“Sevgipatoloq”dan

(esseyə bənzər fikir tökümü)

İlahi, mən necə də bezdim bu “sevgipatoloq” görəvindən! Dərdi olan ətəyimə ağlayır. Bu qədər cəfəng və qaragüruha meyl salmaq olar? Məni də keçib bunlar! Bu qədər özünü aldadıb ah-vay etmək olar? Hərdən, elə gəlir ki, bizim millətdən idealist millət yoxdur. Kaş ki “-bazlıq” yerinə bir az “-pərvər”liyimiz artıq olaydı!

Birinin yeniyetmə (məktəbli) vaxtında sevdiyi var imiş, ürəyini aça bilməyibmiş… Və ya digərinin ürəyi açılsa da, bəxti bağlanlbmış… İndi, xatirələrə görə, hər yetənə “atval” vermək lazım imiş. Və yaxud, bir oğlanın xəyanətindən sonra, bütün oğlanlara əclaf kimi yanaşmaq lazım imiş… və ya ümid verib qəfildən ayrılmaq… Digəri ərə getmək istəyir, amma, hələ milyonçu adam gözləyir. Bir başqası gəzir, amma, gəzdiyinin yaxşı  ər olacağına əmin deyil…

Budur!Bizim gələcək ana olası, əsgər böyüdəsi gənc xanımlarımız. Hələ, oğlanlarımızı demirəm… Hər metroya girəndə, gözləri ilə bütün qatarı “ablava” edir… Amma, bu çox yaxşıdır – o hala baxanda ki, “facebook”da hər gördükləri model şəklinin altına sevgi etirafları yazarlar. Yeri gəlmişkən, belə şəkilləri avatar seçən xanımların da çoxu “ağır təbiətli” xanımlardır. Yəni, çox ağır-ağır söhbət edərlər. Dini baxış bölməsinə isə, “İslam” deyə yazarlar.

Advertisements

“Sevgipatoloq”dan” üçün 3 cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma