“No name”

Ağladınmı?
Göz yaşların süzüldümü ovcuna?
İki damla arasında
Bir fərq duya bildinmi
Ruhundakı yaranın yanğısında?
Yoxsa, yenə həmin dərd?
Yoxsa, yenə həmin pərt….
Aldadılmış,
Ağladılmış olaraq qalacaqsan?


Hiss etdinmi dişlərinin arasında
Kiminçünsə şirinliyini itirən dodaqların dadını?
Ovundura bildinmi
oxşanmadıqdan belə,
yolunmağı tələb edən saçını?
Nə dəyişdi?
Dodaqlarından axan qan yuya bildi görən,
onlarda qalan murdar ləkələri?
Azaldımı saçlarında xain əllərin izi
Özünü daha pakmı hiss etdin,
Yoxsa, vicdan yükünümü azaltdın
– Başından qopub düşən,
Göz yaşınla ötüşən tellərinlə?

Ağladınmı?
Anladınmı,
Ümidləri öldürüb,
Yox,yox, özü ölüb gedəni su ilə yox,
göz yaşı ilə yola salırlar?
Sən getməyi istəmədin,
Sənin qalıb güldürmən
Eləcə sevindirmən
Necə də cansıxıcı…
İnsan asan səadətdən tez bezir
– insan doğulmadınmı?
Bəlkə, siləsən göz yaşlarını?
Bəlkə, qaldırasan yerə dikilmiş baxışlarını?
Bəlkə, aralayasan başını qucaqlamış qollarını?
Mənim üzünə uzanan əlimi qovmayasan?
O ki, səni ağlatmağa gəlmədi…

Amma, bilmək olmaz.
Mənə uzanan əllər mənimkinə bənzəməz.
Sən ağlamağında ol!
Nə qədər ki,
məni görə bilmirsən,
məni sevə bilmirsən,
əlim hələ yad sənə…
mən gedim.
Ağlamağa öyrəşmisən deyəsən…
Çünki, ağladıqca yüngülləşirsən.

Sənə mənsiz həyatında uğurlar!

Advertisements

“No name”” üçün 2 cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma