Əsas səhifə » Esselər(içsəslər) » Toydan sonra mağara

Toydan sonra mağara

(“nean-mental” bir esse)

Baxmayaraq ki, son zamanlar həyatımda baş verən hadisələr o qədər də ürəkaçan deyil, amma, sevinməyə və könlümün açılmasına rəvac verən bəzi xoş xəbərlərlə də rastlaşıram. Əlbəttə ki, toy xəbərləri. Məndan həm yaşca böyük, həm də kiçik olan bir çox dostum-tanışım bir-birinin ardınca dəvətnamə göndərir. Həmyaşıdlarımdan xəbər gələndə isə, lap qəribə hisslər keçirməyə başlayıram. Və bir anlıq beynimdə belə bir sual yaranır: “Bəlkə, mən də tərpənim?” Və sonra da, başqa suallar doğulur bu sualdan: “Kimlə? Necə? Və hansı pulla?”

Əlbəttə ki! Könlününüzdəki sevgi fontana yox, lap vulkana da dönsə, ehtiyac içində keçən bir neçə gün ərzində  o fantan da, o vulkan da… Öz gücünü itirir. Maddiyyat ən önəmli şey deyil. Amma, kişi ilə qadın evləndiyi kimi, mənəviyyat da maddiyyatla izdivaca girməlidir. Buna deyirəm: “Romantika reallığın qucağında oturub.” Ümumiyyətlə sosial problemlərin bol olduğu, iş tapmağın və karyerada yüksəlməyin çox çətin olduğu cəmiyyətdə, 26-27 yaşlarından tez evlənmək, elə ictimaiyyət tərəfindən də, gülməli bir addım kimi qəbul olunur. Xüsusən, bu addım ali təhsilli şəxslər tərəfindən atılanda.

Çünki, 22 yaşında universitet bitirən (24-25 yaşında magistr diplomu alanlardan isə, heç danışmıram) və dayı-valideyn hesabına yox, öz intellekti gücünə özünə yer tapmağa çalışan gənclər gərək 3-4 il işgüzar həyatda əziyyət çəksinlər ki, sonra başlasınlar evlənmək haqda düşünməyə. Hələ, əmək hüquqlarının qorunması çətin olduğu bir vaxtda, yenicə işgüzar həyata qədəm qoyanlar isə, “havadan sapla sallanmış” kimidirlər. Bir sözlə, həm onların yerləri bərkiməli, həm də canları.

Amma, çox təəssüf ki, subaylıq vaxtı da uzandıqca, özünü macəralardan və yarım qırılan münasibətlərin zərbəsindən qorumaq çox çətin olur. Xüsusən, oğlanlara dəyir bu mənəvi zərbələr. Sevdikdən sonra fikir və əsəb gərginliyi daha da artır. Nədi-nədi, qız evində ayaqların hamısı bir başmağa dirənib, oturub elçi gözləyirlər. Əlbəttə ki, bir münasibət uzandıqca, saqqız kimi öz dadını itirə bilər. Qızın valideynləri buna görə narahatdır. Oğlanın valideynləri isə, bir başqa şeyə görə ki, bunları borc-xərclə evləndirdik, ondan sonra nə edəcəklər? Bu arada qız evindən mömin bir şüar gəlir: “Sonrası Allah kərimdir!”

Sinif yoldaşlarımın da arasında elələri var ki, mən hələ tələbə olarkən evləniblər və artıq, 3-4 yaşlarında uşaqları da var. Arada, bəziləri ilə rastlaşıram. Hamısının üzündə bir qocalma hiss olunur. Çox gərgin, çox əsəbi və fikirli… Yanız, qucaqlarındakı uşağın şıltaqlığına baxanda, əvvəlki şən gənclik siması qayıdır yerinə. Hiss edirəm ki, heç də hər şey “kərim deyən kimi” olmayıb. İnsanın ictimai şəxsiyyət kimi formalaşmağa başladığı illərdə ailə qurmaq çox riskli addımdır, həqiqətən də. Maddi məqamları qoyaq bir kənara, mənəvi problemlər peyda olur. Qısqanclıq, dikbaşlıq, yersiz “sizinkilər-bizimkilər” söhbətləri… Gördüyünüz kimi, insan həyatı o qədər paradoksaldır ki, MADDİLİYİ XİLAS YOLU HESAB EDƏNDƏ BELƏ, SONDA  MƏNƏVİYYATA  EHTİYAC DUYURSAN!

Bəli! Sevgi xətrinə pulsuz-parasız evlənmək də alınmır. Amma, pul xətrinə də qurulan ailələr (hətta, dağılmasalar belə) heç də uğurlu və sıcaq ailə ocağına çevrilmir. Bütün bu problemlərin aradan qalxması üçün, ortaq bir məxrəcə ehtiyac var. Yəni, insanların həm pulla, həm də duyğuyla ailə qurmasına şərait olmalıdır. Şəraitin olması üçün isə, sosial şərtlərlə yanaşı, mental düşüncə də islah olunmalıdır. Təsadüfi deyil ki, bir çox duyğusal məqamlarda insanların ayağını dartan mentalitet, səhvlərin qarşısında buna qadir olmur. Və insanlar tələsir – sadəcə, vurnuxmağa.

Advertisements

Toydan sonra mağara” üçün 3 cavab

  1. Son illerde baxirsan зияли инсанларимиздан горхурлар,Азербайджанын тарихинде zaman-zaman bele hallar olub.Axmag,istedadsiz adamlar demokratiyani sevmirler tebii ki,бу кун инсанлара не теблиг олунур о да гоз габагындадыр.Узагда яшясагда хеч нейи гозден гоймуруг.Рухдан душмек лазым дейил,бир аз тактик олмаг лазымдыр.Бир алинизде гелем,о бмрмнде силах олсун,сени вурмаг истейени сен биринчи вур.Кутлени горзузмаг гейри мумкунду,харичде яшаян бмзлер де бойук бир кутлейик,хер чур де хазырлыгымыз вар.

  2. Her shey oz vaxtinda gozeldi.Tebii ki aile qurmaq da.Vaxtinda deyende yashi nezerde tutmuram,duzdu yashin da ehemiyyeti var.Amma en esasi psixoloji cehetden buna hazir olmaqdi.Daha sonra maddi durum esas rol oynayir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma