Əsas səhifə » Esselər(içsəslər) » Postmodern memuar

Postmodern memuar

Əminəm ki, postmodernizmi və xüsusən açıq-saçıq yazmağı bəyənməyən və davamlı tənqid edənlərin çoxunda belə bir şey oxumağa və hətta yazmağa maraq olub və daim də olacaq. Hər an da olmasa, müxtəlif zamanlarda. Çünki, biz insanıq və bizim duyğularımız var. Bu duyğular da ifadə olunmaq üçün içimizdə vurnuxur. Təbii ki, insanlardakı müxtəlif komplekslər buna əngəl olur. Xüsusən də yaş və reputasiya düşüncələri.

Mənim necə “abırsız” bir yazar olduğumu daimi oxucularım artıq bilir. Amma, bu “abıqsızlıq”a birdən keçməmişəm. Çoxdan yazırdım belə şeylər, lakin, yalnız 6-7 aydır ki, cəsarətə gəlmişəm. Əvvəl yazdığım şer və esseləri isə ya cırmışam, ya gizlətmişəm, ya da… Sadəcə, “delete”!

Ötən il “tia.az”a bir qız gəlmişdi – Aybən Əliyeva. Adı Aybənizdir. Təbii ki, onu əvvəldən tanıyırdım və yazı tərzini bəyəndiyim üçün Əlişir Əhədə məsləhət gördüm və…  Başladı işləməyə. Vaxtaşırı açıq-saçıq şeirlərindən yerləşdirirdi sayta. Ümumən isə, xəbərlərlə məşğul idi. Heç də yazılarındakı kimi abırsız deyil, sadəcə, yazar kimi daha cəsarətli və daha duyğusal bir xanımdır. İndi isə, yazmır daha. Qəfildən durdu və qərara gəldi ki, həvəsdir-bəsdir. Açığı, oğlanlarımızın “padxod”undan zara gəldiyini və cəmiyyətin onu pis anladığını dəfələrlə vurğulayırdı.

Aybən öz yazılarını redaktə üçün mənə yollayırdı. Çünki, mənə hörmət edir və güvənirdi. Mən də, adda-budda bəzi düzəlişlər edib xeyir-dua verirdim. Çox sevirdim onun yazlarını redaktə etməyi. Çünki, o da mənim kimi sadəlik və səmimilik vurğunudur. Nə isə… Bir gün bir kiçik yazı yolladı, mən də oxudum.. Və sonda qərara gəldim ki, bu yazını azca dəyişdirim, daha doğrusu şeir və sonluq əlavə edim. Yazdım, göndərdim, hətta, əlavə də etdim ki, öz şeirlərindən də qoya bilər. O dəyişməyə razı olmadı, mən də adımın getməsinə. Lakin, elə bu yaxınlarda onunla danışdım və öz razılığı ilə, bu müştərək yazını bloquma qoymaq barədə qərar qəbul etdik. Buyurun, oxuyun:

****

Mənim sevgilim – XƏYAL

Yoxluğa məhkum olan bir mövcudluq içindəyəm. Təsəvvürə gəlməz belə, çəkdiyim bu əzablar. Mənə əzab verən nə? Sevgimi? Yox, o bu sürgün həyatında məni yaşadan tək şeydir. Bəs onda… Vicdan! Vicdanımdır məni gündən-günə şam kimi əridən, dəlirdən, və sənin dediyin kimi, “melanxolik” eləyən! Sən isə… Əlbəttə ki, kefdəsən! Çünki, “vicdan” adlı duyğu sənə tamamilə yad!

Mən günah etdim. Günahımı yumaq istədim. Səndən dəstək, şans istədim. Sən isə… Sanki, öz tərsliyinlə, daha çox günah etməyimi istəyirdin. Məni günaha sürüklədin. Ağlımı başımdan aldın. Sənin rəhmə gəlməyin üçün, dərdimi sənə açdım. Bu vicdan əzabindan qurtarmani istədim! Amma… sənin ağlına daha “əlverişli” bir variant gəldi. Məni cəzalandırmaq üçün, ən yaxşı üsul mənim bu əzablarımı daha da artırmaqdır! Və sən məni daha da çox səhvlərə sürüklədin. Əhsən sənə! Bunu bacardınsa, demək, sənə ölüm yox!

Daha səninlə görüşmək, danışmaq arzusuyla alışmıram. Və heç bir sualıma da cavab-izah istəmirəm! Cavab var: Canimdan çox sevdiyim biri, mənə başdan sonadək yalan dedi, dönə-dönə xəyanət etdi! Deyilənlər doğruymuş! Məhz, öz sükutun ilə, sən bunu təsdiq etdin. Demək, səndən umulası heç nə qalmadı, artıq! Allah bizi bağişlasin!

Sən özgələrin heyfini məndən aldın. Amma, mən sənin heyfini heç kimdən almayacam. Səndən fərqli çox səmimi olacam! Əgər, səni unutduracaq və yeni həyat başlamağa güc verəcək biri çıxsa… Bilmirəm! Bu barədə düşünməyi bacarmıram! Çünki, istəmirəm!

Mən hələ yaşayıram. Çətin də olsa, əzabla da olsa, günü günə satıram. Və hər gecə də səni xəyal edərək, elə bədahətən də sənə şer deyirəm. Heç olmasa, birini indi oxu:

Arzular puç olar,

xəyallar ölməz!

Ümidlər kül olar,

eşq odu sönməz!

Taleyin yazısı

kinlə pozular,

qəlbdə yazılanlar

qəti silinməz!

Aşiq öz eşqindən

Heç zaman dönməz!

Sevirəm mən səni!

Elə, bax belə!

Sən eşqimə şərik

çıxmasan belə!

Nifrətlə yada sal

sən məni hərdən,

amma, ol əbədi

xoş bir xatirə!

Tənha qaldığımda

ovundur məni!

Gecə soyuğunda

qızındır məni!

Mən səni xəyalən

qonaq gətirim,

sənsə quldur kimi

soyundur məni!

Sevgimə layiq olmasa da… Sən bu şerə layiq olmasan da… Nə bilim ey! Yazdım da! Nə isə, səni çox yormayım. Ey, mənim Vicdan Əzabım! Tanri sənə sevgi versin! Əgər, həqiqətən də sevməyi bacarsan, onda, bu yazımı da, mənim duyğularımı da lazımınca anlarsan. Allah amanında!

Postmodern memuar” üçün 2 cavab

yasharhuseynov üçün bir cavab yazın Cavabı ləğv et