Üzeyir Hacıbəyovdan

Üzeyir Hacıbəyov

Üzeyir Hacıbəyov

Biz ilə yevropalların təfavütü

Yevropalılar ağappaq vә tәrtәmiz bir libas kimidirlәr. Biz dә kirdәn rәngi mәlum olmayan mündәris bir paltar kimiyik. Odur ki, haman ağ vә tәrtәmiz paltarın üstә bir balaca lәkә düşәndә, o saat mәlum elәyir, amma kirli paltarın üstünә min o qәdәr lәkә düşsün, mәlum elәmәz. O sәbәbәdәndir ki, mәsәlәn, Firәngistanda birisi ildә, ayda bazarda bir güllә atanda qәzetlәr bir hәftә o barәdә danışırlar, camaat böyük hәyәcana düşür … halbuki bizim yerdә gündә beş-altı adam öldürülür, heç kәsin qulağına girmir….

Ağappaq qap kimi tәmiz bir pencәyin üstünә bir damcı mürәkkәb düşәrsә, yarım verstdәn mәlum eylәr, amma bizim bәdәnimizdәki çirkin paltarın üstünә bir kirvәngә mazut tök, bir addımdan mәlum elәmәz.

* * * * *

İkinci tәfavüt.


Bu halda, yәni bu iyirminci әsrdә yevropalılar səy edirlәr ki, quş kimi havada uça bilsinlәr. Amma biz bәdbәxtlәr hәlә indi çalışırıq ki, adam kimi dünyada yaşaya bilәk…. Şer:

Onlar әvvәl adam imişlәr ki,

indi dә quş olmaq istәyirlәr,

Bәs biz әvvәl nә imişik ki,

indi adam olmaq istәyirik?

* * * * *


İndi keçәk başqa mәsәlәlәrә…

Tәkәbbür vә lovğa adamdan hamının zәhlәsi gedir, amma hamı da o cürә adamlardan çәkinir vә hәmişә onlara yol vermәyә mәcbur olur.

Hәr halda, bu mәsәl ki–ağac bar gәtirdikcә başını aşağı tutar–hamının xoşuna gәlir. Amma burasını unutmaq olmaz ki, barı çox olan ağacın başını o qәdәr dә aşağı tutması ağacın özü üçün zәrәrdir, çünki sınar.

O sәbәbdәndir ki, ağacın qәdr vә qiymәtini bilәn bağbanlar o cürә ağaclara bir dayaq qayırırlar ki, bu “başıaşağılıqadan ona bir zәrәr vә sәdәmә yetişmәsin. Halbuki bizdә tәk-tәk tapılan barlı “ağaclar” bar verib başıaşağı olduqları halda, onun barından mәnfәәt aparanlar daha da başından basırlar ki, binәva puç olsun!

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma