(s) Eksklüziv esse

Şəklin yazıya qəti dəxli yoxdur!

və yaxud

Seksual intellektlə intellektual seks

Ötən yazılarımın birində, belə bir altbaşlıq yazmışdım: “İntellektual həyasızlıq olmayan cəmiyyətdə ictimai mərifət axtarmayaq!” Nə gözəl! Necə də, təm-təraqlı (təhlükəli) və səslənişi gözəl bir şüar imiş! Axı, cəmiyyətdə sayılıb-seçilən (“satılıb-seçilən”ləri demirəm) ziyalılar öz  təhlil və tənqidləri ilə digər vətəndaşları məlumatlandırmasalar, demaqogiyaya ruhlandırmasalar, onların hüquqlarının müdafiəsi də çətinləşər.

Havayı yerə atalar deməyib: “Ağlamayana pəpə yoxdur”. Gərək, bir qədər “sırtıq” olasan. Qiymətlər qəpik-qəpik qalxanda, 1 aylıq maaşın10 günə tükənəndə… “əşşi, heç nə olmaz” və ya “5-10 qəpiyə görə ayıbdır” deməyəsən. “Qırmızı-qırmızı”, hara lazımdır getməyi və tələb etməyi bacarasan. Əgər, azacıq da olsa, hüquqlarını bilsən. Bilmək üçün isə, vaxtaşırı xəbərlər və hüquqi məlumat materiallarını izləmək gərəkir.

İstənilən halda, sosial sifariş fərdlərin təşəbbüsündən yaranır. Unutmayasan! Sənə qarşı zorakılıq və qanunsuzluq olanda, harasa şikayət etməyi özünə “zapodlo” bilməyəsən gərək. Və gərək ki, ürəyindən söz keçəndə, qəzetdə-saytda demirəm, lap bloq açıb yazmağı da şərt qoymuram… heç olmasa, sınıq-salxaq bir “facebook” statusundan yazmağı bacarasan.

“Facebook”dan söz düşmüşkən… Bu sosial şəbəkədə hər cür adam var. “Elitar” səhnə adamlarından tutmuş küçə uşaqlarına qədər. Kimsəni təhqir etmək istəməzdim, amma…Artıq, sonuncular da öz “tin yerləri”ni burda tapıblar. Nədənsə, küçələr-metrostansiyalar marasız olub. Qorxaq ruhlu adamlar istədikləri adamla istədikləri “ton”da danışa bilir. Daha doğrusu yazışır. Öz aləmlərində buna “yazışmaq” deyirlər, təbii ki.

“Face” müxtəlif məqsədlər üçün istifadə olunur: Təbliğat da, təxribat da, dost tapmaq da, yeni düşmənlər qazanıb güc sınamaq da, yazar kimi tanınmaq da (mənim kimi – işimin təbliğat və ya təxribat olduğunu isə, hələ dəqiqləşdirməmişəm) … boş-bekara vaxtlarını keçirmək üçün də gələnlər var bura. Onunla bir şablon dialoq, bununla bir hal-əhval… Baxırsan ki, gecədir və gəncliyinin qızıl illərindən bir gün də beləcə keçdi.

Sən bu gün nə təhsillə bağlı bir saytda nəsə öyrənə bildin, nə iş tapa bildin, nə bir məqalə, esse və ya ibrətli bir hekayə oxudun… Oxusan da, elə-belə, hər dəqiqə “chat” siqnalına baxmaq şərti ilə. Bir məsəl var: “Ordan alıb, burdan buraxırsan.” Bu məsəli işlədərkən, təbii ki, sağ və sol qulaqları düşünmüşəm.

“Facebookda” çox yazışmağı və profillər gəzməyi sevməsəm də, bir şeyi müəyyən etmişəm özüm üçün. Oğlanların diqqətini çəkmək istəyən qızlar “jurnal səhifələrinən atdanıb düşmüş kimi” açıq-saçıq fotolar (çox vaxt özgələrinki) yerləşdirir və şəkil altında hər cür sərsəm şərhin də yazılmasına şərait yaradır…

Belə bir "avatar"a ən ağıllı şərh belə olardı: "Bir dönüb baxsana, gözəlliyinə bir şeir guppuldatmaq istərəm!"

Qızların diqqətini çəkmək istəyən oğlanlar isə, əksər vaxtlarda rəngli eynək, qara kostyum, bahalı mobil telefon və avtomobil kimi vasitələrlə öz profillərini yaraşığa mindirir. Əlbəttə ki, buna  da normal baxmaq olar. İnsanların öz işidir və hər kəsin öz mənəvi ehtiyacı var. Həddən artıq olsa da.Özünə yar axtaran bütün subayları evlənmə verilişlərinə göndərmək olmaz ki…

Hə, yadıma düşmüşkən, “facebook”un bir çox xanım istifadəçisinə eyni tipdə, “ciddi” və “əxlaqi” ruhda mesajlar göndərib münasibət təklif edirlərmiş. Nə məqsəd durur bu “aksiya”nın arxasında – babal yuyammaram. Amma, əminəm ki, mesaj alanların azı 10 %-i buna şirniklənib. Kimi hələ şübhələnir, kimi isə, qəti “yox” deməklə axmaqlıq sayır.

Gör, hardan hara gəldik. Yazını bitirsək yaxşıdır. Amma, sonda, oxucumun  beynində yaranan sualına cavab verim: Ona görə yazıma dəxlisiz ad qoydum ki, diqqəti yaxşı çəksin. Beləliklə, zövqümüzün açar sözü “seks”dir.

Advertisements

(s) Eksklüziv esse” üçün 3 cavab

  1. Rüfət, facebookdan sadəcə həqiqi mədəni olan insanlar qız tutmaq üçün istifadə etmirlər, özlərini cəmiyyətə mədəni, müasir göstərən yalançılar, aktiv gənclərimizin də çoxu altdan-altdan bu işlərlər məşğuldurlar. Düşünmürəm ki, onların bu qara eynəklilərdən fərqləri var, onlar daha səmimidirlər.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma