Əsas səhifə » Poeziya » Bədbin şeir

Bədbin şeir

Gəl, gedək!
Cəhənnəmə də olsa…
Burdan yaxşı olar ora hər halda!
Mollalardan eşitmişəm
– içkili olmadıqları vaxtda.
Kitablardan oxumuşam
– sevgilim olmadığı vaxtda:
Cəhənnəmdə canilər öz cəzasını çəkər…


Biz də gedək,
orda çəkək…
Ah yox, cəzamızı
– Ayrı-ayrı da olsa…
Əsas odur, bir gedək
Orda bir hakim var,
hərənin öz cəzası,
hərənin öz hökmü var…
Amma, burda…
Özgələrin cəzasını çəkir məsumlar!

Qoy, günahımız elə
günahkarlar dünyasından küsüb getmək olsun…
Cəzamız elə də ağır olmaz.
Qurban olum, sən də bez mənim kimi,
sənin və taylarının bezdirdiyi həyatdan.
Bu həyatı,
bu dünyanı
sevdirməyi bacarmırsan, bacarma!
Mən gedirəm,
gəlmirsənsə, fikirləş…
Ordan yaxşı yerə getməyəcəksən!

Advertisements

Bədbin şeir” üçün 2 cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma