Əsas səhifə » Poeziya » Elə-belə…

Elə-belə…

Gözlərimdən qopacaq,
Ümid qığılcımları.
Gözlərin qamaşacaq
Gələrsən mənə sarı,
Bəlkə də, seyrim üçün,
Bəlkə də, sevgim üçün…
Bölərsən arzuları,
Ölümsüz duyğuları…
Çox yaxın gətirərsən
Özünlə uzaqları…
Bəlkə də, dərdim üçün,
Yoxsa, sevincim üçün?

Baxışlar ayrılanı,
Qığılcım da qırılar
– Qısa qapanma kimi.
Ağılla yozulanı
Bizim dəli duyğular…
Həsrət vüsalı yenər
– Şirin-zəngin yuxudan
Yoxsul oyanma kimi.
Boş gələcək arzular…
Yaxın uzaq olacaq…
Amma, baxır kim üçün!
Bəlkə, pisliyim üçün…
Ya, gələcəyim üçün?

Qığılcımlar boğular,
Amma, ki, ruh qalacaq…
Bir çaxmaq daşı kimi,
Çırpınacaq tənimdə,
Sürtünəcək o bir də,
Otağın bir küncünə
Sığınmış sümüklərə…
Yenidən doğmaq üçün
Daha güclü qığılcım!
Bəlkə də, sənin üçün…
Bəlkə də, mənim üçün!
İndən belə, kim üçün…
Aha! Cavab tapmışam:
Sadəcə, ölən zaman,
“Nə üçünsə yaşadım”
Deyə bilməyim üçün!

Advertisements

Elə-belə…” üçün bir cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma