Əsas səhifə » Esselər(içsəslər) » “WikiLeaks” adlı kibrit

“WikiLeaks” adlı kibrit

Jullian Assange - "Wikileaks" founder

Jullian Assange - "Wikileaks" founder

Və yaxud

“Central Irritation Service of USA”

(İngiliscə  bilməyənlər üçün: “ABŞ-ın Mərkəzi Qıcıq Xidməti”)

Uzun bir giriş:

Vaxtaşırı gündəmə gələn regional qalmaqallar və müharibə gözləntilərini saya almasaq, dünya siyasəti ümumilikdə stabillik içindəydi. Qütbləşmə yenidən başlasa da, nə Rusiya və İran tərəfdən, nə də ABŞ və NATO tərəfdən cəsarətli bir addım atılmırdı. Elə bu qarşılıqlı cəsarətsizliyin nəticəsində də, Azərbaycan öz ərazi bütövlüyünü uzun illərdir ki bərpa edə bilmir.

İqtisadi qütbləşmənin özü də “soyuq müharibə” mahiyyəti daşıyır ki, son dünya böhranında özünün bütün eybəcərliyi ilə göz önünə gəldi. Belə halda, siyasi proseslər də bu məsələdən kənarda qalmış deyil.

ABŞ-ın Vyetnam savaşından bu yana müharibələrə xərclədiyi pullar nəinki bu dövlətin, bütün Amerika ölkələrinin bir əsrlik xərclərinə bərabərdir bəlkə də. Əlbəttə ki, artıq, saqqız uzanır. Yəni, amerikan vətəndaşının pulları top-tüfəngə xərcləndikcə, onun əsəbləri də tarıma çəkilir. Pafoslu “kavboy” patriotizmi də gücdən düşüb. Ağciyər amerikanları “Hollivud” filmləri ilə qıcıqlandırmaq və gözlərdə şişirtməyin də sonu partlamaq olmalıydı. Çiban şişib-çürüyüb partlayınca, özün onu iynə ilə deşsən daha yaxşı olar, deyilmi? Gəlin, bir az mövzu ətrafında var-gəl edək.

ABŞ indiki fövqəldövlət vəziyyətinə son 80-90 il ərzində yol keçib gəlib. Bu yolu isə, “izolyasionizm” ilə başlayıb. Yəni, hər şeydən təcrid olunub içinə qapanan, güclənənən, kənardan müşahidə edən, vaxtaşırı burun soxan, sonda isə, “mənəm” deyib ortaya atılan qənimət sahibi.

Həm də ki… Dövlətləri (xüsusən, ABŞ kimi dövlətləri) yönətən kapitalist oliqarxlardır. Oliqarxlar üçün isə, müharibə “al-ver” mahiyyəti daşıyır. Çünki, bu gün ABŞ dolları istehsalını reallaşdıraan (ABŞ dövlətinin ən çox borclu olduğu – 100 milyardlarla ölçülür) Federal Rezervin İdarə Heyəti (20 zəngin yəhudi əsilli ailə) həm də silah-sursat istehsalına nəzarət edir. Eynən, bu ölkədə söz sahibi olan oliqarxlar NATO, Avropa Birliyi və bir sıra başqa beynəlxalq ittiaq və təşkilatların yaradılmasında təşəbbüskar rol oynamışlar.

“Mason”lar barədə nəşrlərdə bu tip məqamlara rast gəlmiş olarsınız. Və mövzuya ümumi aydınlıq gətirmək üçün də, bir ipucu: “MASON”LAR HAQQINDA “İFŞAÇI” NƏŞRLƏRİN ƏKSƏRİYYƏTİ  “MASON” CƏMİYYƏTLƏRİ TƏRƏFİNDƏN MALİYYƏLƏŞİR. Niyə? Kim istəməz ki, özü haqqında xof yaratsın və satqınlığa hazır olanları öz ayağına gətirsin? Şou-biznesdə əxlaqsızlığın və “yataqdankeçmə” şərtlərinin gündəmdə olduğu bir vaxtda, niyə minlərlə gəncimiz bu sahəyə könüllü gedir və hər fürsəti dəyərləndirməyə çalışır? Çünki, onlar üçün vasitələr önəmli deyil.

Bir şeyi də nəzərə alaq. Amerikan buğda maqnatlarının tarixdə əks olunan buğdayandırma tədbirlərindən xəbəriniz yoxdursa olsun. Ondan da xəbəriniz olsu ki, dünyada həddən çox böyüyən və başı qalmaqallara girən şirkətlərin öz sahibləri tərəfindən “müflis” edilməsi taktikası da var. ABŞ isə, şirkətdir. Böyük bir şirkət!

ABŞ İNDİ “MÜFLİS” ELAN EDİLƏ BİLƏR, AMMA, ARA QIZIŞANDA, HAMININ MÜRACİƏT EDƏCƏYİ XİLASKAR OLACAQ! (I və II Dünya Müharibələrinin tarixinə nəzər salaq, amma, yazmayaq)

Qısa gəzinti:

Qayıdalım mövzuya. “WikiLeaks” bir kibrit effekti ilə gündəmə gəldi. Daha doğrusu, gətirildi. Elə bir zamanda ki, dünya KİV-i nəzarətdir və nəzarətsiz də heç bir internet əməlliyatını həyata keçirmək mümkün deyil. MKİ istəsə… Çox şey edər. Və edir. Adı çəkilən saytın rəhbəri olan (bir neçə dəfə xakerliyə görə həbsdə yatmış) “Avtsraliya vətəndaşı Julian Assange və “Guardian”dan olan jurnalist Nick Davies bundan öncə “Afghan War Diaries” adlı qalmaqalla gündəmə gəldilər. Bu ilin ortalarında baş verdi bu.

ABŞ-da və dünyada rezonans doğurdu. Sanki, ehtiyyyatlanır və qorxurmuş kimi münasibət göründü ABŞ tərəfindən. Sonra isə, ABŞ kəşiyyatı və səfirliklərinin gizli məlumatlarının yayılacağı xəbəri çıxdı. ABŞ yenə də qorxdu (guya). Yalvardı (yenə də guya). Amma, sənədlər aşkarlandıqda göründü ki, ABŞ-dan çox başqa dövlətlər ifşa olundu. Amma, Obama hökumətinin işgüzar imicinə ləkə gəldi, şübhəsiz.

Nick Davies

Bəlkə də, Hillari Klinton səmimi idi? Bəlkə də, ABŞ hökumətinə bu lazım deyildi? Axı, nəyə lazım idi dövlətləri bir-biri ilə üz-üzə qoymaq? Nəyə lazım idi Türkiyə, Rusiya, İran və Azərbaycan kimi (öz bölgəmizdən danışaq) dövlətlərin daxili işlərinə burun soxub ortaya çıxarmaq və… Rəhbərləri də ictimaiyyətlə üz-üzə qoymaq? Lazım idi? Bəlkə, ABŞ hökumətinə deyil, başqa, maraqlı qüvvələrə lazım idi bütün bunlar? Nədə maraqlı? Gəlin, lap son sualın  cavabını tapmağa çalışaq.

Sizcə, onun siyasətindən gileylənən bir prezidentlə R.T.E (adını çəkib yazımı çəkidən salmayım) nə cür münasibət qurmalıdır bundan sonra? “Siyasətdir” deyib üzdə gülsə də, qəlbə inciklik olacaq. Haqlı olaraq (bəli, əgər, İlham Əliyev həqiqətən də bu fikirləri deyibsə, haqlı olaraq deyib) onun siyasi kursunu görkəmdən salan fikirlər hökumətlər arasında soyuqluq yaradacaq. Həm də ki, artıq, ABŞ və Azərbaycan arasında birbaşa körpü qurulması ehtiyacı təsdiqlənəcək (“Böyük Qafqaz Projesi”nin birinci pilləsi).

Ermənistan ehtiyyatlanacaq və birazcıq da olsa, büdrəmə görünəcək.  Rusiya isə… Araq içmiş ayı imicini özünə qaytaracaq.

Beləliklə… Azərbaycanın “balanslı siyasət”indən zara gəlmiş ABŞ onu Rusiya, Türkiyə və İran kimi qonşuları ilə üz-üzə qoyub, öz başına çarə tapmağa buraxacaq. Həm də ki… Azərbaycan hökumətinin könüllü etmədiyi işləri ictimayi rəy hesabına ona gördürəcək. Məsələn, indiyə qədər görülməyən ölkədaxili təmizləmələr, İİR-in maliyyə qaynaqlarını məhv edilməsi, rəsmi və ya üstüörtülü siyasi-iqtisadi əməkdaşlıqlar  öz yekun həllini tapmalı olacaq. “Ya o yan, ya bu yan” məsələsi.

Əgər, Ziya Məmmədov kimi güclü bir hakimiyyətdaxili fiqurun da sənədlərdə ifşa olunduğunu gözdən keçirsək, onun da çıxdaş olunmasına zəmin yaranacaq. Və qarşı tərəfdən “Ağ Ev” müttəfiqləri fəallaşacaq. Yoxdursa da, peyda olacaq. İndi isə, cavabını gözləmədiyim bir sual: “Siz heç bilirsinizmi ki, “bənövşəyi inqilab” nə deməkdir?”

Qəfildən çıxış:

Mövzudan qəfil çıxırıq.Çünki, belə lazımdır. ABŞ-dan hamı küsməyə başlayır. Və yavaş-yavaş hamının qorxduğu, çəkindiyi, həm də güvənib hesablaşdığı “fövqəldövlət” kənara çəkilməyə başlayacaq. Daha doğrusu, gözləmə mövqeyinə. (Kənddən qovulmuş kəndxudanın geri qayıtması necə baş tuta bilər – əlbəttə ki, kənddəki “lotu”ların bir-birinə hücum çəkməsi ilə). Regional münaqişələr dərinləşəcək… Hətta, uzaq olsun, İraqa getsin, III Dünya Müharibəsi də başlayacaq. Və o zaman, KƏNDXUDA YENİDƏN PEYDA OLACAQ.

Advertisements

“WikiLeaks” adlı kibrit” üçün 4 cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma