“Rüfətizm” nədir?:)

və yaxud

Ədəbiyyata qarşı

(dialoq-müsahibə)

Dünən gecə, evdə oturub internetdə “surf” edirdim. Daha doğrusu çalışırdım etməyə. Tez-yez “disconnect” olan internetlə “surf” etmək nədir, hətta, bir bloq yazısına kiçik bir “edit” belə etmək olmur. Birdən, açıq qalan “mail.ru agent” proqramında yeni dostluq bildirişi göründü. Qəbul etdim. Xanım idi. Tanımıram. Avatarı da yox idi. Salam-kəlamdan sonra, bildim ki tanış deyilik və yalnız, təsadüfən “google.az”da “sevgi hekayəsi” axtarışı ilə bloquma gəlib çıxıb, sonra da, kitabımı yükləyib. Xanım filoloqdur və məndən yaşca böyükdür. Bəzi sualları var idi ki, mənə ünvanlayıb cavab alacaq, sonra isə, gedib yatacaqdı. Xatırladım ki, gecə saat 1-00 idi. Aramızda, müsahibəyə bənzər bir şey yarandı. Buyurun, oxuyun:

Xanım: Sizin yazılarınıza və yazı üslubunuza diqqət etdim, öyrəşdiyimdən fərqli bir şey gördüm. Təbii ki, Dünya ədəbiyyatında Markes və Borxesdə gördüyüm təsvir və yazı üslubuna bənzəyir. Amma, onları orijinaldan oxumadığıma görə, tam əminliklə heç nə deyə bilərəm. Odur ki, şəxsən, bilmək istərdim, siz kimdən ilhamlanırsınız və kimə bənzətməyə çalışırsınız yazı tərzinizi. Mümkünsə ad çəkin və səbəbini izah edin.

Rüfət Əhmədzadə: Mən Markes və Borxesi bəyənirəm, və onların təhkiyəsindəki axıcılıq və poetiklik məni özünə çəkir. Amma, bir oxucu kimi. Dünya yazarlarından isə, Vladimir Nabokova daha çox rəğbətim var. Nabokov ədəbiyyatda özü kimi peyda olub və öz ədəbiyyatnı yaradıb. O nə amerikan yazıçısıdır, nə də rus. Nə klassik yazı üslubu  var, nə də postmodernist. Düzdür, o modern ədəbiyyatın formalaşması prosesində peyda olub və bu prosesdə də böyük töhfələr bəxş edib ədəbiyyata… Amma, o bunu bir Nabokovçu kimi edib. Yəni, hər bir əsərində, insan taleyi və cəmiyyət problemlərini qabarda bilib.

Onun ən abırsız sayılan qalmaqallı işlərində belə (məsələn, “Lolita”) insan vicdanını gizildədən məqamlar var. O, özünün obrazları və təsviri ilə düşündürməyi bacarır. Nabokova 20-ci əsrin “Dostoyevski”si deyənlər də var. Amma, o, Nabokovdur. Çünki, özünəməxsus ədəbi irsi olan yazıçıdır. Mən də istərdim onun kimi yadda qalım. Ona görə yox ki, onun kimi və ya fərqli görünmək istəyirəm… Sadəcə, ona görə ki, yazıçı kimi heç kimə bənzəmədən özüm olum və özüm kimi də yadda qalım.

Xanım: Bir neə gün ərzində, demək olar ki, bütün yazılarınızı oxudum. Maraqlı yazırsınız, sadə yazırsınız. Amma, yenə də qeyd edirəm, adət etmədiyim bir yazı tərzi var və müəllif var qarşımda. Siz nəsri nəzm kimi, nəzmi isə, nəsr kimi yazırsınız. Bunu sizin sərbəst və mənsur şeirlərinizə, hekayələrinizə və eləcə də, çoxunda poetiklik gördüyüm esselərinizə əsasən deyirəm.

Rüfət Əhmədzadə: Heç özüm də bilmirəm, niyə belə alınır. Nəsr işlərimdə poetiklik mənim ruhumdan gəlir. Pafoslu çıxsa da, bu məqsədlə demirəm. Mən təsadüfən belə yazıram, görürəm ki, özümü belə yaxşı ifadə edə bilirəm, ona görə də məhz bu cür davam edirəm. Nəzmi nəsr kimi yazmağımı isə, sadəcə, həvəskar bir adamın şeir yazmaq cəhdi kimi dəyərləndirirəm. Mən hələ poeziyada prozadan da daldayam. Yəni, öz fikirlərimi və duyğularımı nazim dili ilə tam çatdıra bilmirəm. Bacarmasam da, yazıram. Çünki, içimdən bir instiktəbənzər nə isə yaranır ki, yox, bu mütləq şeir olmalıdır. Sərbəst şeirlərim ala-çiy olsa da, mənim sərbəstcə özünüifadə imkanlarımı genişləndirmə cəhdlərimdir, bu cəhdləri hələ çox edəcəyəm deyəsən. Onsuz da, mənim bu vaxtımdır. Çünki, hələ cavan və təcrübəsizəm. Cəmləşdirib qısaca desək, mən beləyəm. Bir az ondan, bir az bundan. Pisdirsə də, beləyəm. Olduğum Rüfət kimi. Amma, bu Rüfətin “qalma” xəstəliyi yoxdur. Çünki, qəhrəmanımız inkişaf və axtarış amillərini çox sevir.

Xanım: Ədəbiyyatda hamı tərəfindən qəbul edilən qayda və normalar var. Siz onları çeynəməyə və ədəbiyyata qarşı getməyə çalışırsınız, sanki. Olmaya, bu, birçoxlarında olan “navatorluq xəstəliyi”dir ki, sizi də yoluxdurub və özünəmxsusluq qazanmaq istəyirsiniz?

Rüfət Əhmədzadə: Axı, mən az əvvəl sizə cavab verdim… Mən içimdən gələn kimi yazıram. Və görürəm ki, mənim bir çox oxucumda yoruculuğa səbəb olmuram. Əksinə, onlar daha çox oxuyurlar mənim yazılarımı. Dediklərinə görə, çxo axıcı yazıram. Belə olmasaydı, siz də oxumazdınız mənim “demək olar ki, bütün” yazılarımı. Deyilmi?

Xanım: Elədir, amma..  Bəs, ədəbiyyata qarşı getmək?

Rüfət Əhmədzadə: Kim ədəbiyyata qarşı edir? Ədəbiyyata gələn hər kəs öz ədəbiyyatını yaradır. Bütün özü kimi olan yazıçılar öz yaradıcılıqları ilə plyuralizmə xidmət edirlər. Mən də bunu etməyə çalışıram. Pisdirsə də mənim işimdir, yaxşıdırsa da mənim. Pis olsam, tarixi süzgəcdə ələnib dəbdən düşəcəyəm. Öləndən sonra da, nəvə-nəticələrimin köməyinə ehtiyac olacaq ki, gündəmə gəlim. Amma, yaxşı olsam və hətta, təklikdə belə ölsəm, məni daim xatırlayacaqlar. Zaman göstərəcək. Yenə də deyirəm, fərqlilik olmalıdır ki, fərli olanı da seçmək mümkün olsun. Amma, sizə fərli gələn başqasına fərsiz görünə bilər. Bunun da çarəsi var. Çoxluğun münaisbətini öyrənmək lazımdır. Hə.. Burda da problem var, hər çoxluq bəyənən də fərli ola bilməz peşəkarlıq baxımdan. Amma, ədəbiyyatda bunun qorxusu yoxdur. Peşəkar oxucular və peşəkar ədəbiyyatçılar sayəsində, tarixi aldatmaq mümkün olmayacaq.

Xanım: Siz eqoistsiniz.

Rüfət Əhmədzadə: Mən Rüfətistəm. Deyəcəksiniz ki, bu elə eqoizmdir.Amma, mən ətrafımdakı reallığı və mənim də bu reallığı qəbul etmədiyim reallığını dərk edirəm. Ona da inanıram ki, mən idealist olmasam da, öz prinsiplərimlə tamamən realam. Yəni, mənim həm ideya, həm də materiya kimi mövcudluğumda qeyri-adi heç nə yoxdur. Sadəcə, bir az romantikəm. O qədər romantik ki, reallığa dəyişmək istəyirəm, daha yaxşı, daha ütsün. Bu yazıçı idealizmi və ya humanizm də adlana bilər. Hər şey realdır. Sürralist də deyiləm. Gerçəküstü olan şeylər məni özünə çəkmir.Bəlkə də, təriflərdə yanılıram, amma, hələ ki, özümü belə hiss edirəm. Fərqli,özünəməxsus və axtarışçı. Yəqin ki, yaşdandır. Amma, elə özüm kimiyəm və öz yazı tərzimi aşılamaq istəyirəm. Silahım isə, vicdan amilidir. Fərdlərdən başlayan, cəmiyyətə axan və fərdlərin yenidən özünə qayıdan fəaliyyətini göz önünə gətirmək istəyirəm. Alınmasa belə, buna çalışıram.

Xanım: Təzadlardan yazdığınız kimi, təzadlı da düşünürsünüz. Niyə, hey qarşılaşdırma, müqayisə və paradoksallığı qabartma meyli edirsiniz?

Rüfət Əhmədzadə: Çünki, reallığı dərk edirəm. Reallıqda hər şey paradoksal, təzadlı və nisbidir. Mənim özümdən asılı deyil. Sadəcə, birtərəfli yanaşmaqdan həmişə ehtiyatlanmışam. Ona görə yox ki, qınaq obyekti olmaq istəmirəm, sadəcə, sonra narahat oluram ki, mən obyektiv olmadım. Bəli, subyektiv iş yaradıram, amma, mənim baxış açım da geniş olmalıdır. Bilirsiniz, mən əkizlər bürcüyəm. Təzadlılıq isə, mənim ruhumda da var. Elə xasiyyətcə də çox dəyişkənəm. Məsələn, indi birdən kefimə dəyişmək düşdü…(təbəssüm bildirən mötərizələr göndərirəm) Mən gedirəm yatmağa. Hələlik

Xanım da sağollaşdı. Amma, sonra incidiyini də başqa bir mesajla mənə bildirdi. Nəzakət xətrinə üzrxahlıq elədim, amma, yanlış etmədiyimi də qeyd etdim. Nə edim ki, çox uzatmaq istəmədim bu dialoqu. Çünki, müsahibə verməkdən acığım gəlir.Xüsusən, gecə vaxtı.

Advertisements

“Rüfətizm” nədir?:)” üçün 4 cavab

  1. Məncə inciməli bir şey yoxdur. Zamanlama düzgün olmadı. Lap düzgün zaman olsa da kimsə söhbətetmək istəmirsə bu təbiidir.
    O ki qaldı “Rüfətizm”ə hərənin bir qələmi, bir düşüncəsi, bir tərzi var.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma