Duşdan sonrakı sammit

və yaxud

Bir cənub şəhərində qış nağılı

Mən özümün “Wikileaks”lə bağlı ilk və son yazımda “kibrit effekti” və “qıcıq xidməti” kimi ifadələr işlətmişdim. Səhv etmişdim. Burda qızışdırma yox, sözün əsl mənasında bir SOYUTMA var imiş! Çünki, bu qalmaqallı dərclərdən sonra, demək olar ki, bütün dünya ictimaiyyətində “soyuq duş sonrası” bir ab-hava hiss edildi.

Xüsusən, ATƏT-in (fərsiz) Minsk qrupunun Astanadakı (bekara) sammitində yığışmış liderlərin çöhrəsində hiss edilirdi bu. Necə də süni görünürdü hər şey! Əvvəllər olduğundan da betdər! Sanki, hamı bura məcburiyyət qarşısında yığışmışdı. Sadəcə, ona görə ki, sammitin günü və zamanı öncədən təyin olunmuşdu.

Artıq, hər kəs hər bir sürprizə hazır dayanır. Və ya dayanmağa çalışır. Hər nədir… Göz qabağında bir fakt var: ABŞ-ın oyunu oldu-olmadı, onları bir-birinə düşürməyə və hətta, özününkülərin gözündən belə salmağa iqtidarı var qarşı tərəfin.

Hamı bu “sızıntı”nın ABŞ tərəfindən edilməsinə inansa və “hə, elədir!” desə də belə, yenə, çoxlarının qəlbində şübhə yaranıb. Və fikirlər bizim uğurlu və balanslı siyasətimiz kimi, hər saat bir səmtə yönəlir.

Axı, ABŞ bilmirdimi belə nəticələr olacaq və hamı ondan şübhələnəcək? İstənilən nəticədə, udan qarşı tərəfdir. Çünki, bu oyunun planı yəhudi variantında cızılıb. “İsinmə” də xeyrədir, “soyuma” da.

Maraqlıdır ki, açıqlananan “leak”lərdə İsrail, ABŞ və Böyük Britaniyaya aid elə də ciddi sirlər yoxdur və bu məlumatlarda digər dövlətlərin rəhbərləri və məmurları ifşa olunur. Ən maraqlısı isə, odur ki, qadasın aldığım (bizim onunla köhnə zaraftımız var) Jullian Assange banklarla bağlı da sürpriz hazırlayıb.

Bəlkə də, mən bu yazını yazarkən, ilanvurmuş gədə (o mənim xətrimi çox istəyir, inciməz) bombasını partladıb. Yəqin ki, elə buna görə də, bizimkilər, onunkular və bununkular hamısı soyuq duşdan çıxmış kimi görünür. Çünki, SİYASƏTÇİLƏRİN İQTİSADİ EYİBLƏRİ DAHA ÇOXLUQ TƏŞKİL EDİR.

Bizim cəmiyyətdə də, qəribə və həm də məzəli bir əhval-ruhiyyə yaranıb. Hamı oturub gözləyir ki, indi kimləri başlayacaqlar vurmağa. Və hansı bank və şirkətlər “Barmek”in gününə düşəcəklər… Ziya Məmmədovun və Misir Mərdanovun pərəstişkarları da narahat olmağa başladı.

Amma, mən ona heyrətləndim ki, Azərbaycanın gömrüyünü nəzarətdə saxlayan və xarici ticarətdə daha çox payı olan Kəmaləddin Heydərov (eləcə də, Allahşükür Paşazadə) kimi fiqur bu cür möhtəşəm sənəddən necə geridə qalıb? Axı, tikinti materialları ticarətinin daha çox Heydərovun kurasiyasında olduğu iddia edilirdi…

… Heydərovdan danışdım, yenə Ziya Məmmədov düşdü yadıma. Məmmədovu xatırlayanda isə, o biri Məmmədovu düşünməyə bilmirəm. Ayıyeyən… üzr istəyirəm, Anar Məmmədovu demək istəyirdim. Baho! Az qalmışdı, şərəf və ləyaqəti alçaldan səhvə yol verim. Yoxsa, məni də sürüyərlər məhkəmələrdə.

Heç olmasa, “Azadlıq” və “Yeni Müsavat” qəzetləri 5-10 min manat dövlət yardımı alır arada (onu da 2-3 min faizlə məhkəmələrdə qaytarmaq üçün)… Mən isə, atalı-analı yetiməm elə. Sagopa Kajmer demiş, NEYİM VAR BLOGDAN GAYRİ?

Yox, insafən var. CD driveri işləməyən və virusların əlindən gündə 10 dəfə üzümə qayıdan bir köhnə “laptop”um var. Onu da, 2 aydır satlığa qoymuşam, yaxın duran yoxdur.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma