Əsas səhifə » Poeziya » Psixoloji akt

Psixoloji akt

Təzə qərar qəbul etməyim gəlir.
Həlledici,
müharibələr salan,
millətləri qırdıran
tarixi hökmlər kimi.
Belə ki,
indicə qət edirəm,
özümə söz verirəm:
Papiros çəkməyi də,
bəndələri sevməklə bir tərgizəcəm!
Nə ondan,
nə səndən,
nə də bir kimsədən xeyir görmədim.

Heç özüm də xeyir verə bilmirəm
nə özümə,
nə özümünkülərə,
nə də özgələrə.
Sadəcə, havanı kirləndirirəm,
sadəcə, deyinti ilə ovcuma nəzir kimi basılan
əzik-üzük, min özgə dərdi olan kağız pulları xərcləyirəm,
yox, yandırıb tüstüləyirəm…
Fürsət düşəndə də,
kiməsə qabırğa olub lüllənirəm.
Eh, düzələn deyiləm.
Mən pis vərdişlərimi heç cür ata bilmirəm.
(Guya ki, yaxşı vərdişlər də olur!)

Ax,bu insanları da…
nə onları sevməyi,
nə düşünməyi,
nə hər yoldan ötənə güvənməyi…
Tərgizə bilmirəm…
Elə, həyatı da,
elə, ölümü də….
Deyirəm, bəlkə, özümü tərgizim?
Məni ən çox içim zəhərləndirir.
Çölə töküm,
içdən söküm…
Səpim küçələrə bir-bir özümü…
Bax, elə indicə,
bax, elə bu gecə…
İşıqlansın şəhərin küçələri…
Sən də heyrətlən,
başqaları da….
Hamıyla birlikdə səbəbi axtar…
Yəqin ki, o zaman,
pis vərdiş kimi çoxdan tərgitdiyin birini tapa bilərsən….
Sadəcə, nəzərinə çatdırım ki,
Buralarda kasıbları dağların ən əlçatmaz yerində,
məzarlğın ən uzaq tərəfində basdırırlar.
“Basdırırlar” deməzdim,
eləcə tökürlər, orda qalsınlar,
qəti əl-ayağa dolaşmadan.
Bir maşının kuzasından tökülmüş daşlar kimi..
Biz hamımız bəyazıq.
Nə edək ki, üzümüz çopur-çopur…
Özümüzü tərgizənə qədər çox oyalandıq.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma