Əsas səhifə » Esselər(içsəslər) » YAP-ın yapacaqları

YAP-ın yapacaqları

Hakimiyyətin ənənəvi “qara piar” texnologiyaları “bumeranq effekti” verə bilər

Məlum olduğu kimi, artıq 15-ə yaxın müxalifətçinin namizədliyi müəyyən bəhanələr gətirilərək qeydə alınmayıb. Digər tərəfdən isə, Bəybala Əbilin plakatlarının vaxtından öncə yapışdırılması artıq müxalifətçi namizədlərə qarşı “qara piar” kampaniyasından xəbər verir. 31 saylı dairədə də əsəblər gərilmiş vəziyyətddədir. Baxmayaraq ki, namizədlər arasında müxalifət nümayəndələri çoxdur, iqtidar Əhəd Abıyev və Hafiz Hacıyev kimi “söyüş maşınları”nı bu dairəyə səfərbər etməkdədir.

Məqsəd isə, təbii ki, Əli Kərimliyə qarşı növbəti “qara piar”kampaniyasının təşkilidir. Lakin, bu tip köhnə texnologiyanın artıq narazı xalq tərəfindən həzm edilmədiyini unudan plan müəllifləri bir şeyi də nəzərdən qaçırırlar ki, Əli Kərimliyə qarşı yönəldilən istənilən “hücum” onun lehinə işləyə bilər və nəticədə, YAP hakimiyyəti istər daxili, istərsə də xarici ictimaiyyətin qınağını qazanmış olar.

Baxmayaraq ki, müxalifət namizədlərinin imza vərəqələri “yüksək dəqiqlik”lə yoxlanılır və və xeyli “qüsur”lar tapılır,  bir nəfər də olsa YAP və YAP meyilli müxalifətcilərin namizədlərindən səhv tuta bilməyiblər. Və demək olar ki,  hamısı normal şəkildə öz təşviqat kampaniyalarına hazırlaşırlar.

Əhməd Vəliyevin ərizəsinin 1 günə qeydə alınması və 1 sutka ərzində “450 imza yığması” heç də hüquqi-demokratik baxımdan normal görünmür. Baxmayaraq ki, 31-ci darədəki passiv deputat fəaliyyəti ərzində öz həmyerlilərinin rəğbətini itirib, onun yenidən seçicilər tərəfindən səstəklənməsi absurd görünür. Əgər, bunu da normal qəbul etsək, namizədliyinin də eynən qısa vaxt ərzində təsdiqlənməsi gülüşdoğurucu haldır.

Əliağa Hüseynovun da “jek” və icra hakimiyyətinin işçiləri vasitəsi ilə imza yığdırdığı barədə məlumatlar da çox yayımlandı mətbuatda. Lakin, bu məlumatların səhihliyi barədə heç bir yoxlama cəhdi olmadı. Görünür ki, bölgələrdəki DSK-larda icra başçılarının nüfuzu xüsusi əhəmiyyət kəsb edir. Bölgələrdəki pulpaylama və “imzasaxtalaşdırma” yolu ilə kampaniyaya hazırlaşan YAP namizədlərindən fərqli olaraq, müxalifətçi namizədlərin çoxu minimum imkanlar və sivil təbliğat yolu ilə nüfuz qazanmağa çalışır.

Onları da ümidsiz saymaq olmaz. Çünki, bəzi dairələrdəki müxalifətçi namizədlərin bir çoxu ümidlənib və ya ümidləndiriliblər ki, müəyyən seçici rəğbəti və ya səsi qazana bilsələr, “yuxarı”larda onların taleyinə “yenidən baxılacaq”. Yəni ki, “mandat qazanma” şansları ola bilər. Təsadüfi deyil ki, iri müxalifət ldierlərinin olduğu dairələrdə daha çox namizədə rast gəlmək olar.

Eyni zamanda, bu seçkilər həbssiz də ötüşməyə bilməz. Çox ehtimal ki, müəyyən saxtalaşdırma və ya müxtəlif tipli qanun pozuntusu halları qeydə alınar və nəticədə, kiminin taleyi azadlıqda, kimininki isə, dəmir barmaqlıqlar arxasında həll olunar.

İstənilən halda, müxalifətdəki repressiyalar hakimiyyətdaxili münasibətlərə də öz təsirini göstərə bilər. Bu təsirdən dolayı da, seçkilərdən sonra “yuxarı eşalon”larda da bəzi yerdəyişmələr müşahidə olun bilər ki, namizədlərin “raskrutka”sı mühüm rol oynayır.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma