Mənasız mənsur şeir

Bir azdan, səhər açılacaq. Mən yatacağam. Yenə yorğun gözləri ovub yuxuya dalacağam.

Gün sənin üçün başlayıb, mənim üçün qurtaracaq. O sənin üçün nur saçıb, mənim yerimə utanacaq.

Artıq, çoxdandır ki, bu cür keçir hər günüm. Səhərlərdən də artıq məhrum olubdur ömrüm. Günorta başlayan eşqsiz həyatın axşamı qəmgin. Qəmlə düşən gecələrimin artıq ilhamı itgin.

Eyni düzəndəyəm, varsa da, 1-2 saat fərq. Səhərədək zəhərlənirəm yenə, səni düşünərək.

Nə ilə zəhərlənirəm soruşsan, cavabı bir az uzundur. Papiros iləmi deyim… Və ya, xatirələrlə?

Yoxsa, hər günorta durduğumda, səni xəyalımda öldürüb… başqa birisi ilə vaxtımı ötürüb… Gecə isə, heyfsilənib özümü lənətləməklə… Elə xəyalən də intihar etməyimdənmi deyim?

Adəti üzrə, məhkəmə qurulur otağımda.. Yenə də eyni vaxtda, hələ də eyni mövzuda: “Kim müqəssir idi görən, bizim ayrılmağımızda?” Hakim mənim Taleyim, bənizindən zəhm yağır.

İttihamçı vicdanım imiş, müdafiə edənim yox. “Həyat belə gəldi” desəmdə, ondan xəbərim yox.

Şahidlər də var, hamısı da mənə qarşıdır. Son görüş yerindəki ağaclar, oturacaqlar…

Növbə ilə dilə gəlib məni susduracaq, “Ar olsun sənə!” hayqırtısıyla qarğıyacaqlar.

Mən isə, başım aşağı, əllərim göbəyimdə…Gözləyirəm hakimi,  tələblə razılaşmışam. Tale hökm oxuyacaq, qalanlar əl çalacaqlar… Dərhal da, vaxt uzatmadan asmağa aparacaqlar.

Budur, hökm verildi, hamı “sağ ol, hakim!” dedi. Çox ehtimal, heç bir hakim belə bir sevgi görmədi.  O ki, qaldı edam hökmünə.. Tez də icra edildi… Boğazıma keçən kəndiri oxşayıram… Bəlkə, dəli olmuşam, əllərinə oxşadıram. Sən məni tumarlayırmışsan kimi, həzzlə gözlərimi yumdum… “Səni hələ sevirəm!” deyib ani gülümsündüm… Bu nədir, hamı qaşır dar ağacı və bir də mən….

İş tamamdır onsuz da, sona yetdi burda ömrüm. Sənin xəbərin olmamış, meyidimi sürüyüm. Bir də, sabah səhər ölərəm… Mənsiz həyatına daha rahat başlamağın üçün.

Advertisements

Mənasız mənsur şeir” üçün 2 cavab

  1. her gün eşafotda gilyotin heyecani yaşayib,ölümü dadaraq,ölmemek… Vaxt qizildir deyenleri qinayib, taxta zamani mecburiyyetle yasamaq… Ne vaxta qeder?!… Zaman belli olsa,ümid yaranardi sonluq üçün…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma