Əsas səhifə » Poeziya » Mənə ölüm yox!

Mənə ölüm yox!

Mənə ölüm yox!

(zümzümə ilə yazdım)

Qoy, əzsinlər hüququmu,
Qoy, büksünlər yumruğumu!
Lap, üzsünlər hülqumumu…
Qorxmuram, mənə ölüm yox!

Qoy, alsınlar sevgilimi,
Tapdalasınlar nisgilimi!
Yaşaram yenə, öz sevgimi…
Qorxmuram, mənə ölüm yox!

Var, onsuz da ölüm var!
Bax, sonda ölüm var!
Yoxsa, tək mənim üçün?
Var, vallah, mən ölüm, var!
Hər yerdə ölüm var,
Sanma, tək mənim üçün!

Qoy, qəlbləri incitsinlər,
Qəribləri qərq etsinlər!
Bikəslərə qəsd etsinlər..
Qorxmuram, mənə ölüm yox!

Bir kəs də göydən baxacaq,
Baxışından lənət yağacaq!
Son qeyzi hər kəsi yaxacaq…
Qorxmuram, mənə ölüm yox!

Var, onsuz da ölüm var!
Bax, sonda ölüm var!
Yoxsa, tək mənim üçün?
Var, vallah, mən ölüm, var!
Hər yerdə ölüm var,
Sanma, tək mənim üçün!

Advertisements

Mənə ölüm yox!” üçün bir cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma