Əsas səhifə » Poeziya » Dün o gözlərdə

Dün o gözlərdə

Dün o gözlərdə inləyən sevgi,
O baxışlarda titrəyən xülya,
Gülüşündən uçan səmimiyyət
Varlığından gülümsəyən sevda
Ruhi sar-sar əsirin eylərdi.
Utanıb dün çiçək gibi qızaran,
Şu yanaqlar bəharə bənzəyərdi.

Gül dodaqlar əsər, susar, utanar,
Gözlərin bildirirdi hər dərdi.
Həm də pək şairanə söylərdi
Tellərindən öpüncə aydınlıq.
Ləblərindən gülümsüyürdü həyat
O zaman bən sənin əsirin idim,
Çünki məsum idin, fəqət heyhat!

Şimdi hər şey havaya savruldu,
Böyüdün, bir qədər də oldun şən.
Dillə “sevdim” diyorsan imdi, fəqət,
Dinməmiş gözlərindən anladığiım…
Eşq yox, zövq yox, yetər! Get, Get!..
Nerdədir gördüyüm səmimiyyət,
Niyə yavrum riyayə çevrildi?!

 

 

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma