Yaramaz esse

Və yaxud

Nə yaxşı ki, seçki var – siyasətçilər artır!

24 illik həyatımda az şey öyrənmədim. Hətta, deyərdim ki, 2 ömür yaşamaq üçün belə, xeyli dərslər götürdüm bu həyatdan! Ən əsası, öyrəndim ki, (aşağıdan yuxarıya) etiraz olmayan yerdə, (yuxarıdan aşağıya) etina olmaz. Olsa da, bir dilənçiyə zaval və ikrah hissinin sintezindən doğan bir şey olar ki, bu, 2-3 dəfə bahalaşmanın qarşısında 5-10 faiz maaş artımına bənzəyər. Öyrəndim… Mən bunu Azərbaycanda öyrəndim!

Və bir də, öyrəndim ki, “iqtidar” deyilən şey ağlatmaq üçündür, “müxalifət” kimi çağırılan (adı bədnam) zad isə, ağlaşmaq üçündür! Başqa variant yoxdur. Bir yerdə ki, iqtidarın müxalifəti (müxalifət bir yana, xalqı)saymadan, hörmət və vicdani dəyər vermədən, soyğunçu və əzici fəaliyyəti olar, heç bir tənqidə, dialoqa, kompromisə marağı görünməz… o yerdə müxalifətə də zar-zar ağlaşmaqdan və “boş-boş” danışmaqdan başqa heç nə qalmaz.

Əslində, elə müxalifətin işi də danışmaqdır. Boş və ya dolu olmağının isə, əhəmiyyəti yoxdur. Onu fakt qarşısında qoymaq üçün, narazılığını aradan qaldırmaq lazımdır. Əlbəttə ki, onu susdurmaqla, casus şəbəkəsini işə salmaqla, şantaja və “qara piar”a əl atmaqla yox. Müxalifətin əlində imkan yoxdur ki, hər seçkidən qabaq asfalt çəksin, təmir-tikinti işləri aparsın. Maraqlıdır ki, bizdə bu işlər yağış mövsümündə, asfalt üçün ən əlverişsiz zamanda aparılır – qısaca, dövlət pulu havaya sovrulur.

Elə, ona görə də, növbəti seçkilərə qədər, həmin asfalt yollar da çöllü-biyabana çevrilir və avam seçicilər gözlərini dikir yola ki, kim gəlib evlərinin qarşısına asfalt döşəyəcək. Öz haqqları olan dövlət pullarını minnətlə onlara xərcləyəcək. Amma… Gör YAPologiya necə inkişaf edib və uğur əldə edib ki, artıq, xalqda belə bir mütləq düşüncə formalaşıb: “GƏRƏK, SEÇİLMƏK İSTƏYƏN HƏR NAMİZƏD YOL QIRLASIN!”

Və… Müəllimlər və tibb işçiləri də oturub əmr gözləyir ki, seçki günü onları avtobusa doldurub “karusel”ə qoşacaqlar…. Elə, zabitlər də həmçinin. Onların ki, əsl vəzifə borcu vətənə və xalqa xidmət etməkdən ibarət deyil! Xüsusən də qeyd edim ki, deputatlığa namizəd Vüqar Orucun (Bəyturan) səlahiyyətli nümayəndəsi kimi fəaliyyət göstərdiyim 31 saylı Suraxanı seçki dairəsində qəribə bir ab-hava hökm sürür: Həmsöhbət olduğum məüllimlər və hətta, bəzi direktorlar belə, onlara kimə səs vermələri deyilməyəcək təqdirdə seçimsiz qalacaqlar. Çünki, özləri azad seçim etməkdə çətinlik çəkirlər. Bax belə! Artıq, bu dövlətdə, cəmiyyətdə VƏTƏNDAŞ MÖVQEYİ YOXA ÇIXIR!

Bütün müşahidə etdiyimiz halların hamısı YAP-ın 17 illik siyasətindən doğur. Və ya, YAP-çı və özünü YAP-a sırıyan namizədlərin dediyi kimi, Heydər Əliyevin siyasətindən. İTV-dəki teledebatlarda tez-tez belə şablon cümlələr səsləndirilir: “Mən Heydər Əliyevin siyasətini tamamən dəstəkləyirəm!”

Özlərindən soruşsan, bu siyasətin nədən ibarət olduğunu heç özləri də izah edə bilməzlər. Heç mən də! Mən sadəcə istiqamət verə bilərəm – ÜZÜ BAZARA! Bax, sözügedən siyasət elə bazarda çox yaxşı hiss olunur. Təki, əlinizi cibinizə salıb, nəsə almağa cəhd edin. O zaman, bu siyasətin əsas məğzini anlamış olacaqsınız. Və sizdə müəyyən təəssürat və təsəvvür yaranacaq – pulu nə yolla və nə şərtlər altında qazanmanızdan asılı olaraq.

Advertisements

Yaramaz esse” üçün 2 cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma