(s)Ekstrim

Rüfət Əhmədzadə

(s)Ekstrim

Bloqumu düz 5 ay bundan əvvəl açmışam. Amma, bu beş ay ərzində, həm qonaq, həm də məhsuldarlıq baxımından ən yüksək nəticə ötən həftə qeydə alındı (550-yə yaxın giriş oldu). Həm də, ötən həftə ən qalmaqallı və başımın ən çox ağrıdığı bir həftə kimi düşdü tariximə.

Belə ki, özünə “azəri” deyən və “türk” sözündən xoflananlar, iran aşiqləri, bəzi müxalif qurumların nümayəndə və “təəssübkeş”ləri, eləcə də, din pərdəsi altında öz separtçı və anti-türk əhvalını ört-basdır edən bir para azlıqların nümayəndələri öz təhqiramiz şərhləri, mesajları və gizli nömrələrdən etdikləri sərsəm zəngləri ilə əməllicə rahatlığımı pozdular (bəzi ədəbsiz şərhləri sildim). Təsəvvürə aydınlıq gətirmək naminə, oxucular “ahmadzada”tk-dakı son yazılarımı oxuya bilərlər.

“İran” adlanan dövlətə və onun bəzi ziyanlı fəaliyyətlərinə həsr etdiyim bir yazımda etnik separatçıları hədəf almağım da, yaman əsas oldu adımı “sionist” qoymağa. Əcəbdir. Amma, çox maraqlı bir məqam da oldu ki, mənə zəng edən bəzi din xadimləri israrla xahiş-minnət etdilər ki, donuz ətindən kolbasa saxlayan hacılarla bağlı və özəlliklə də, dənizdə qız görüb “ay nə siğə edərən bunlarla!” deyən axund haqqındakı cümlələri yığışdırım. Mən isə, “yazılanı pozmaq olmaz!” prinsipi ilə etiraz etdim. Və qərara gəldim ki, belə xahişlər bir də təkrar olunsa, həmin adamları konkret adları və saxladıqları obyektləri ilə birgə yad edim növbəti yazılarda.

Kolbasa söhbəti bəlkə adi sayıla bilər, amma, bir sapık axundun özünə risalə ilə haqq qazanması ki, o özünün zina yox, siğə arzusunu dilə gətirib, bax, bu həm ağlamalı, həm də gülməli bir haldır. Nöşün ki, insanları zinadan, fühuşdan çəkindirəcək ruhanilərimizin özü bu gün fuhuşun və yalanın içində boğulur. Dəhşətlisi də odur ki, bizim Masazırın da özünü dinli-elmi sayayan cavanlarının çoxu belə əməlləri tam dəstəkləyirlər. Bəs ona görədir ki, onlara da bu sərf edir. Axı, subay bir cayıl öz şəhvətini necəsə söndürməlidir? Hətta, bir dostumun bir axunddan aldığı məsləhətə görə, Azərbaycanda siğə ocaqları olmadığına görə, istənilən bir fahişə ilə siğə duası oxuyub halallıca-bolluca cinsi əlaqəyə girmək “Allah qatında caiz” sayılır.

Cəmiyyətdə də bir sapıqlıq var – bu danılmazdır. Özünün ana-bacı qeyrətli ilə öyünən, amma, milli qeyrəti heçə bərabər olan bir çox kişimizin yanından quş quşluğu ilə də ötə bilməz. Bir qadını evdə qoyub başqa bir qadının evində vaxt keçirməyi normal qəbul edən bu Azərbaycan kişiləri Avropanı nə əsasla biqeyrət sayırlar!?

Öz evlərinə kişi gəlmir deyəmi? Hərənin özünə “otveçat” olduğu bir ölkədə, cəmiyyətdə əxlaqsızlıq ancaq birtərəfli hesablanır deyəmi? Nə olsun ki, burda zinakarların başına daş salmırlar, siz müsəlmanların inandığı Quranda ki, hər iki tərəf də günahkar sayılır!?

Bu arada, yadıma “Facebook”da gördüyüm boğazadək daşla basdırılmış bir “iran”lı qadının şəkli düşdü. Şəklin altında qeyd olunmuşdu ki, bu qadın iki kişi tərəfindən təcavüzə uğrayıb və cəzası zina olaraq daşqalaqla dəyərləndirilib. Bu da müsəlman absurdu. Bu da şəriət ədaləti! Günah Allahda və ya Quranda deyil, onun ehkamlarını tərs yozanlardadır!

Qayıdaq öz ölkəmizə. Bu cəmiyyətdə ən çox xoşagələn hal qadının açıq-saçıq geyinməsidir. Amma, bir şərtlə ki, o qadının səninlə qan qohumluğu olmasın. Zinakar ömür keçirib sonda hicablı qızla evlənən, lakin, gəzməyindən də qalmayan nə qədər tanışlarım var ki, onların da bu əməlini tülkünün həccə getməsi kimi dəyərləndirirəm. Gələnə-gedənə sataşanların, hicablı qız görəndə zöün yığışdırmasına da az şahid olmamışam. Sanki, bunlar namusludur, qalanları isə yox. Xüsusən də, sanki, ona-buna satşamaq da namusa sığışan bir hal imiş.

Bizim Masazırda bir “Oğuz”kafesi var. Bu kafe öz müştərilərini qadın offisiantları hesabına yığıb. Amma, priton deyil. Sadəcə, müştərilər sanki pivə və ya çay içməyə deyil, qıza baxmağa gəlir. İşçilərdən biri də hicablıdır. Hicablı qızın kafedə pivə daşımasından çox, məni o heyrətləndirir ki, digər ofissiantlarla şit-şit zarafat edən və ilk baxışdaca xəyalən cinsi əlaqəyə girən müsəlman müştərilərin çoxu, onun pivə gətirməsi əvəzində, bir “Allah razı olsun!” da deyirlər. Hmm, çox qəraib və əcaib bir haldır. Həm də çox adidir. Çünki, bura Azərbaycandır. Hər sağlığın dalınca “inşAllah” deyənlərin ölkəsidir bura.

“Seks” deyəndə gözləri bərələn, “həyat yoldaşım” deyəndə üzr istəyən bu Azərbaycan müsəlmanlarının ən qorxduğu, amma, ən çox da meyl saldığı elə bu zəhrimardır. Adını “bazlıq” qoyub milliləşdiriblər. Və ümummilli şəkildə mütrifləşməkdədirlər. Ədibləri-alimləri maddi sıxıntı içində boğulan bu müsəlmanlar, özlərinin də “fahişə” dediklərinə pullar xərcləyirlər. Konsertlərinə gedir, disklərini alır, saatlarla oturub onların fonoqram altında dingildəməsini seyr edərlər.

Axırda da, nə desələr yaxşıdır? Əlbəttə ki, “Adə, bu qancığın heç oxumağı da yoxdu ki!”. Oxumaqları bir şey olmasa da, bu “qancıq” deyilənlərə vaxt sərf edən bizlərik – Azərbaycan vətəndaşları.

Seksin, xüsusən də, nikahqabağı cinsi əlaqənin tabu sayıldığı bu ölkədə, rüşvətə “şirinlik” və “hörmət” kimi bəraət verildiyi kimi, bu məsələyə də bir “barmaq” qoymaq mümkündür. Nöşün ki, bir-birini “dəlicəsinə sevən” cavanlar öz şəhvət və ehtiraslarını söndürsünlər və toyqabağı bir “istehsalat təcrübəsi” keçsinlər. Bunun da ən mükəmməl yolu anal seks olub. Oxucunun “tərbiyəsiz” kimi düşündüyü bu yazar, Avropa cəmiyyətində də anal seksə elə maraq görməyib ki, bizim cəmiyyətdə var. Məsələn, bizim fahişə kimi baxdığımız bir kievli qıza cinsi əlaqə zamanı anal seks təklif eləmək, çarpayı qarışıq tərsinə çevrilməkdir. Sınamamışam, amma, bilirəm.

Görəsən, niyə belədir? Axı, nədəndir bu üstörtülü kiflənmə? Seksuall;ğın eyib sayıldığı bir cəmiyyətdə, ən çox baxılan, ən çox oxunan, ən çox dinlənilən şeylər də, elə seksual mahiyyətli şeylərdir… Xüsusən də, istər ədəbiyyatda, istərsə də incəsənət də, istedadsız olsa belə, ən yüksək reytinq sahibləri də məhz zərif cinsə aiddir. Bə niyə!?

Bu xalqın erotikaya, seksə olan bu qədər meyli,  özününcə müəyyən eydiyi əxlaq normalarına belə biganə qalması və mentalitetin mənzil sahəsində məhdudlaşması ona dəlalət edir ki… BU XALQIN CANINDA BİR (S)EKSTRİM ARZUSU VAR!

Əlbəttə ki! Hər şeyə səbəb Qarabağdan qovulan, meydanlarda boğulan bir şəhvət-vəhşət odudur ki, ermənilərin üstünə püskürülmədikcə, Azərbaycan cəmiyyətini öz içindən yandırır.

Advertisements

(s)Ekstrim” üçün 8 cavab

  1. Rufet bu yazina hec werh yaza bilmerem!cunki mene soz qalmir!lazim olani sen demisen!haladi sene!kaw senin kimi duwunenleri cox olardi olkemin!Elbette ki!Her weye sebeb Qarabagdan qovulan,meydanlarda bogulan bir wehvet-vehwet odudurki,ermenilerin ustune puskurulmedikce ,azerbaycan cemiyyeti oz icinde yandirir.

  2. oxudum, indiye kimi demek istediyim, lakin coxlarinin meni bawa duwmeyeceyinden qorxaraq soylemediyim butun fikirleri yazmisan… halaldi… bu cur duwunceli, normal insanlari gordukce gelecekde neyese nail olmagin mumkunluyunu bir az da olsa derk edirem…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma