9-cu kottecdən…

(reportajsayaq)

Hər şey avqustun 17-sində başlandı. Və hər şeyi də, tam düşünülmüş şəkildə iki bloqçu – İlqar Mirzə və Azər Nəzərov başladı. Durqduq yerdə ağılllarına fikir gəldi ki, bloqçu və yeni media mütəxəssislərini bir araya yığıb forum keçirsinlər. Adını da “Bloqosfer” qoysunlar…

… Mən də bloq düzəldim ağlına gələni yazan (guppuldadan) bəzi həmvətənlərim kimi qərara aldım ki, bu forumda iştirak edim. Ən azından özümü haqlı bildim bu qərara görə. Çünki, az da olsa, internet məkanında müəəyən oxucu kütləsinə sahib olan, firkirləri başqalarının maraq və diqqətinə səbəb bloqçulardan biri də mənəm. Nə isə.. Elektron anketi  doldurdum, çəkildim gölzəmə mövqeyinə.

7 Sentyabr tarixində cavab gəldi: Rüfət Əhmədzadə “Bloqosfer”ə gedir. Daha doğrusu Nabrana. Daha dəqiq desək, “Atlant”a.

Sentyabrın 10-da, saat 11-00 radələrində isə, yola düşdük. Həmin gün saat 14-də artıq “Atlant”da idik. Mən və digər beş bloqçu 9 nömrəli kottecdə yerləşdirildik. Ev yoldaşlarım bunlardır.

Anar Əliyev, Rüfət Abdulla, Fərid Hacıyev, Rüfət Babayev, Əli Novruzov.

Briinci günümüz nə çox maraqlı keçdi, nə də maraqsız. Haavanın yaxşı olmamasına görə, çox da gəzmək-əylənmək mükün olmadı. Sadəcə, saat 16-da ilk toplantı, saat 20-də şam yeməyi, ondan sonra isə, bir az rəqs edib stress atdıq. Hərəmiz bir cür. Amma, çox maraqlı keçdi.

Forumun açılışı isə, 11 sentyabr saat 11-də oldu. Tədbiri İlqar Mirzə açdı. Təqdimat, təşkilatçı və sponsorlarla tanışlıq oldu. İlqar Mirzə sözü Azərbaycan İnternet Forumun prezidenti Osman Gündüzə verdi.

O. Gündüz Azərbaycan ictimaiyyətində və gənclərin həyatında internetin rolundan və son illərdəki nailiyyətlərdən danışdı. Bu sahədə, yeni media və bloqçuluğun əhəmiyyətini vurğuladı. Gənclərin yeni media (internet mətbuatı) və bloqçuluğa marağı ilə yanaşı, bu istiqamətdə olan problemləri də qeyd elədi. O da foruma yığışan bir çoxları kimi problemlərin aradan qaldıırlmasına “Bloqosferin” mühüm bir addım olacağına inandığını bildirdi.

Sonra bütün forum içştirakçıları arasına müzakirə mövzularının seçimi keçirildi. Əvvəlcə, 20-yə yaxın mövzu təklif olundu, sonra isə, iştirakçıların gizli səsverməsi ilə 7 mövzu seçildi. Hər seçilən mövzu üzrə isə, bir meçə nəfərdən ibarət olmaqla 8 qrup müəyyən edilvə iştirakçılar qruplar üzrə müzakirələrə ayrıldılar.

Mənim təklif etdiyim və həm də seçilən mövzu bloqçuların hüquqları və koordinasiyası ilə bağlı olsa da,  ixtisasım dilçiliklə bağlı olduğuna görə, bloq yazılarında linqvistik problemlər üzrə müzakirəyə qatıldım. Qeyd edim ki, bu mövzu üzrə müzakirə komandası digərlərinə nisbətən ən az üzvü olan idi – cəmi 6 nəfər.

Nə başınızı, ağrıdım, uzun-uzun müzakirələr etdik. Müzakirə və təhlil zamanı aldığımız nəticələr isə heç də ürəkaçan deyil.

Belə ki:

–         Bizim ümumtəhsil məktəblərindəki dil tədrisinin səviyyəsinin aşağı olması bloqçularda təməl linqvistik bilgilərin zəif formalaşmasına səbəb olur.

–         Bir dil üzrə təhsil alan insanlar başqa dil üzrə bloq yazmağa cəhd edir və burada dil bilgisi sarıdan qüsurlar meydana çıxır.

–         Onların maariflənməsi və məlumatlanması baxımından internet resurslarının və müasir nəşrlərin qıt olması.

–         Ən əsas və vurğulanmalı bir məqam: Fərdlərin (bloq yazarlarının) səhlənkarlığı. Məncə, bloqçular sərbəstllik və fərdçilik mövqeyindən çıxış edərək, dövlət dili (Ana dili) amilinə barmaqarası yanaşır, öz qüsurlarını düzəltməyə çalışmırlar.

Hətta, onu da qeyd edim ki, bir bloqçunun (çox istedadlı) yazısı barədə “Facebook”da kiçik müzakirə getmişdi. Mən tərifləməklə yanaşı, dil qüsurlarını da qeyd etmişdim. Lakin, başqa bir bloqçu bu şərhiməməsxərə ilə yanaşmış  və demişdi ki, bloq yazısı məhz bu cür olmalıdır. Mənə isə, şəxsən, bu absurd gəlir. Çünki, bloqçu özünü küçədə rep deyən savadsız “getto uşağı” səviyysəində görməməlidir və daha çox inkişaf etmək naminə peşəkarlıq istiqamətində də addımlar atmalıdır.

Müzakirəmizin sonrakı nəticələri və forum barəsində növbəti yazımda oxuyarsınız.

Rüfət Əhmədzadə

“Atlant” İstirahət Mərkəzi, Nabran

11 sentyabr, 2010-cu il.

Advertisements

9-cu kottecdən…” üçün 6 cavab

  1. Rüfət, yazıya görə çox sağ ol, ən azından, mənim üçün çox maraqlı idi, seçilib də o cür səbəbdən gələ bilməmək ürəyimi partladacaqdı az qala(
    Amma bir az yavaş-yavaş yaz da)) Qoyub üstünə klavini dağıtmısan, mexaniki səhvlərin var) tələsmə, Nabran qaçmır))

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma