Tez-bazar forum

(fikirlərin sayrışması)

****

Göbəyim boğazıma dolaşıq doğulmuşam. Boğula-boğula. Və bu cür də böyümüşəm. Hər boğulduğumda, yenidən doğulmuşam. Zarafat eləmirəm. Məni boğan Astma yox, Həyatın özü imiş. O, mənə mübariz olmağı öyrətdi – hər yaxamı cıraraq çabaladığım anda.

****

Həyatda çox şey öyrənsək də, məktəb deməzdim ona. Sadəcə, böyük yarmarka imiş. Sənə lazım olanı axtarırsan. Nisyə vədlər və pesrpektivlər… Nəğd xərclənən ömür… Bəyənmədiyini geri qaytara bilməssən. Heç çıxarıb atdığını da. Sadəcə, cibinə bax, gücün çatanı al gey! Nəyi isə tullamağa ehtiyac yox. Sənə uyğun gəlməyən özü sıradan və ya əynindən çıxır.

****

Çox oxumağı sevsəm də, son zamanlar, bunu davamlı bacarmıram. Çünki, beynimdəki yazmalı olduğum fikirləri bir kənara ata bilmirəm. Sevməyi də çox sevirəm. Amma, son aylarda bunu istədiyim qədər davamlı bacarmıram. Çünki, sevməli olduqlarımdan yaşamalı olduqlarımı ala bilmirəm. Amma, yenə sevirəm – sevilməyə ehtiyacı olan sevgimi. Bu özünəsevgidir.

****

Qanadlar uzağa apara bilər. Amma, insanda qanadlar yoxdur. Sadəcə xəyal var ki, böyütdükcə insana qanad verir, qaldırır… Zərblə yerə düşdükdə isə, yaxınların reallığıyla üz-üzə qoyur. Çox əzilərsən – əgər, xəyal təyyarənə arzu pərvanələri, qanadlara isə təkər qoşmasan. Göyə tədrici qalxmaq və yerə tədrici enmək – bundan ağıllı nə ola bilər? Göydə daimi qalan buludlardır. Onlar da yerə qovuşur – öz göz yaşlarıyla. Onlar da yerdən qidalanır – buxarlanıb göyə qalxan qazlarla. Elə buna görə də, mən deyirəm: Romantika reallığın qucağında oturur.

***
Qəmli gözlərlə gülən üzləri çox sevirəm. Belə üzlü portret və fotoşəkillər də çox gözəl olur. Əzilən bir ruhda ümid təbəssümü sezirsən. Bir şəkildə isə, bütün həyatın paradoksunu. Reallığın portreti gözəldir.

****
Ağlamaqdan acığım gəlir. Çünki, zəifliyini göstərmiş olursan. Amma, hər damlada bir gərginlik gedir… Və sən düşünməyə başlayırsan. Nəyə lazımdır xəstə qürur, əgər ruhuna toxtaqlıq verə bilərsənsə? Odur ki, təklikdə doyunca ağla! Ağla ki, təbəssümü haqq edəsən! Ağlamaqla yox, insan olduğunu xatırlamaqla. Cəmiyyət içində isə, insanlara sənin qürurun gərək deyil. Onlarda abidəyə maraq var. İnsan insanı sevmir.

***

Yatmaq çox lazımlıdır. Yuxu da. Həyatdan da daha dəhşətli şeylərin olduğunu görmək, həyatdan daha mənalı həzzlərin yalnız yuxuda mümkün olduğunu düşünmək üçün. Yuxu da həyat kimidir, paradoksaldır. Və çox zaman tərs mütənasibdir. Həyat adiləşdikcə, yuxular rənglənməyə başlayar. Onun üçün ki, insanlar sabahı açanda, dərindən köks öütürüb növbəti yuxuyadək yeni arzu-xəyal quruculuğu etsin. Və ya bezsin… İnsandan insana fərq var. Buna görə də, xoşbəxtlik və bədbəxtlik var.

***
Yanınızda, halınıza yananlar qalmalıdır. Halınıza yananlar qayğınızı qananlar-anlayanlar olar. Onlardan bir an belə ayrılmayın. Qalmaqla yox, olmaqla yox, ağırlığı almaqla. Vəssəlam. Bu gecəki forumu bağlı elan edirəm.

Advertisements

Tez-bazar forum” üçün 4 cavab

  1. Qəmli gözlərlə gülən üzləri çox sevirəm. Belə üzlü portret və fotoşəkillər də çox gözəl olur. Əzilən bir ruhda ümid təbəssümü sezirsən. Bir şəkildə isə, bütün həyatın paradoksunu. Reallığın portreti gözəldir………..

  2. Düşüncə…. həyatımız boyu qarşılaşdığımız haqisələri qavramağa göstərdiyimiz cəhd və məntiqi anlam tərzi…….hhmmmmmm Rüfət dogrusun deyəcəm bu yazdıqların məni bərk silkələdi və sarsıtdı…..

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma