Oxucum sevə bilsə

(Bu şeir 2010-cu  ilin əvvəllərində yazılıb. Melanxolik anlarımdan birində.  Yazıb “facebook”a və “e-kitab”ıma daxil etsəm də, bloquma hələ yerləşdirməmişdim)

Mən doğuldum boğulmayla, onunla da böyüdüm!
Guya, sevdim bu həyatı, saxta eşqlə öyündüm!
Xəstə ürək yorulanda, mən yerinə döyündüm!
İndən belə, mən döyünüm hansı məhəbbətimçün!?

Mən bacarmıram sevməyi! Oxucum, sev mənimçün!
Mənsə, tənha bir köşədə, dua edim səninçün!

Allah ibadətçiləri yarımdan ayırdılar!
Arzu-dilək etdiklərim ürəyimi ovdular!
İlahi! Sevdiklərim də, düşmənimmi oldular?
İndi qılınc itiləyim, mən hansı düşmənimçün!?

Mən bacarmıram sevməyi! Oxucum, sev mənimçün!
Mənsə, tənha bir köşədə, dua edim səninçün!

Çox arzular tutmuş idik, hamısı da yarımçıq!
Yarım qalan arzularla, axı, nə bayramçılıq?
Erməniylə dialoqda, kişimiz başıaçıq!
Nə cür millətçilik edim, bunca biqeyrətimçün!?

Mən bacarmıram sevməyi! Oxucum, sev mənimçün!
Mənsə, tənha bir köşədə, dua edim səninçün!

Təndirdəki Fatma indi küçədə bişmək dilər!
Daha cırtdan Vətən olmuş, cırtdanlar divlik edər!
Hansı birlikdən danışaq, düşmüş ikən dərbədər?
Mən yetim dərd çəkim necə, 60 milyon yetimçün!?

Mən bacarmıram sevməyi! Oxucum, sev mənimçün!
Mənsə, tənha bir köşədə, dua edim səninçün!

Əlim yaman gətirmişdi “21”i yazanda,
Sonra, qumar qamarladı meyli, beyin qızanda!
Bir də ayıldım, Yazarım qır qaynadır qazanda!
Xalım çatdı “24”ə – bu da tavan əlimçün!

Mən bacarmıram sevməyi! Oxucum, sev mənimçün!
Mənsə, tənha bir köşədə, dua edim səninçün!

Yığdım bütün buludları, dəymədim bircəsinə.
Qoy, o dönsün mənsiz qalan birinin kölgəsinə,
Arada-bir sərinlədib, sevgi səpsin üzünə!
O sevinsin, mənsə, rahat tələsim əcəlimçün!

Mən bacarmıram sevməyi! Oxucum, sev mənimçün!
Mənsə, tənha bir köşədə, dua edim səninçün!

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma