Əsas səhifə » Esselər(içsəslər) » Bacaran qaçsın!

Bacaran qaçsın!

(psixopatik esse)

Çıxın, gedin bu ölkədən, dostlar! İlk fürsətdəcə. Oxumağamı, işləməyəmi və ya boş-boş veyillənməyəmi… Fərqi yoxdur! Ən əsası, vəhşiliyə qurşanmış, qana susamış bu cəmiyyətdən uzaq olasınız. Burdan uzaqlarda axtarasınız – yeni həyat qurnaq imkanlarını. Əminəm ki, taparsınız!

Nə gözləyirsiniz?! Kiminsə gəlib sizi evdən aparmasınımı? Həbsə düşüb illərinizi itirməyimi? Və ya şərlənməyimi? Mənim kimi hər günü əsəblə başlayıb əsəblə bitirməkmi sizi məcbur eləməlidir? Nə qədər ki əzilməmisiniz, nə qədər ki, sağlamlığınız, əsəbiniz və eləcə də imiciniz murdar insanların hiyləsi ilə murdar ləkələrə məruz qalmayıb… Gedin!

“Vətəni tərk edəməm” deyirsiniz? Vətən doğmalaşma anlayışıdır. Sənə doğmalaşan, səni isidən və səni anlayan inasanlar olan yer – sənə Vətəndir. Amma, yox. Vətən elə Vətəndir. Əlbəttə ki, vicdanı olan kəs, haqsızlığa nifrət edən kəs həmişə darıxacaq – mənhus (sözün əsl mənasında lənətlənmiş) illərinin keçdiyi yer üçün.

Amma, baxın. Darıxmaq canlıya xas bir duyğudur. Hətta, heyvanlar belə darıxarlar. Tanrı bizi elə darıxmaq üçün yaradıbdır. Vətən üçün də olmasa… Sizin saf hisslərinizlə oynayıb, sonra eşqbazlıq edən sevgiliniz üçün darıxacaqsınız. Sizin gəncliyinizin ayrılmaz hissəsi olub da, sonradan, pampers almağı ən müqəddəs borcu hesab edən dostlarınız üçün darıxacaqsınız. Və ya, hər verdiyi çörəyi başınıza qaxa-qaxa deyingənliyi ilə gəncliyinizi zülmətə çevirən valideynləriniz üçün.

Lap olsun, bütün yaxşı insanlar üçün! Yaxşı insanlar hər yerdə var. Önəmli olan insan deyil, o insandakı yaxşılıqdır. Siz yaxşılığı sevin, yaxşı insanları da taparsınız. Nə olsun ki azdılar. Yox, səpərəkdilər. Amma, hər ölkədə var. Unutmayın, XEYİR İDEYADIR, MATERİYA YOX!

İndi isə…. Lap prezident kimi, hətta, bir padşah kimi, mən bağırıram sizin üstünüzə:
“Tərk edin  bu ölkəni! Bura mənim mülkümdür. Mən və mənə dözənlər qalmalıdır burada!”

P.S.: Görün, nə həddə çatdırılmışam ki, bu cür “psixopatik esse” yazdım.

Hiddətlə,

Rüfət Əhmədzadə

Advertisements

Bacaran qaçsın!” üçün 2 cavab

  1. onlar alisiblar bu qulaqlarindan alib o biri qulaqlarindan vermeye…onlara tesir etmeyecek tenqidler…
    Rufet, yazdigin elaydi ) acigi lezzet eledi.. cunki, her defe cirkabliqlari gordukce men de icimde deyinirem..tam senin yazdiqlarin kimi fikirlesirem..ona gore icimdekielri bir daha oxutdugun ucun minnetdaram…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma