Əsas səhifə » Poeziya » Səni… Sənə… Səndən!

Səni… Sənə… Səndən!

(növbəti qısa qapanma)

Səni düşünməyəcəm.
Sənə yazmayacam.
Səndən heç yerdə heç nə danışmayıb
bir yolluq unudacam!
Çox çətin olsa belə, çalışacam.
Çünki, mən çalışqanam.
Qarşıma məqsəd qoydummu,
yüz faiz bacararam!
Özgələrlə keçirəcəm vaxtımı
– Gündə 100 metrostansiya gəzən salfetsatanlar kimi…
Elə, satdığım yalanlar da salfetə bənzər
– birdəfəlik,
və ancaq murdar xatirələri təmizləyib
öz murdarlığımı boşaltmaq üçün.
Gör nə qədər saf ürək bulaşacaq…
Nədi-nədi,
Səni unutmaq arzum var içimdə.
Salfetsatanlar məndən faydalıdır,
təmizlik bəxş edərlər!

Çox acı çəkdirəcəm
mənə həzz verənlərə,
varlığımla həzz alıb davam gözləyənlərə.
Tərkedişim bəxşeyişim olacaq
– məni sevməyə görə minnətdarlıq əvəzi.
Əslində,
Doğrudan da xilas edəcəm onları…
Amma, həm də özüm xilas olacam.
Vicdan əzabımdan,
səndən mənə miras qalan sevgi yalanından…

Qaçmaq istəyəcəm!

Nə qədər çox gəzsəm də,
arada-bir,
tək oturub düşünməyə də zamanım olacaq.
Özüm-özümdən utanacam.
Yalanları demirəm,
Qızlara da “əcəb oldu” deyərəm..
Bəs, mənim hədər xərclənən gəcliyim?
Tövbəmi pozacam bu arada
-heç özüm də bilmədən,
özüm də istəmədən…
yox, istəyəcəm
– tapmaq bütün bu həngamənin səbəbkarını,
öyrənmək necə oldu bu cür tale axını…
Çox düşünmək lazım gəlməyəcək,
Çox axtarmaq da,
Çox uşaqlığa qayıtmaq da!
Gəncliyimin ən parlaq çağında tapacam səbəbi
– yəni ki, səni!
Əsəbləşəcəm,
Kədərlənəcəm,
Ağlamağım da gələcək hirsimdən…
yox, həsrətimdən..
Sənəmi,
özüməmi,
ya taleyəmi…
Sevgimlə birgə baş qaldıran nifrətimdən…
Heç nəyə, boşluğa
– həyatımda yaranan.

Düşündüklərimi də unutmaq istəyəcəm,
çünki, bilirəm ki, daha acı çəkəcəm,
səni və səhvlərimi yada saldıqca…
Amma, içim yanacaq…
Yox, qovrulacaq.
Yox, kül olacaq,
Yox, püskürəcək!
Bəli, axacaq…
Sənli düşüncələr,
sənə namələr.

Təcrübədən bilirəm,
Bir gün beynimdən keçəni yazanda,
o gün rahat yatıram.
Növbəti gün oyanmaq,
düşünmək,
yazmaq üçün..
Və ya, dostuma çevrilmiş bir oxucum demişkən,
Hərfləri bir-bir sıraya düzüb
özüm danışmaq üşün
– səni,
sənə,
səndən!

Advertisements

Səni… Sənə… Səndən!” üçün 3 cavab

  1. ay daaa cooooooooooooxxx xosuma geldi hemde coxxxxxxxxxx ) mende de olur bele seyler sadece bu yazi formasiunin adi neydi bilmirdim ama icimden ayzmaq gfelirdi ve yazib atirdim coxxx rahat olurdum sanki kimese danismiw kimi ….

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma