Gəncliyin ac olduğu gənclik

Bu 17 ildə həm iqtidar, həm də ənənəvi müxalifətə inamını itirmiş bir xalqın yeni milli qüvvəyə ehtiyacı var!

Artıq, 17 ildir ki, YAP-ın “stabillik və əmin-amanlıq”  şousu davam edir. Bu şou ilə yanaşı da, ənənəvi müxalifətin yüksəliş və fiaskolu enişini izləmiş olduq. Hakimiyyət yerindədir və hələ də özünün soyğunçu və diktatura xarakterli fəaliyyətini yumşaltmaq niyyətində görünmür. Əksinə, əsasən (tükənən və hər qəpiyi gələcək naminə qorunmalı sərvət olan) neft və neft sənayesi hesabına doldurulan dövlət büdcəmiz ildən-ilə daha da rəhmsizcəsinə talanmaqda davam edilir. Bir körpünün tikintisinə minlərlə elm və mədəniyyət xadiminin bir illik məvacibi sərf olunur. O da, əgər sərf olunursa. Heç kimə sirr deyil ki, “abadlaşdırma” sözü altında pərdələnən bu talanlar korrupsiyanın hayasızcasına leqallaşdırılmasıdır.

Hər il, büdcəmizdən yüz milyonlarla manat pul “sair” və “hərbi” xərclər adı altında naməlum istiqamətdə oğurlanır. Xalqın malı, millətin maraqları bir qrup oliqarxın maraqlarına qurban verilir. Yüksək səviyyəli dövlət strukturundan tutmuş, adi mənzil istismar sahəsinə qədər, vətəndaş qarşısında cavabdehlik daşıyan bütün dövlət qurumları rüşvətxorluğa, yalana və saxtakarlığa qurşanıb. Artıq, heç bir yerdə qohumu və ya tanışı olmayan, kasıb ailədən çıxmış bir ziyalı gənc üçün, hanısa dövlət strukturunda öz bilik və ixtisasına uyğun iş tapmaq lətifə kimi görünür.

Milli Məclisimiz isə, icraedici hakimiyyətin “ifaedici orqanı”na çevrilib. Millət vəkillərinin əksəriyyəti “millət vəkili” anlayışının fərqinə varmayaraq, hər addımda icraedici strukturlar və onların “seçilməsi”nə şərait yaratmış oliqarxlara xidmət edirlər. Bu gün, yarım milyon üzvü olması ilə öyünən hakim partiya, öz üzvlərinin on faizinin belə yaşayışının təminatçısı ola bilmir. Milli dövlətçilik prinsipləri şəxsiyyətə pərəstiş formasına salınıb. Gənclik öz gəncliyinə ac və yolunu azmış duruma salınıb. Bir çox gənclərimiz arasında “siyasətlə maraqlanmıram” kimi ifadəni işlətmək dəbə düşüb. Sanki, biz siyasətlə maraqlanmamış, siyasətin bəlaları bizdən yan ötüşür – Biz gözlərimizi yummaqla, acınacaqlı halımız da yaxşılaşmış olacaq.

Sanki, hakim partiya olmasaydı, Azərbaycanda heç bir dövlətçilik ənənəsi, heç bir milli maraqların ifadəçisi olmayacaqdı. Və sanki, əgər, hakimiyyətdə YAP və onun vəsiqəsini cibində gəzdirməklə hər şeyi özünə rəva verən quldurlardan başqa, heç kimin siyasətlə maraqlanmaq və məşğul olmaq üçün mənəvi haqqı yoxdur. Çox təəssüf olsun ki, YAP texnoloqlarının əməyi sayəsində, “müxalifət” anlayışı da, cəmiyyətdə kriminal-təhlükəli bir ifadə kimi təbliğ və dərk olunur.

17 ildir ki, eyni tamaşanı izləyirik və 17 ildir ki, nə onların xalqa rəhmi gəlir, nə də, özünü xalqa canıyanan kimi göstərən və müxtəlif zamanlarda  bəs qədər etimad qazanmış qüvvələr bu etibarı doğrulda bilir. Fikrimcə, bu hakimiyyətin talana davam etməsində, hazırkı iqtidarın öz təntənəsindi sürdürməsində, YAP-çılar qədər, ənənəvi müxalifət liderlərinin günahı az deyil. 1998-ci ildən bu yana, hər seçki öncəsi, xalq arasında radikal-narazı qüvvələr (əsasən gənclər) ayağa qalxaraq nəsə dəyişməyə cəhd edir. Və bu cəhdlər də, əsasən, ənənəvi müxalifət liderlərinin rəhbərliyi altında reallaşır. Lakin… Nəticə məlumdur. Gəncliyin enerjisi havaya atılan güllə kimi boşuna xərcləndi. Tutulan da, əzilən də, təqib və təzyiqlərə məruz qalanlar da, əsəasə gənclər oldu. Amma, bu gün çox az partiya göstərmək olar ki, onun rəhbərliyində gənclər təmsil olunur.

Müxalifətin çökməsinə əsas səbəb olaraq, partiyadaxili münaqişələr və ittifaqların qurulmasında göstərilən paxıllıq və qərəz amillərini göstərmək olar. Bu il də, müxalifətin birləşmə ərəfəsində, müxalifət liderləri arasında narazılıqlar özünü dərhal büruzə verməyə başladı. “O olmasın, bu olmasın” deyimləri ilə, müxalif qüvvələr, daha aydın desək, narazı qüvvələr pərən-pərən düşdü. İctimai-siyasi həyatda onsuz da azlıq təşkil edən fəal gənclik “paraliç” durumuna salındı və sözün əsl mənasında parçalandı. Bu isə, millətsevər qüvvələr üçün, daha 5 il ümidsizlik deməkdir. Qəribədir, deyilmi? Sanki, ənənəvi müxlaifət liderlərinin özləri də hakimiyyətə gələcəklərinə inanmırlar. Bu gün onları “stavka” və qrantlar daha çox maraqlandırırmış kimi görünür. Yeni müxlaifət kimi meydana çıxan gənc qüvvələrə isə, müxtəlif cür adlar verməklər böhtanlamağa və ləkələməyə çalışılır. O zaman, bir sual ortaya çıxır. Yəni, onlardan bu yana, Azərbaycan türklərinin içindən bir liderliyə layiq, iddialı və millət sevdalısı olan şəxs doğulmayıb və yetişməyibmi?

Ənənəvi müxalifətin “birlik” ifadəsini dönə-dönə işlətməsinə baxmayaraq, hansısa geniş bir birlik təşəbbüsündə arzu hiss olunmur. Xüsusən, qeyd etmək yerinə düşər ki, rəqiblərinin əksəriyyəti YAP üzvü, “bitərəf” və ya “müxalifət” adı ilə ortaya çıxarılmış 31 saylı dairədən namizədliyini irəli sürmüş Vüqar Oruc (Bəytuan) müxalifətin vahid namizədini dəqiqləşdirmək məqsədi ilə Əli Kərimliyə dialoq təklif etmişdi. Lakin, qarşı tərəf  bu jesti sükut və laqeydliklə qarşıladı. Bu isə, hörmət addımı atmış gənc müxalifət liderinə qarşı hörmətsizlik kimi anlaşıla bilər. Amma, əslində isə, bu da ənənəvi müxalifətin tipik “mənəm-mənəm” ənənəsinin sıradan bir nümunəsi kimi anlaşılmalıdır. Göründüyü kimi, yeni müxalifət özünün parçalayıcı yox, barışdırıcı bir addımını atmışdısa da, qarşısında, iqtidarın xalqa laqeydliyindən fərqlənməyən bir laqeydlik divarı çıxarmış oldu.

Vüqar Oruc (Bəyturan) isə, yeni müxalifət iddiasında nahaqdan çıxış etmir.

Onun gənclik illərindən indiyə kimi keçdiyi 18 illik siyasi təcrübəsi var ki, o, ənənəvi müxalifət liderləri sırasında öz yerini tapa bilməyən və daim qısqanclıq və sıxışdırılma ilə rastlaşan gənc müxalif nıslin nümayəndəsi sayıla bilər. Və gənc müxalifətçilər üçün isə, artıq, öz müstəqil və milli-demokratik maraqlara cavab verən siyasi qüvvə formalaşdırmaqdan başqa bir çıxış yolu qalmır. Hətta, sıfırdan başlamalı olsa belə.

Başlıqda yazdığım kimi, gənclik öz gəncliyinə acdır. O öz gəncliyini sıxıntılar, təqiblər və hədə-qorxu şəraitində keçirir. Gənclərlə yaşlı nəsil, gələcəklə keçmiş arasında isə, uçurum yaranıb. Bir sıra Avropameylli gənclər təşkilatları belə, bu uçurumu aradan qaldırmağa, yaranmış mənəvi aclığı doyurmağa qadir ola bilmir.

Çünki, UÇURUMA KÖRPÜ ROLUNU MİLLİ İDEYALAR OYNAMALIDIR!

Və MƏNƏVİ ACLIĞI MİLLİ TƏFƏKKÜR DOYURMALIDIR!

Bu şərəfi isə, yalnız gənclik özü özünə etmiş olacaq. Özünü toparlamaq və vahid qüvvəyə çevrilməklə.

Advertisements

Gəncliyin ac olduğu gənclik” üçün 3 cavab

  1. Rufet artiq meddahliga bashlamisan sen de sechki qabagi. Evvel de bildirdiyim kimi politika haqqinda yaz amma vetenperverlik ve exlaq movzularina toxunma. Yoxsa Ureyim bulanir..( Seni yaxindan taniyiram )
    Senin o genc, yeni muxalifetchinin altina YAP bir dene 07 qoysun bax gor nece deyishir iki gune. Ele vetenperver ne bilim xalqa ureyi yanan siyasetchidirse getsin AXCP-Musavat liderlerine bildirsin . Onlarin bilmediyini onlara basha salsin. yoxsa ozu liderlik havasina girmesin.
    Belke Turani destekleyek ? nece fikirdir ?
    Soz vermishem Turan eger deputat sechilerse Azerbaycan vetendashligindan imtina etmek ucun senedlerimi sefirliye gonderecem.

    • yalansan uzune lenet! meni yaxidnan nece taniya bilersen kiç menim rza adda tanışım yoxdur! Bəyturan mənim dostumdur. Layiq bilib dəstək verirəm. Mənim vətənpərvərliyimə VƏ ƏXLAQIMA şübhən varsa, çıx üzə, debat təşkil edək, ictimaiyyətə də açıq olsun.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma