“Bəli, bu gün meydanda az adam var, cəmi 350 min.”
(Meydan hərəkatının protokollarından)
Düz 22 il əvvəl, ölkəmizin tarixində müstəsna rol oynayan Meydan Hərəkatı baş verdi. Qığılcım tək başladı, alov kimi dilimləndi, kömür kimi közərdi… İndi isə, tapdanıb küləyə verilmiş kömürün tozları kimi… Hər şey tarixdə qaldı! Amma, çox da qədim tarixdə yox. Bu yaxın tarixdə baş vermiş olayların hər hansı şəkildə iştirakçısı olanlar, hələ də nostalji ilə yaşamaqdadır.
O vaxtkı mitinqlərin rəhbərləri də, təbii ki, ildönümlərində tarixi simalar olaraq tok-şoulara, proqramlara cəlb olunur və onlarla hazırlanmış müsahibələr qəzet-jurnal səhifələrini işğal etmiş olur.
Nostaljidən başqa, mübahisələr də var. Qaranlıq məqamlar ki, istər yuxarı təbəqədə, istərsə də, aşağı təbəqədə müzakirə olunur və bir çox suallar da cavabsız qalır. Baxmayaraq ki, bu hərəkat barədə xeyli kitab yazılıb, xeyli araşdırmalar aparılıb… Amma, yenə də sualların çoxu cavabsız qalıb.
Mən o illərdə çox uşaq olmuşam. Mitinqlərlə və mitinqçilərlə heç bir yaxın tanışlığım olmasa da, həmin illərdəki hərəkatı öz miqyasımda araşdırmışam. Və çox şeyi bilirəm. O şeylər arasından elə bildiklərim də var ki, şifahi şaiyələrə deyil, yazılı faktlara əsaslanır.
Onu da yaxşı bilirəm ki, mitinqlərdə pafoslu çıxışlar edən, xalqı ayağa qaldıran bəzi şəxslər, sonradan Azərbaycan SSR Baş Prokurorluğuna bu cür yazılı ifadələr verirdilər:
“Mən mitinqlərdə partiya orqanlarının xüsusi tapşırığıyla iştirak edirdim ki, hər hansı bir iğtişaş baş verməsin”
“Partiya orqanları” – Təbii ki, rayon, şəhər və respublika KP komitələri belə gizli və xüsusi tapşırıq verə bilməzdi. Yalnız DTK-nın buna səlahiyyəti çatırdı və istintaqlar zamanı da, “partiya orqanları” kimi hallandırılırdı.
İki ağaca görə başlanan mitinq hərəkatı, birdən-birə Milli Azadlıq Hərəkatına çevrildi. Xalqın “qaymaq”ları öndə durub kütləni idarə etdi… Çıxışlar, qırğınlar, intriqalar, müstəqillik, çəkişmələr, vuruşmalar… Və yenə də istibdad!
Bəzi yazılı və açıq məlumatlara baxanda, görürük ki, mitinqlərin əsas rəhbəri və təşçkilatçısı kimi, öndə Hatəmi Tantəkin olub. Tantəkini “baqaj”a qoyub mövqeyini dəyişən Nemət Pənahlı da həmçinin. Lakin, hərəkatın sonuna yaxın, kütlənin qarşısına yeni lider çıxdı – Əbülfəz Elçibəy. Mən tarixi simaları üz-üzə qoymaq istəmirəm, amma, “niyə” və “nə üçün” kimi başlayan suallar da yaranmaya bilməz.
Unud(dur)ulmuş 75 yaşlı Məhəmməd Hatəmi Tantəkin isə, hal-hazırda, səfil və xəstə vəziyyətdə 8-ci mikrorayondakı kiçik mənzilində yaşamaqdadır. Və onun adını və mövcudluğunu da çox az adam bilir. Bilənlərin isə, çoxu gizlədir.
Bilmək önəmli deyil, dərk etmək önəmlidir. Amma, çox təəssüf ki, bəzi şeyləri dərk edəndən sonra, insane bəzi deyil, elə hər şeyə inamını-güvənini itirir. Əgər, bizim yaxın tariximiz bu qədər qarışıq və şübhəlidirsə, o zaman, qədim tariximizə istinad və inam nə dərəcədə olmalıdır? Bu sualın cavabını gözləmədən, hələlik!
Elə sənin bu yazına da bir – “No Comment!”demək lazımdı əslində
Davam edirəm: zəhləmizi tökdün daha – hansı bloga baxıram, ora bir şərh yazıb blogunu reklam eləyirsən
Vallah, bezdim sənin blogunun adını görməkdən
Sağ ol
P.S. Ümid edirəm ki, bu şərhi yayımlayacaq qədər cəsarətlisən
hansi bloqa baxirsan? belke mene deqiq fakt veresen? Cesaretim var, amma, bohtan atmagi cesaret saymiram. Zehlemizi? werh yazmaq gunahdir? ve ya werh yazmaq reklammidir?