

Manqurtlara hədiyyə

(esse)

Azərbaycan türklərinin “Azərbaycanlı”, yoxsa, “Türk” olmaları barədə mübahisələr azmış kimi, bir də psevdomilli bir ifadə dolaşır ortada: “Azəri türkü”. Hətta, bəzi “vətənpərvər”lər eləcə “azəri” deməklə yetinirlər. Guya, biz özümüzə Türk deməklə, Türkiyənin qoltuğuna girmiş oluruq, ölkəmiz də olur Tükiyənin əyaləti. Bu cür dar düşüncəyə, ancaq, Türk tarixindən xəbəri olmayan, bir portretdən başqa heç nəyə baxmayan və zorla yeridiləndən özgə heç nəyi qəbul emtəyənlər inana bilər.

Və  guya, Türk kimliyindən imtina etməklə, öz milli vahidimizi formalaşdırmış oluruq. Hətta, bəzi “alim”lərin dediyi kimi: “Artıq, Türk xalqlarının lokallaşmasından əsrlər keçib və millətlər formalaşıb. Biz də, formalaşmış (və ya formalaşmaqda) olan millətlər kimi, öz adımızı yaratmalıyıq və bu adla da tanınmalıyıq.” Bu cəfəngiyyatdır və Türklüyə ləkə gətirən düşmən yamağıdır.

Əlbəttə ki, tarixçilərin, dilçilərin, siyasətçilərin (istər yerli, istər əcnəbi) türk düşmənliyi üzündən, mən bir əcnəbiyə deyəndə ki, mən Türkəm, məni tam anlamayacaq. Amma, bir balaca əziyyət versəm özümə, başa salsam ki, mən Azərbaycan Türküyəm (belə də etmişəm həmişə), getdikcə, məni tanıyan bütün əcnəbilər üçün mən “azərbaycanlı” deyil, məhz Azərbaycan Türkü olacam. Sadəcə, əgər, islahat ediriksə və bu islahat bizim üün milli şərəf məsələsidirsə, nəyə görə də, yenidən tanıtıma və izahata tənbəllik edək?

Keçəlim, “Azəri” məsəsləsinə. Hardan gəlir bu söz? Nədir bu sözün yaranma mənşəyi və səbəbi? “Azəri” anlayışı Zərdüşt dininində, yəni atəşpərəstlikdə yaranmış və günümüzə gəlib çıxmış kəlmədir. Od mələyi Azərə (Ruhanilər demişkən, şeytan ki, şeytan!) sitayiş edənlərə “azəri” deyirdilər. Sonra, farslar həqarətlə “azəri” dedilər bizə, biz də həzm elədik. Ay, nə gözəl!

“Azər+i” : tərcümədə “Azərçi” və ya “Azərist” kimi vermək olar. Necə ki, vəhhabi, sələfi, bəhai…  Eləcə də, azəri! İndi sual verirəm, bu ölü dini cərəyana bizim nə dəxlimiz var? Ümumiyyətlə, dini cərəyanın milli mənşə ilə nə əlaqəsi var?

Yaxşı, manqurtlar, ya da bu manqurtlaşmanı yönətənlər desələr ki, “Azərbaycan” sözündən qaynaqlandırırıq bu sözü və onlar da bir sual versələr ki, “Azərbaycan – Azər uyğunluğu nədir səncə?”, mən də tarixi dərindən bilməsəm də, az çox düşünmə qabiliyyətimə görə, izah edərəm.

Tarix boyu, Azərbaycan “odlar diyarı” kimi tanınıb. Çünki, burdakı  neft ehtiyyatları üzündən,təbii ocaqlar olub. Və ola bilər ki, məhz bu diyarın adı da “Azər” anlayışına uyğun formalaşıb. “Oğuz-ər” versiyası da var, amma, əmin olmadığım tarixi qurdalamaq fikrində deyiləm…. Heç buna lüzum da görmürəm.

“Od mələyi”nin adının (Azər) torpağa verilməsi, orda yaşayan xalqın adına, etnik vahidə necə təsir edə bilər? DİNİ SİYASƏTDƏN AYRI TUTAN DÖVLƏT ATƏŞPƏRƏSTLİYİN QUYRUĞUNAMI SALACAQ XALQINI!?

Və ya, xalq özümü düşəcək bu quyğruğa!? O zaman, belə çıxır ki, İslama inananların pasportuna “müsəlman”, xristianlığa keçənlərində “xristian” deyə yazılmalıdır milli kimliyi? Hətta, süni, şiə… Gülməlidir, eləmi? Amma, bu “azəri”lərə baxanda, mənim ağlamağım gəlir.

Azərbaycan Türkləri “Tarix inkişaf edib, Türk xalqları lokallaşıb” deyə, öz Türk kökünü danacaq, amma, öz milli adını hansısa bir dini obrazla, yəni, Azərlə bağlayacaq, yaxud, öz etnik adını coğrafi addan (Azərbaycan+lı) götürəcək… Və həqiqətdən başqa, daha nələr və nələr!

Həyasızlıqdır ki, dini bir məfhumu milli istiqamətdə istifadə edirlər. Ağılsızlıqdır (və ya hiyləgərlik) ki, coğrafi ad vacibliyini aşılayırlar milli kimliyə.

Bu manqurtluq deyilmi!? Cavab verməyin mənə, sadəcə, düşünün özünüz üçün. Düşündükcə, mənə yox, özünüzə fayda vermiş olarsınız.

Mən Tanrının quluyam,  haqqın-ədalətin dostuyam, Tanrısevər Türk Millətinin övladıyam. Və Tanrıya da şükürlər olsun ki, hansıa “od mələyi” ilə bir qohumluğum yoxdur. Sizin necə, hörmətli oxucular?

Advertisements

Manqurtlara hədiyyə” üçün 18 cavab

  1. Rüfət,

    Əvvəla, sizinlə razılaşmayanlara manqurt demək, savadınızın və mədəniyyətinizin yüksəkliyindən xəbər vermir. Sizin kimi düşünməyən insanlara elə başlanğıcdan manqurt deyirsinizsə, daha sualı sormağa nə hacət? O suala sizdən fərqli cavab verəni də artıq damğalamısınız.
    İkincisi, ola bilsin, Azəri sözü şeytan deməkdi (belə olduğunu düşünmürəm), ola bilsin Fars sözüdü lap ola bilsin heç bir anlamı yoxdu.
    Önəmli olan sözün kökü deyil, önəmli olan bu adla tanınmamızdı. Ola bilsin, mənşəcə türk xalqı ilə bir yaxınlığımız var, ancaq fərqlərimiz də var axı. Bəs bu fərqlərlə nə etməli?
    Mən kimliyimdəki fərqlərin Türkiyə içərisində əriyib itməsini istəmirəm. Siz istəyirsinizsə, çox gözəl. Olun Türk. Lap istəsəniz olun Azərbaycan Türkü. Ancaq məni, şəxsən, Rus Koreyalısına bənzər bir kimlik (Azərbaycan Türkü sözü buna və ya İngiltərə Yaponuna bənzər bir anlayışdı) təmin etmir.
    İndi mən sizinlə razılaşmıram deyə, manqurt adlanmalıyam? Nə dilimi, nə toplumumu, nə də tariximi sizdən pis bilmirəm. Xeyir ola?
    Bir az təkəbbürünüzü yüyənləyin.

    • soyunu dərk və qəbul etməyənə manqurtdan başqa nə demək olar? Məndə təkəbbür yoxdur. Rus koreyalısı və ya İngəltərə yaponu nədir? Türkiyə türkü var, Azərbaycan türkü var. Siz niyə anlamq istəmirsiniz? onsuz da azrbaycanlı kimi də, azəri kimi də ərimişik və əriyirik, əvvəlcə russayağı,, indi ingilissayağı))

      • Rufet, kommentlerinizi oxudum. Iddia edirsen ki, dilini, toplumunu ve tarixini pis bilmirsen. Ama ya senin dilin, topmun, tarixin milliyetin kimi bizimkinden ferglidir. Yada chox dayaz insansan.

        Azerbaycan turku kelimesini ingilis yaponu sozune benzedeceyine, amerikan ingilisi ile ingiltere ingilisi ile oxshad. Ve ya Avstrya almani ile almaniya almani kelimeleri ile benzet! Benzetmek ya ishine gelmir. Yada rufatahmat senin kimilerine gozel ad qoyub manqurt!!!

        Indi gelek senin fergler dediyin hissesine. Turkiyenin istambulunda yashayan turkle igdirda yashayan turkununde arasinda chox fergler var. Onda igdirlida chixib desin ki, biz turk deyilik igdiriyik. Ayri milletik???

        Hec uzaga getmirem. Bakili ile qazaxlinin danishigi arasinda senin yashinin 10 qatidanda chox ferg gostererem sene. Savadsiz savadsiz danishma sen Allah.

        Hele qardashimiz sizin kimilerine yumushaq dilde manqurt deyib! Siz mangurtdanda betersiniz! Mangurtun sagalma shansi var. Ama sizler robotsunuz! Sizin sagalmaginiz mumkun deyil!!!

  2. Azəri sözü şeytan demək deyil,ya oda sitayiş edəndir, ya da Azərin soyudnan gələn)) Azər od mələyidir. baxın, bele çıxır ki, müselman da dinine görə millət adı ala biler, elece bir hind de buddist kimi milli vahidle çağırıla biler?))

  3. Azəri adı haqda bir az ətraflı danışaq.Doğrudanmı azəriyik? Xeyr qətiyyən!.Azəri adı heç bir tarixi kökənə mənbəyə sahib olmayan bir addır .İlk dəfə olaraq bizə20-ci əsrin əvvəllərində İran milliyətçisi Kəsrəvi tərəfindən verilmişdir.O özünün kitablarının birində daha doğrusu “Azəri, ya zəbane-bastane-Azərbaycan” (“Azəri, yaxud Azərbaycanın qədim dili”) kitabında bizi ilk dəfə olaraq azəri kimi qələmə vermişdir Bizi azəri adlandırmaq Farslar əsasən iki cəhətdən sərf edir.Birincisi Azəri adı Iranda yaşayan bir farsdilli etnik azlığın adıdır.Burda bizə azəri deməklə bizi fasrlaşdırmaq və öz kökümüzdən uzaqlaşdırmaq məqsədi güdülür. Bu da ki bizi öz soyumuzdan ayırmaq üçün işə yarıya bilər ,və göründüyü kimi millətimizin kitab üzünə həsrət qalan və tarixdən xəbəri olmayan nümayəndələri hələ də özünə azəri deyir.Hələ deməkləri bir yana azəri adına musiqi yazıb klip çəkib təbliğat aparanlarımız da tapılır..Bildiyimiz kimi Azərbaycan tək indiki Müstəqil Azərbaycandan ibarət deyil.
    Cənubi (Güney) Azərbaycan adlı böyük bir hissəmiz fars işğalı altındadır ,Cənubi azərbaycandakı soydaşlarımızı özlərinin milli kimliklərini tam bütünlüklə bildikləri üçün farsların cənubdakı soydaşlarımızla Şimaldakılar arasında milli mənsubiyyətdə fikir ayrılığı yaradmaq məqsədilə bizə Azəri adını geydirdilər.

  4. Düz deyirsən, Ruslan. Mənim sağalmağım mümkün deyil. Əgər sağalmaq başqa cür düşünənlərə manqurt demək, onlara yuxarıdan aşağı baxmaq anlamına gəlirsə, türk olmaqla fəxr edib rüşvət almaq, namus üstündə adam bıçaqlamaq, “biz dünyanın yarısını işğal etdik” deyib bit-birənin içində yaşamaq, İlhamın sizi inək yerinə qoymasına dözmək, İngilisin, Rusun, Amerikalının maşınında gəzib, televizorunda film seyr edib, İnternetindən yararlanıb sonra onlara alkoqolik, biqeyrət deməkdən ibarətdirsə, mən o cür sağalmağı istəmirəm. Siz sağ və salamat olun, mən xəstə.
    Siz önünüzə gələnə, tanımadan-bilmədən, sizinlə razılaşmır deyə manqurt deyin. Çox gözəl.
    İndi keçək başqa məsələyə.
    Birincisi, Amerikan ingilisi yoxdu, İngilis ingilisi də yoxdu. Amerikalı var, İngilis var. Amerikada yaşamaq və ingiliscə danışmaq hələ ingilis olmaq anlamına gəlmir. Necə ki, Rusiyada yaşamaq və rusca danışmaq hələ rus olmaq demək deyil.
    İkincisi, mənim yaşımı bilmədən, düşüncələrimi təhqir etməyiniz azmış kimi hələ bir yaşımın onqatı qədər fərq göstərmənizə ehtiyac yoxdu. Azərbaycanda böyümüşəm və dilimizin dialektləri, şivələri haqda az-çox bilirəm.
    Bizim türklərlə yaxınlığımız var, mən bunu inkar etmirəm. Mən demək istəyirəm ki, fərqlər də var və bu fərqlər qazaxlı ilə bakılının danışığındakı fərqlərdən çoxdu. Bir də axı bizimlə osmanlılar ya Anadolu türkləri ya nə deyirsinizə onlar arasındakı fərq sadəcə ləhcə fərqi deyil. Bizimlə onlar arasındakı fərqlər daha dərinə gedir.
    Mən özümə türk deməsəm də Azərbaycanda böyümüşəm, orda yaşamışam və o ölkəyə sizin qədər haqqım var. Sizin kimi düşünmürəm deyə, sən bizdən deyilsən şəklində mülahizə yürütmək açıq görüşdən və nəcabətdən xəbər vermir. Bilirsiniz nədən xəbər verir? Yazılarınıza, onun dilinə göz atın. Görəcəksiniz.
    Nəsə, günah sizdə deyil, məndədi ki, bu bloqa girib bu yazıya baş qoşuram. Gedim işimlə məşğul olum. Sizsə davam edin, Ruslan, Rüfət. Metedən, Alp Ər Tunqadan, Atilladan, Sultan Fatihdən yazın, Bahəddin Ögəlin kitablarını oxuyub bəh-bəh necə qədim millətik, nə qədər imperiya qurduq düşünün, Türk olmaqla fəxr edin. Uğurlar.

  5. Rufet uzr isteyirem. Kommenleri oxuyanda esebimden adlari sehv saldim. Kommentler sene deyildi. Sene yazan shexse idi.

    Trillaria,
    Bax yene sehvler buraxirsan. Men ozumu Turk adlandiriram ama rushvet almiram! Bu sozu ele yazmisan ki, ele bil ozunu Turk adlandiranlarin hamisi rushvetxordu! Bayada yazmishdim. Chox kasad dushunceli muxalifetchisen! Turk namus uste adam bichaqlamir! Namus ereb mensheli bir anlayishdir! Turk qeyret ustunde bash kesir! Turkluyun ne oldugunu bilmeden o haqda danishirsan! Hetta deyerdim ki, sen neyinki turk tarixini hec dunya tarixini de bilmirsen! Turkler dunyani feth edende medeniyyeti sherqden qerbe getiren bir milletdir! Hansiki o medeniyyeti qerbe getirende qerbliler bit bire ichinde barbar kimi yashayirdi! Tualetin ne oldugunu bilmirdiler! Evlerinde qarshok saxlayirdilar! Napalion kimi yoldashlarina men 6 aya qayidacagam, qetiyyen bedenine su vurma chox ehtirasliyam seni isteyirem kimi mektublar yazirdilar! Mene medeniyyet tarixindan danishma sen Allah!

    O ki, qaldi siyasete bagishla ama Ilham senin kimisine baxanda ele bilecek ki, mende ineyem menede inek deyecek de!

    Ingilisin rusun avtomobilinde geziremse, filmini seyr ediremse, internetinden istifade ediremse, alkoqolik, biqeyret sozunun menasini mi unutmaliyam??? Sen bilmirsense sene de achiglayim bu sozlerin menasini. Alkoqolik her gun ichin ichki xesteliyine tutulan shexse deyilir. Ruslar mashin duzeldir ve yene de her gun ichirlerse, ona ele alkoqolik demek yarashir. Sadece bundan sonra senin xetrine mashin duzelden alkoqolik deyerik. Indide kechek biqeyret sozunun menasina. Kishinin 4 qeyret elametlerinden birisi xanimidir. Eger kishi 40 denesinin altinda yatan birisini getirin ozune xanim edirse ve o xanim bununla aileli ola ola yene 40 nin altina yatirsa bax buna da biqeyret deyirler. Bundan sonrada senin xetrine onlara interneti keshf eden biqeyretler deyerik!

    Indi kechek keshflere, yogurt yeni qatiq turklerin keshfidir. Qerbliler niye onu yeyir? Demiri ilk defe keshf eden turkler olub. Niye qerbliler ondan istifade edir? Chox mentiqsiz suallardi elemi? Elecede senin verdiyin misal chox mentiqsizdir. Men rusun avropalinin podarka verdiyi mashinda gezmirem! Pulunu verib aldigim mashinda gezirem! Bir mulkun pulunu vermishemse, o artiq onun yox menimdir!

    Indi gelek amerikali ve ingilis meselesine. Chox savadli qardashim, amerikada yashayan rusda amerikalidir, erebde amerikalidir, hetta turkde amerikalidir. Neceki Azerbaycanda yashayan ruslar, yehudiler,talishlar azerbaycanlidir. Ama amerikada yashayan ingilisin milliyeti deyishib amerikali olmur! Savadina quzu kesim. Amerikali deyilen bir milliyet yoxdur.

    O ki qaldi ferglere, bizim dilimiz istanbul ve etrafindaki turklerden azca ferglene biler. Evvela bunu qeyd edim ki, o fergler koksuz ferglerdir. Son 100 ilde ortaya chixan ferglerdir. Kokde ferg elede yoxdur. Ama anadolu turku ile aramizda demek olar ki ferg yoxdur. Sherqi anadoluda yashayan turklerin danishdigi turk dili istambullununkundan daha chox bizim turk dilimize daha oxshardir. Fergler demek olar ki, yoxdur!

    Bizim kimi dushunmeye bilersen. Meselen sen muxalifet ola bilersen men biteref ola bilerem, bashga birisi iqtidar terefdari ola biler. Yaxud birimiz atesit, digerimiz xristiyan bashga birimiz muselman ola bilerik. Bax bu fikir ayriligidir. Onda men seni ne tehgir elemerem, nede ozumden ayirmaram. Ama sen qalxib milliyetini inkar edirsense, sonrada qalxib hele menimde oz milliyetimi inkar elemeyimi isteyirsense, men seni ozumden saya bilmerem!!!

    Men onsuzda fexr edirem. Menim babalarim imparyalar qurub imperyalar dagidanda ne ingilis milleti vardi, nede rus! Bununla fexr etmeye deyer. Sense get evinde qarshok saxlayanlarla fexr ele. sen ki ozunu onlara daha yaxin hiss edirsen!

  6. Kimlərin mangurt olduğunu Allah bilir. Amma sizin əxlaqsız, savadsız, ağzınıza gələn sözləri danışmağınız, özünü bu sözə layiq bilməyinizdir.
    Azəri isə, fars mars yupiter adı deyil. Ərəblər bu torpağa ilk dəfə Azərbaycan deyib, buna kimi Azəri ya da Azərbaycan olmayıb. Əgər vaxtıynan buradakılara azəri deyiblərsə bu o deməkdir ki o vaxt da “şovinist”lər olub. Yox, sadəcə indi mənəviyyatını sionist və amerikan itlərinə satanlar var. Bu diyar Azərbaaycandır və burda həm türk yaşıyıb, həm talış həm ləzgi həm fars həm ərəb həm yəhudi və s. Bunlar da Azərbaycan xalqlnl təşkil edir. Özünüzdən hoqqa çıxarmayın xahiş edirəm

  7. muntezir,
    “Amma sizin əxlaqsız, savadsız, ağzınıza gələn sözləri danışmağınız, özünü bu sözə layiq bilməyinizdir.” – bu senin savadindan agziva geleni danishmagindan bir basha numunedir ve bunu ikibashli cumle kimi ishledeceyine kishi kimi chix sozunu bir basha de! Neceki biz deyirik.

    Sohbetin neden getdiyini anlamamish ele agzina geleni fars mars yazib durursan! Azerbaycan sozunden yox, Azeri milliyetinden danishiriq! Ama xaish edirem sen bu sohbetlere qarishma!!! Sen ki daglisan! He nezere alsaq ki, daglilar fars kokludur. Belkede farslara qarshi deyilen sozler xetrine deydi?

    Azerbaycan xalqindan sohbet gedende seninde haqqin var soz demeye! Beli sende bir dagli olaraq Azerbaycan xalqinin terkib hissesisen! Ama Azerbaycan turku olmadigin uchun, ne bu mubahisede ishtirak edenleri, nede bir bashgasini tehgir edib seviyyeni gosterme!

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma