Əsas səhifə » Esselər(içsəslər) » Seçki sonrası xamuş

Seçki sonrası xamuş

Və yaxud

Bədbinləşdirəbildiklərimizdənsinizmi?

(esse)

Bədbinlər bədxahlardan daha təhlükəlidir. Bax, elə onların üzündəndir ki, xeyirxahlar davamlı məğlub olur. Necə ki, Azərbaycanda. Bu danılmazdır. Heç bir şey etməmək nə isə pis iş görməkdən daha da bəd əməldir. Haqqı tapdanan xalq onun haqqını savunanları meydanda tək buraxırsa, kənara çəkilib “onsuz da filan-bəsməkan” deyə əlini yellədirsə…. Bax, elə ən böyük cinayət də əl yellətməkdir. Seçkilərə barmaq eləmək belə bu felə çata bilməz.

Seçkidən sonrakı gün Yeni Günəşlidə oldum. Gecəki saxtakarlığın qoxusu havadan gəlirdi. Məğlubiyyət insanların üzündən sezilirdi. Və küçələrdən. Əvvəlki günlərə nisbətən bir boşluq hökm sürürdü küçələrdə – 10 metrdən bir gözət çəkən polis maşınlarını saymasaq. Camaata göz dağı verirmiş hakimiyyət…

… 20 gün ərzində “seçkiyə gəlin” deyə az qala yalvardığım seçicilərdən demək olar ki heç kimi görmədim məntəqələrdə. Sanki, mənim ümid bəslədiyim seçicilərin hamısını söndürmüşdülər. Və bir maraqlı faktı qeyd etməliyəm. 31 saylı dairənin 27 saylı məntəqəsi (290 saylı məktəb) yaxınlığında 2 yaşlı qadın söhbət edirdi. Biri o birinə belə dedi: “Mən başqasına səs verəcəkdim, amma, “jek”dən zəng elədilər ki, Fərəc Quliyevə səs verin, mən də ona səs verdim.” Maraqlıdır, deyilmi? Ayrı vaxt, “jek”in əlindən imdadı çıxan, onların görmədiyi işləri namizədlərdən gözləyən, “liftimiz belə-qazımız belə” deyə yerli icra strukturlarının arxasınca deyinən (avam) seçicilər indi bir zəngə qul kimi itaət edirdi.

SƏN DEMƏ, BU XALQIN CANINDA KÖLƏLİK VARMIŞ!

“Mini-karusel”lər, çöxldə seçicilərə təzyiqlər, daşınan qutuların sağlam adamların evinə getməsi, təkrar seçicilərin gətirilməsi, səslər sayılarkən bülletenlərin müşahidəçilərə göstərilməməsi, etiraz edilərkən müəllim və “jek” işçilərindən ibarət müşahidəçi kolektivindən şahidlər tutulub o andaca akt ilə kənarlaşdırılma… Bütün bunlar danılmaz faktlardır. Və ən maraqlısı da odur ki, 27 saylı məntəqədə səslər sayılarkən məntəqə sədrindən bir neçə dəfə vərəqələri göstərməyi tələb etməyimə və tələbin davamlı olaraq yerinə yetirilməməsinə baxmayaraq, hətta, AXCP-Müsavat müşahidəçisi belə mənə qahmar çıxmadı. MƏN TƏKLƏNMİŞ QALDIM! Seçki prosesində və səslər sayılarkən yatan müşahidəçilər də bir ağızdan üzümə durdular ki, hər .şey tam demokratik keçib. Mən qaldım yana-yana…

… Müxalifət bu seçkiləri baykot etməsə də, xalqın böyük hissəsi onu baykot etdi. Bütün Azərbaycanda 50%-dən azca çox iştirak olduğu bəyan edildi. Bu barədə dəqiq fikir deyə bilmərəm, amma, 31 saylı Suraxanı ikinci seçki dairəsindəki iştirak faizi 25-i keçmədi – buna əminəm.

Müxalifətin getməməsi gərəkirdi bu seçkilərə. Elə 2008-dəki kimi. Hakimiyyətin şousu uğurla keçdi. Xalqda inam bir daha öldürüldü. Və bundan sonra, parlamentin özünü buraxması kimi bir arzum yarandı mənim. Onsuz da, parlament və parlamentdəkilər bu xalqın nə dərdinə çarə qılandır, nə də ürəyindən keçən. Seçkiyə gedənlərin də çoxu ya göstərişə gedir, ya da 20 manat pula. Onlar çoxdan əmindirlər ki, QANUNVERİCİ ORQAN XALQIN XEYRİNƏ HEÇ BİR ŞEY EDƏN DEYİL!

Yeri gəlmişkən, 9 Noyabr Milli Bayraq Günüdür. Bu günü 21 əsrdə ilk qeyd edənlərdən (Milli Fikir GH-nın həmtəsisçisi kimi, 2007-ci ildə) biri olduğuma görə, fərəh hiss keçirirəm. Bu, həm də mənim bayramımdır. Çünki, iki il sonra da olsa, bizim zəhmətimiz dövlət səviyyəsində öz bəhrəsini tapdı. Və ən əsası, gənclərin oyadıcı səsi öz işini gördü.

Lakin, o günü yadıma saldıqca, bir şeyə görə utanıram:

Cəfər Cabbarlının heykəli qarşısında əhaliyə kiçik bayraq və tarixi məlumat yazılmış kiçik vərəqələr paylayarkən, formasında bizim bayraq əks olunan polislər tərəfindən həbs olundum və döyülə-döyülə 22-ci bölməyə aparıldım.

Orda isə, mənə belə bir ittiham səsləndirdi rəis: “Prezidentdən ağıllı çıxmısan? Məsləhət bilsə, özü bu günü rəsmiləşdirər!”

Cavab verə bilmədim. Amma, iki il keçdi, prezident özü polis rəisinin cavabını verdi. Döyülmək və “təxribatçı” kimi damğalanmaq isə, mənə qaldı. Ümidvaram, seçkilərdə saxtakarlığa qarşı etiraz edənlərə ittiham yağdıranların da cavabını verən tapılacaq. Ya xalq, ya da prezidentin özü.

Advertisements

Seçki sonrası xamuş” üçün bir cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma