Fəlsəfi zad-şey

Rüfət Əhmədzadə

Fəlsəfi zad-şey

(fikirlər sevişəndə)

“Fəlsəfə” deyəndə-eşidəndə, həyat başa düşülür. Çünki, fəlsəfə həyatı anladır, yaşantıları açır. Deməli, çox düşünüləsi şeydir. Amma, bu həyatı (fəlsəfəni) daha çox ağır həyat yaşayanlar düşünür – yəni, kasıblar. Yəqin, ona görə ki, bir məşğuliyyət olsun. Amma, fəlsəfəni daha çox varlılar və dar düşüncəlilər “bayraq” edərlər. Çünki, kasıblar bayrağı çox sevər. Axı, onlar hər şeyin arxasında bir fəlsəfə görərlər!

Bu həyatda, bənzərlik çox olsa da, hamı fərqlidir. Və hərənin öz yolu var. Bu yolun da hamarlığı-enliliyi-uzunluğu yolçunun maddiyatına düz mütənasib olar. Deməli, bu həyatı yalnız fəlsəfə deyil, həmdə iqtisadiyat açıqlayar. Hətta, deyərdim ki, daha çox!

Hər kəs öz həyatını onda yanıldığı qədər dərk edir. Yanılmaq isə, danılmaz bir vaciblikdir – nə vaxtsa haqlı çıxa bilmək naminə. İnsan ölmək üçün doğulduğu tək, xəyal da məhv olmağa uydurulur. Gerçək olmayanın edamı isə, bir Tanrı hökmüdür. Deməli, həyat da özlüyündə bir saxta mahiyyət daşıyır. Çünki, o hərəyə bir cür görünür.

Həyatdan hey yaxşı şeylər istəmək ağılsızlıq olardı. Yalnız pislik istəmək də dar düşüncəlilərə məxsusdur. Çünki, bu həyatda yaxşılıq və pislik sevişməsi var. Gözəl və maraqlıdır – həyat olduğu kimi. Gəlsin o, necə varsa!

Mütləqiyyətə nifrət edirəm. İnsanları əzir, onları inkişafdan saxlayır. Amma, cəmiyyətdə nisbiliyin tam hökm sürməsi də, özbaşınalıq gətirər. Elə ona görə də, mən heç birinin tərəfin tutmuram. Onların sevişməsini seyr etmək daha xoşdur. Lap, ərlə arvad kimi… Əsas odur ki, ailə dağılmasın!

Səssiz-izsiz ağlayan gözlərdə, məsumiyyət görürəm. Belə gözlərdə arzular və ümidlər donub qalır. Bunu hiss etmək çox aydın və sevindiricidir. Axı, hələ, vüsal pozmayıb o gözlərin sahibinin ruhundakı bikrini!

Qarşınızda bir bakirə ruh var. Öz içində ağlayan. Amma, bu ruh həm də çox mübarizdir. Mütləq öz istədiyinə nail olacaq – bir gün ağlayacaq. Hönkür-hönkür!

Amma, hönkür-hönkür ağlamaq da, vay-şüvən qoparmaq da bir şey deyil. Zəifliyini göstərirsən. Əzildiyini hiss etdirirsən. Nədənsə, belə daha tez haqlı və günahsız görünürsən. Baxmayaraq ki, artıq, bakirə ruh sahibi də deyilsən…

… Ehtiras ilə sevgi birlikdə olmalıdır – kişi ilə qadın kimi. Bax, onda onları ayırmaq olar – yalnız evləndirmək vasitəsiylə.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma