Gecikmiş təbrik

Gecikmiş təbrik

Və yaxud

Bir de görüm “HƏ”!

Bu yazı dünən yazılmışdı – 5 Oktyabr Beynəlxalq Müəllimlər Günündə. Elə, dünən də yayımlanmalıydı – Əgər, Masazırda işıqlar sönməsəydi. Adətən, bizim işıqlarımız fəsillərə uyğun şəkildə yanır buralarda. Elə ki, bir az yağış yağır, pulu çoxdan həzm olunmuş üstüaçıq və köhnə transformator islanır, qalırıq qaranlıqda…. İndi isə, keçək əsas məzmuna.

Bütün dünyada olduğu kimi, Azərbaycanda da xalqın gələcəyinin əsas müəyyən edici mənbəyi təhsildir. Və təhsil sistemi dövlət idarəetmə sisteminin beşiyi kimi, gələcək dövlət xadimlərini ruhunu müəyyən edir. Bu ya tərbiyələndirmə olmalıdır, ya da tərbiyəsizləşdirmə.

Əlbəttə ki, Qərb ölkələrinin hər sahədə bizdən irəli olması onun təhsilinin mükəmməl səviyyədə olmasından qaynaqlanır. Rüşvətsiz və qərəzsiz. Əgər, belə olmasaydı, hər fürsət tapan gənc Avropa və ABŞ universitetərinə can atmazdı. Və ya, gecə-gündüz “Boloniya prosesi” barədə diskussiyalar getməzdi.

Belə baxanda, Sovet İttifaqı zamanı təsis olunmuş təhsil sistemi də pis deyildi. Təbii ki, konsepsional baxımdan yanaşanda. Praktik baxımdan isə, bu sistem özünü doğrultmadı – Azərbaycanda. Çünki, Azərbaycan adlanan ölkədə təhsil sistemi nə qədər mükəmməl olsa da, bu və digər sistemlərə nəzarət edən sistemin özünün islaha ehtiyacı var.

Gərək ki, nazirliklərin korrupsiyadan uzaq qalmasına ciddi nəzarət tətbiq edilsin. Gərək ki, dövlət hesabına xarici ölkələrə oxumağa göndərilən gənclərin siyasi, irsi və ya maddi vəziyyəti nəzərə alınmasın. Və gərəki ki… Rayon təhsil şöbələrindən tutmuş məktəb direktorlarınadək bütün sistem qulluqçuları plana oturdulmasın.

Plana oturdulan direktor isə, acığını kimdən çıxacaq? Ərki çatan müəllimlərdən. Və pedaqoji kadr heyəti olacaq “pedaqoji bazar heyəti”. Bu pedaqoji heyətin isə, sərəncamında şagirdlər var. Və bu şagirdlərin arxasında isə, min cür əziyyətlə, milyon cür büroratik süründürmələr və hüquqsuz əmək istismarı ilə qazandığı ailə ruzisindən kəsib, uşaq ilə məktəbə yollayan valideynlər. Təbii ki, giley güzar, qarğış, söyüş…. Budur! Mələk kimi məsum olan körpənin əli kirə bulaşdı. KORRUPSİYANIN İŞTİRAKÇISINA ÇEVRİLDİ! Beləcə, onda korrupsioner vətəndaş ruhu tərbiyə olundu. Baxın, bizim ümummilli sistem belə tərbiyə edir özünün vətəndaşlarını!

Diqqət edin, yuxarıdan aşağıya kimi gəldik. Müxalifətin manşetyazan jurnalistləri demişkən, “yuxarı eşalon”lardan “aşağı daxmalar”a qədər. Yuxarılarda siyasi oyunlar gedir, aşağılarda isə, sosial çürüntülər. Müəllim də sıravi Azərbaycan vətəndaşıdır. O da valideyndir. Onun çörəyinə bais olduğu valideyn də onun kimi ailə qayğıları daşıyır. Çünki, ailə saxlamaq valideynin borcudur. Müəllimin də. Amma, görün bizim hörmətli müəllimlərimizin de-fakto borcları nədən ibarətdir:

–         Vaxtaşırı pul yığmaq;

–         Partiya tədbirlərində iştirak etmək;

–         Hansısa bir işin görülməsi üçün “biyar”a getmək;

–         Məvacibinin bir hissəsinin bilet, qəzet, jurnal və məktəbin təmir işlərinə ayrılması ilə barışmaq…

Və nəhayət:

SEÇKİLƏRDƏ FƏALLIQ GÖSTƏRMƏK – SAXTALAŞDIRMA YOLU İLƏ!

Azərbaycan müəllimi bir saxtakara çevrilir – gələcək dövlət xadimlərinin gözləri önündəcə. Dürüst müəllim nümunəsi yerinə, tipik bir saxtakar müəllim obrazı ucalır və ya alçalır şagirdlərin gözləri önündə….

… Deyirəm ki, bu qədər heykəllər və abidələr ucalan ölkəmizdə, heç olmasa, bir “Azad Müəllim Abidəsi” də ucalaydı. Bəlkə, bizim müəllimlərimiz özgə heykəllərə deyil, öz heykəllərinə səcdə edər. Və sözün əsl mənasında, öz vücudlarında, öz ruhlarında bir abidəyə çevrilmiş olardılar!

Sizi təbrik edirəm, sözün hər mənasında hörmətə ehtiyacı olan müəllimlərimiz! Və sağollaşıram:

AZAD MÜƏLLİM GÖRMƏK ARZUSU İLƏ… VƏ YA ADİL QURULUŞ!

Advertisements

Gecikmiş təbrik” üçün 5 cavab

  1. Artıq her kesin barışdığı heqiqetlerdir bunlar. Eger biz indi rüşvet alani tenqid edirikse, ele vaxt gelir ki, iwimizin keçmesi üçün ne qeder lazim olsa, rüşvet vermeye de adam axtarırıq. Milletin qanına hopub rüwvetxorluq, hansı pewe mensubluğundan asılı olmayaraq..

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma