Qürbət şeirləri

Səndən qalan qəhər dolu xatirələrdir,
Onlar mənim tənhalığıma təsəlli qatır.
Bir azcıq ovunuram,
Duyğularla doluram.
Sevinc boşluğundan…
Qurtuluram
– Dolduraraq könlümü
boş və mənasız xatirələrlə
– Bir işə yaramayan,
Eləcə oyalayan!
Yox, nəyəsə yarayır…
Heç də “boş” demək olmaz!
Əvvəlcə, sevinirəm bir sürəlik da olsa
– Yaşamışam xoş anları nə vaxtsa.
Amma, indi dəyişibdir zaman da…
Sən dəyişmisən,
Mən isə, ancaq…
Sən dəyişəndən, dəyişilmişəm.
Amma, səni dəyişə bilmirəm ki!
Necə ki, sənlə birgə…
Elə də səndən ayrı!

<pBəlkə, mən də dəyişim,
Sənin kimi….
Nəinki insanları!
Səninlə bir dəyişən
Zamanın acığına
Yurdumu, məkanımı…
Daha sənlə yaşamalı,
Daha sənlə yaşatmalı
Heç nə qalmayıb axı…
Əslində, bu məkanda
heç bir şey dəyişməyib.
Heç nə dəyişilməyib!
Yəqin, artıq, hər şeyi
dəyiş-düyüş, tərsinə görürəm mən.
Ya, dərk etmə qabiliyyətim dəyişib
sənin seçmə qabiliyyətin ilə…

…Bəlkə, çıxıb gedim lap uzaqlara
– Səndən qalan bütün xatirələrlə?
Və elə orda ölüm tənhalıqda,
bir gün səni fərəhləndirmək üçün
– Miras qalan qürbət şeirlərimlə!

Advertisements

Qürbət şeirləri” üçün 2 cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma