Əsas səhifə » Esselər(içsəslər) » Zorlanmağa məhəbbət

Zorlanmağa məhəbbət

və yaxud

Xalqı fahişəyə çevirən oğraş padşah haqqında bir lətifə

Bəlkə də, bu lətifəni eşitmisiniz, amma, mən bu gün eşitdim və bir az redaktə ilə nəzərinizə çatdırıram:

Biri olur, biri olmur… Bir zalım və başdanxiyar padşah olur. Bu padşah hər gün ağlına gələn bir şey edir. Xalq da itaət edir. Bir gün ağlına sual gəlir ki, bu xalqı necə özümə qarşı qaldıra bilərəm? Və qərara gəlir ki, bu xalqı sözün əsl mənasında zorlamağa başlasın.

Xülasə, elə padşah libasında da çıxır küçəyə, qabağına kim çıxır başlayır zorlamağa. Əlbəttə ki, qadın cinsindən olan rəiyyətlərini.  Müqavimət görmür. Hətta, kişilərinin yanında belə, bütün paytaxt əhlinin arvad-uşağını bir aya zorlayıb qurtarır. İş tez və asan olsun deyə, bu “əməliyyat”a öz əyanlarını da səfərbər edir. Nəticə, gözlənilməyəndir. Yəni ki, nə etiraz, nə də şikayət var.

Yeni ayın başında, əsgərlərini göndərir vilayətlərə ki, hər girdiyiniz evdə “padşahın əmridir” deyə bütün arvad-uşağı tutub zorlayın. Bunlar da belə edir, bir ay da belə keçir, şikayət gəlmir.

Üçüncü ay isə, padşah paytaxtın kişilərinə girişir. Hərəni bir cür zorlamaya məruz qoyur, yenə də şikayət-etiraz eşidilmir.

Dördüncü ay əsgərlər gedir kişiləri də zorlamağa. Əlbəttə ki, qadınları da unutmurlar. Amma, yenə şikayət və ya etiraz əlaməti yoxdur ki, yoxdur.

Sükutdan təngə gələn padşah beşinci ay əmr verir ki, hər şəhərdə bir zorlama məntəqəsi açılsın və cinsindən asılı olmayaraq bütün rəiyyətlər öz ailəsi ilə birlikdə,  həmin məntəqələrə gəlsinlər. Beləcə, bütün ölkə əhalisi bir-bir məntəqələrdə zorlanır. Əlbəttə ki, PADŞAHIN ƏMRİ İLƏ! Yenə də səs-səmir yoxdur. Hamı riayət edir əmrə…

… Elə, altıncı aya keçmişdi ki, birdən padşaha xəbər gəlir ki, ölkənin müxtəlif yerlərindən 50 ağsaqqal yığışıb yanına xahişə gəliblər. Aha! Padşah sevinir ki, bəlkə şikayətdən-etirazdan ola…

Ağsaqqalları çağırır, zəhmlə soruşur:

–         Hə, nə istəyirsiz?

Ağsaqqalardan ən ağsaqqalı qabağa keçib təzim edir və deyir:

– Padşah sağ olsun! Bir xahişimiz var sadəcə.  Bu zorlama məntəqələrini şəhərlərdə çox eləsəydin və hətta, hər kəndə də birini saldırsaydın nə gözəl olardı… Yoxsa, növbə uzun olur, çox gözləməli oluruq!

Advertisements

Zorlanmağa məhəbbət” üçün 2 cavab

  1. Ade sen neynemisen ay lal Huseun)))))) Eslinde letifeler xalq arasinda yaranmish heqiqetin gulmeli tezahurudur umumiyyetle menim beynimde onlari toplamaq hemishe olub sadece bir kitab halina da salmaq mumkundur……..

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma