Yeni Günəşli seçki öncəsi

Yeni Günəşlidə narazılıq son həddə çatıb

“Əhməd Vəliyevi icra başçısı seçdirdi, ikisi də birlikdə getməsə, Suraxanı rayonunda inkişaf gözlənilmir”

Son zamanlar, Suraxanı rayonundan, xüsusilə də, əksər hissəsi 31 saylı suraxanı seçki dairəsinə düşən Yeni Günəşli qəsəbəsindən Tia.Az-a xeyli şikayət və müraciətlələr daxil olur. Müraciət edən sakinlər, istər icra başçısının, istər mənzil istismar sahələrinin rəhbərlərinin və istərsə də millət vəkilinin onların qayğılarına laqeyd yanaşdığını bildirirlər. Xüsusən, dünən “AB” yaşayış sahəsindən daxil olan bir şikayətə görə, əməkdaşımızı sözügedən əraziyə göndərməyi qərara aldıq.

Belə ki, “AB” yaşayış sahəsi 121-ci evin zirzəmisində su borusu partlamış və sakinlər  bağlı 68 N-li mənzil İstismar sahəsinə müraciət etmişlər. Əvəzində isə, sakinlərin dediklərinə görə, 120 manat “qiymət” oxunmuş və yalnız pul toplanıb “jek” işçilərinə ödənildikdən sonra təmir işinə başlanacağı bildirilmişdir. 68 N-li Mənzil İstismar Sahəsinin rəhbərliyi ilə əlaqə saxlamağa cəhd etsək də, bu baş tutmadı. Borudan axan su isə, getdikcə artır və binanın taleyini təhlükə altında qoya bilər.

Getmişkən başqa şikayətləri də araşdırmaq üçün, ətraf əraziyə baxış keçirdik və sakinlərlə söhbətləşdik. Qeyd edək ki, AB yaşayış sahəsinin ərazisində səliqəsizlik diqqəti cəlb edirdi. Doqquzmərtəbəli binaların çoxunda lift işləmir, işləyənlər də, sakinlərin dediyinə görə tez-tez xarab olur və yalnız mənzilbaşına 2 manatdan yığdıqdan sonra lift təmir olunur. 14-cü binadan olan sakinlərdən öyrəndik ki, bu yaxında liftdə adam qaldığından qapı FHN əməkdaşları tərəfindən sındırılıb açılmış, lakin, hələ də yararsız halda qalmış və təmir olunmamışdır. Bu isə, yuxarı mərtəbələrdə yaşayan yaşlı sakinlər üçün olmazın əzab deməkdir.

Vətəndaşların ən çox şikayətləndiyi millət vəkili və “Odlar Yurdu” Universitetinin rektoru Əhməd Vəliyev oldu ki, onun da, məhz dost olduğu icra başçısı İlqar Abbasovun himayəsi və tapşırıqları ilə deputat seçildiyi barədə söz-söhbət gəzir. Bir ağsaqqal əsəbi şəkildə onların ikisindən də bezdiyini bildirdi: “Əhməd Vəliyevi icra başçısı seçdirdi, ikisi də birlikdə getməsə, Suraxanı rayonunda inkişaf gözlənilmir. İnsanlarda qanuna-qayğıya inamıda öldürüblər. Özümüzü dağ kəndindəki kimi hiss edirik. Evlərimizə nə normal qaz gəlir, nə su, nə də şikayətlərimizə baxmırlar.”

Adının qeyd olunmasını istəməyən bir yaşlı sakin (Əhməd Vəliyevin həmyerlisi)  belə gileylənir: “Biz o vaxt ona səs verdik ki, ziyalı adamdır, bəlkə, sakinlərin problemlərinə can yandırar, bizi qayğıdan kənar qoymaz. Həm də söz vermişdi ki hər ay əraziyə gələcəm və sakinləri vaxtlı-vaxtında qəbul edib dinləyəcəm. Amma, 4 ildir ki, onun qəbuluna düşə bilmirik. Halbuki, şəxsən özü bizə söz verib və biz onu var gücümüzlə dəstəkləmişik. Ötən seçkilər öncəsi, icra başçısı 1-2 yerə asfal ççəkib skamya qoydurdu və adını Əhməd Vəliyevlə bağladılar ki, camaat aldanıb onu seçsin, amma, seçkilər bitdi, bütün abadlaşdırma işləri yarımçıq qaldı. Kəsilən ağacların kötükləri qalıb, amma, parklaşdırma işindən də əlamət yoxdur.”

Onu qeyd edək ki, olduğumuz binaların əksəriyyətinin girişlərində üfunətli qoxu adi hala çevrilib. Binaların ətrafında zibil qutuları da görünmür. Söhbətləşdiyimiz vətəndaşların çoxu seçkilərə ümidini itirib və deputatla icra başçısının onlarda ədalətə inamsızlıq yaratdığını deyirlər. Onlardan bir çoxu seçkilərdən xəbərsizdirlər, çünki, artıq neçənci dəfədir ki, seçkilərlə bağlı nə bildiriş alır, nə də adlarını siyahıda tapa bilirlər.

Rüfət Əhmədzadə / Tia.Az

http://tia.az/index.php?name=News&op=Article&sid=4412

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma