Çırpınırdı qara ruh…

Rüfət Əhmədzadə

Çırpınırdı qara ruh…

(mənsur şeir)

Mən səninçün yox olandan, sən də yoxsan mənimçün. Biz, ikimiz də çoxdan, yoxuq bir-birimüzçün! Nə sən varsan, nə də mən. Qalan “Sən” və “Mən” oldu. Həqiqi bir yoxluğa xəyali bir varlıq qatmaq naminə. Axı, şeir yazanda, xitab eləmək üçün, kim isə, nə isə olmalıdır…

Yaxınları aldı gecə… Uzaqlara daldım gecə… Tuzaqlara saldı necə… Heçə bürünmüş gecə!

Və sadəcə, düşüncələr, şübhələr… Dünənin səhvləri ilə, sabahın doğrusunu yazmağa ölən inam… Yaşayıram, yalnız yazarkən. Düşünürəm, yalnız yazarkən! Bitirəcəm, yazımı… Mən də can verəcəm, “ctrl+s” funksiyasıyla…. Ölən ümidlərimi qucaqlayıb yatacam. Ayılsam da belə yenə…

Eh, bezdim! Ölə-ölə yaşamaqdan, daha təngə gəldim mən!

Cəsarətimi itirmişəm – sevməyə. Qətiyyətimi itirmişəm – güvənməyə. Sanki, bu arada, qabilliyyətim də itib mənim – sevinməyə. İtkilərə məruz qalan bitkiləri xatırlamaq da boşmuş – indi bir külqabıya sığan ömür bağımda…

… Yox, yox! Güc tapmaq gərək! Elə, onu yoxluqdan almaq gərək! Yaşamaq! Ölməzdən əvvəl heç olmasa, poza bilməyəcəyin yaxşı bir şey yazmaq üçün yaşamaq. Hansının ki, redaktəyə deyil də, arda ehtiyacı var… Mən bunu bacaracam! Bu gün bilmirəm, sabahıma da cavabdeh deyiləm. Amma… Bilirəm ki, mən hey yıxıldıqca da, ayaq üstə durmağı öyrənirəm. Deməli, yaxınlarda, öz sözümü deyəcəm! Bu “qumar masası”ndan “tas”ımı götürəcəm! Mən xoşbəxt olacağam!

Bəli, bəli! Sən yanlış eşitmədin! Mən xoşbəxt olacağam!

İnsanlar qarşımda təzim edəcək. Sağ əlimin şəhadət barmağıyla, sol al yanaqlara toxunmağımla, baldodaqlar altıma səriləcək!

Mən xoşbəxt olacağam! Ən bərəkətli bağlarda ən nemətli ağaclardan, ən ləzzətli meyvələr mənimçün dəriləcək!

Mən əsl Mən olacam… Xoşbəxtliyi möhürləyib, öz imzamı atacam! Çox xoşbəxt olacağam! Və mənim xoşbəxtliyimə tərif bəzəyəcəklər – xoşbəxtliyini əlindən alacağım bədbəxtlər!

Heç kim vecimə deyil… Heç nə beynimdə deyil… Məni maraqlandıran, ancaq bir hədəfim var! Xoşbəxtlik, xoşbəxtlik, xoşbəxtlik!

Eh! Bəlkə də, düşünməzdim belə mən – əgər, almasaydılar, mənim də xoşbəxtliyimi, haqqım olan sevgimi əllərimdən… Mən də xoşbəxt olardım. Həqiqi səadəti dadardım sevdiyimlə… Özgələrin xoşbəxtliyinə göz dikmədən belə!

Qəribədir, deyilmi!? Mən hey özgə ruhları sevə-sevə, öz ruhumun səadətindən imtina etmişəm! Amma, nə olur olsun, mən xoşbəxt olacağam! Bədbəxt kimi ölmək önəmli deyil.

Advertisements

Çırpınırdı qara ruh…” üçün 10 cavab

  1. Qəribədir, deyilmi!? Mən hey özgə ruhları sevə-sevə, öz ruhumun səadətindən imtina etmişəm! Amma, nə olur olsun, mən xoşbəxt olacağam! Bir bədbəxt kimi ölməkönəmli deyil.

    SUPERRRRRRRRRRRRRRRRRR……………..ALLAHİM SENİ DİLEDİYİN KİMİ XOSBEXT ETSİN RUFET.AMİN

  2. SAGOL
    ELLERINE SAGLIQ
    BU SERMENE BEXTIYAR VAHABZADE HEYAT SEN NE SIRINSEN SERINI XATIRLATDI BIR ANLIQ
    COX NIKBIN VE HEYAT ESQI ILE DOLU YAZMISAN.
    HEMISE BELE YAZILAR GOZLEYIREM SENDEN
    SENDEN DOYMAQ OLARMI HEYAT SEN NE SIRINSEN?
    SEN HEYATIN QEDRINI YALNIZ BILENLERINSEN…
    HEYAT COX GOZELDIR
    YASAMAGA DEYER…

  3. bilmirem ne deyim oxuyuram deyirem yaxwidi oz-ozume.ve yene oxuyuram oxuduqca yavaw yawav yox deyirem oz-ozume.goresen nedendi bu ay Rufet tereddudlu fikirler baxir goz-goze.dilimde dolawir yene soz -soze layiqsen Rufetcan sen xoshbextliye!

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma