Əsas səhifə » Esselər(içsəslər) » Halal olsun, İsa Qəmbər!

Halal olsun, İsa Qəmbər!

Halal olsun, İsa Qəmbər!

və ya

Əli Kərimlini Ağanın cəddi tutsa…

( polit-lağırtı)

Az qalmışdı ki, müxalifət birləşsin. Lap azca! Cəmi bir neçə “svixa”, bir neçə imza, bir neçə jurnalist, bir neçə süni təbəssüm dolu març-murç… Vəssəlam, şüttəmam! Bütün aləmə ayan-şayan olacaqdı ki, bəs Azərbaycan müxalifəti nəhayət ki, birləşib, bir əmi-dayı da gərəkdir ki, arxa durub bütün narazı elektoratı həvəsləndirə və çıxara meydana. O da canfəşanlıqla, bütün var gücünü toparlayıb press-konfranslardakı kimi yox, hansısa hərəkat olan ölkələrdəki kimi üfürə iqtidarın üstünə… Amma, olmadı. Necə deyərlər, tutmamış buraxdılar. Və yaxud da ki, “RƏİS, ALINDI!”

Hələ, bir neçə ay əvvəl, görüşlər keçirilirdi – DUİ ilə Müsavat arasında. KXCP-nin mitinqə adam çağırıb, özü gözə dəyməyən bəzi funksionerlərindən fərqli olaraq, Müsavat tərəfdən daha çox entuziazm hiss olunurdu. Çünki, Müsavat rəhbərliyi hələ 2003-də olduğu kimi, ətrafında geniş bir blok yaratmaqda maraqlı idi. Lakin, Mirmahmud Ağanın İsa Qəmbərə olan böyük ümid və gözləntiləri puça çıxdı. Çünki, Mirmahmud ağanı yanında görmək istəyən İsa Qəmbər, həmdə Əli Kərimlini itirməkdən ehtiyyatlanırdı. Amma, AXCP də AXCP-dir. İki ayaq bir başmağa dirəndi, çıxmadı ki, çıxmadı. Nəticədə nə oldu? İsa Qəmbər Ağa ilə doyunca çay içdi, ordan-burdan söhbətləşdi və sonda…

… Arif Hacılı “Facebook” statusunda yazanda ki, biz bütün müxalif qüvvələrin (bir xeyli partiyanın adını yazmışdı) koalisiyasını istəyirik, xeyli istifadəçi (hamısı cəbhəçilər) nalayiq sözlərlə şərh hücumuna keçdi. Bu şərhləri oxuduqca düşünürdüm: “Məgər, AXCP üzvləri müxalifətin geniş koalisiyasını istəmirmi? Yoxsa, yenə mənəm-mənəm deməklə iqtidar dəyirmanına su tökmək niyyətindədirlər?” Şəxsən, mənim subyektiv fikrimdir bu. AXCP-nin qısqanclığı geniş koalisiyaya imkan vermədi. İsa Qəmbərin “səni sevirəm, amma, ondan keçəmmərəm” prinsipi də gözləri və fikirləri çaş qoydu.

Beləcə, ittifaq alınmadı (bala-bala ittifaqlar çıxdı meydana). Amma, geniş ittifaq alınsaydı… AXCP seçkidəki namizəd bölgüsünü bir neçə partiya ilə razılaşdırmalı olacaq və həm də “həmsədr” yox, “sədr müavini” statusunda qalacaqdı. İkili ittifaqda isə, guya nəsə ola bilər. Amma, əslinə qalsa, Əli Kərimli İsa Qəmbəri DUİ-dən ayırmaqla, qarşı tərəfə daha çox şans bəxş etmiş oldu. Hakimiyyət, DUİ-nin qarşısındakı baryerləri yönəldəcək AXCP istiqamətində, həm də ki, DUİ seçkilərə sırf  AXCP-dən revanş almaq məqsədi ilə qatılacaq. Beləcə, müxalifətdaxili rəqabət və hətta, ədavət qızışacaq.

İsa Qəmbər isə, işini bildi. Və DUİ-dən görə biləcəyi bütün “cəddi-bəddi”ni özündən uzaq etdi.  Əsl usta siyasətçi kimi, Mirmahmud ağa ilə danışıqlara getdi. Və bir neçə dairədə razılaşma apardılar. Amma, nədənsə, bu razılaşma siyahısına Əli Kərimli və Vüqar Bəyturanın da namizəd olacağı 31 saylı Suraxanı seçki dairəsi salınmadı. Hərhalda, mən görmədim. Amma, DUİ-də MQP başqanının namizədliyi dəstəklənib. Deməli, İsa Qəmbər Əli Kərimlinin xətrinə dəymək istəmir. Hazırlıq davam edir. İqtidar da hazırlaşır. Daha çox, müxalifətin içində.

Eşitdiyimə və bildiyimə görə, AXCP Rauf Arifoğlunun namizədliyini dəstəkləmədi. İsa Qəmbər də israr eləmədi.Müsavatın da öz namizədi varmış.Adını çəkmək istəmədiyim bir tanış və tanınmış politoloq isə, bu barədə belə dedi: “Əli Kərimli  Rauf Arifoğlunu dəstəkləməməklə, onu öz “lənət”indən xilas etmiş oldu. İsa Qəmbər isə, seçki gününə qədər “oynamaq” fikrindədir ki, bəlkə, nəsə tutuzdura bildi.”

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma