Əsas səhifə » Esselər(içsəslər) » Qıp-qırmızı bir esse

Qıp-qırmızı bir esse

və yaxud

İntellektual həyasızlıq olmayan cəmiyyətdə sosial mərifət axtarmayaq!

Nə xoş! Adnan Hacızadə və Emin Milli bir-birinin ardınca azadlığa buraxıldı. Haqq etdikləri, lakin, bir ildən çox həsrət qaldıqları bir azadlığa. Əslində, onlar deyil, azadlıq onlara həsrət idi. Çünki, mübariz adamların mübarizədən kənarlaşması ilə, qələbənin gəlişi də ləngiyir. Və “Azadlıq İlahəsi”nin burnu göynəyir öz aşiqləri üçün. İndi, yəqin sevinir… Amma, bir daha təəssüf ki, indi onlar cəzalarını “şərti həbs” olaraq çəkəcək və etmədiklərinə görə dövlətə pul ödəməli olacaqlar. Ümidvaram, onların qarşısına əlavə “şərt”lər qoyulmayıb.

O ki qaldı Adnan Hacızadə buraxılan gün Bəxtiyar Hacıyevin həbsinə… Mən bunu Adnanın azadlığına sevinclə yatıb durduqdan sonra öyrəndim. Amma, qətiyyən təəccüblənmədim. Çünki, elə şad xəbəri eşidən kimi də, öz bloqumda yazmışdım: “Adnan buraxılırsa, yəqin ki, yerinə bir başqası da gedəcək.” Niyə belə düşünmüşdüm? Çünki, YAP hakimiyyəti dissident yazarların və içində azadlıq eşqi göynəyən narazı vətəndaşların “özünü buraxması”na yol verə bilməz. Gərək ki, cəmiyyətdə daim qorxu, həyəcan və pəjmürdəlik olsun…

… İndi də, deyəsən mənim yerim süpürülür içəridə. Zarafat eləmirəm. Son günlərdə tanımadığım adamlardan “email”imə, “vkontakte” və “facebook” hesabıma gələn aqressiv və təhqiramiz mesajlar, telefon nömrəmə edilən müxtəlif hədə-qorxu zəngləri, mənasız “razborka” dəvətləri, 2-3 əxlaqsızın məni cırnadıb davaya çəkmək üçün başından yekə söyüşləri… Hətta, evdə xəstə halda yatdığım və müalicə aldığımı deyəndə belə, “yox, mütləq bu gün, ya da sabah!” deyə söyüşlər və hədələr yağdırırlar. Bəxtimdən, metroda da idmançı və cüssəli həmvətənlərimin çiyinvurma hədəfinə dönmüşəm. Nə qədər yola versəm də fayda vermir. Və bütün bunlar o zaman baş verir ki, ölkədən getməyə (siyasi qaçqın kimi yox – işləməyə və oxumağa) hazırlaşdığımı məni tanıyan hər kəs bilir.

Bilmirəm hansı “razborka”nın dalında hansı qurum dayanır, amma, hamısına birdən cavabım budur:

Siz məni başağrı çəkməməkçün heç nədən üzr istədib aləmə güldürə də bilərsiniz, söydürə də, tutdura da… Və hətta, öldürə də! Amma, mübarizə yenə davam edəcək. Mənə qədər olduğu kimi, məndən sonra da! O mübarizə ki, şərə qarşıdır. Şərə qarşı mübarizə isə, Tanrı hökmüdür. Onu heç kimin əmri, fərmanı və göstərişi poza bilməz! O adamlar ki, mənə təhqir etməklə hisslərimi qıcıqlandırmaq və mənim şəxsi planlarımı alt-üst etmək istəyirlər, onların da qeyrəti olsaydı, bu vasitəylə və belə həyasızlıqla üstümə gəlməzdilər. Mən səhvim olanda boynuma alıram. Və üzr istəməyi də bacarıram. Amma, bununla kifayətlənməyərək qaşınmayan yerdən qan çıxarmaq – HEÇ DƏ, KİŞİYƏ YARAŞAN HAL DEYİL!

Mən yazaram. Və hələ çox yazacam. Heç nəyə baxmayaraq, heç nədən qorxmayaraq… Qırmızı-qırmızı! Necə deyərlər, “-casına” və “-cəsinə”. Çünki, əminəm ki, yazarlar həyasızlıq etməsə, müxalifət tənqid etməsə və ümumiyyətlə narazılıq olmasa… CƏMİYYƏTDƏ İNKİŞAF, ƏDALƏT VƏ SOSİAL MƏRİFƏTƏ HEÇ BİR ZƏMİN OLMAZ!

Advertisements

Qıp-qırmızı bir esse” üçün 3 cavab

  1. Geri bildiriş: (s) Ekskluziv esse | AHMADZADA.TK

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma