Əsas səhifə » Poeziya » Vaxt var idi…

Vaxt var idi…

(Rəhmətlik Emilə)

Dostum!
Vaxt var idi, sağ idin.
Sən hamıdan sağ idin!
Sadə bir uşaq idin..
Həm də ki,  müdrik böyük.
Sən mənə varlığınla,
Lap elə yoxluğunla
Nəfəsin, soluğunla
-Uzaqdan dayaq idin…
Sən bir vaxtlar sağ idin!

Tale səni alandan,

Fərq olmadı talandan…

Dünyada doğulandan,

Sən ən xoş sınaq idin…

Sən bir vaxtlar sağ idin!

İndi, dünya dönük,

Sanki, bu bəşər də

Mənə görünür çürük!

Sənsə qara kütlədə,

Mənimçün tək ağ idin!

Dostum!

Sənsizlik çətinlik,

Dərd beynimdə tünlük..

Bölük-bölük ürəklə,

Ruhum da didik-didik…

Həyatmı yük?

Ölümmü borc?

Bəlkə, o indidən,

Göstərir güc?

Bax da,

çox məsafə yox…

Məndən sənə…

Necə yaxın olursan,

Calandıqca gün-günə…

Bir az sevinim bu gün

– dünən çox uzaq idin!

Advertisements

Vaxt var idi…” üçün 12 cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma